Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2581/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi,onun vəkili Vəkil iştirakı ilə Ərizəçi Abşeron Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb olunmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Abşeron Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb olunmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəs-vəkili Vəkil ərizəni onunla əsaslandırdı ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli "Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" qərarı ilə Hövsan Südçülük sovxozunun partiya, həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 11 fevral 1990-cı il 9 №li və sovxozun 11 fevral 1990-cı il, 16 №li əmri nəzərə alınmaqla hüquqlarını müdafiə etdiyi şəxsə 0,06 ha torpaq sahəsi ayrılması qərara alınıb.Həmin qərar qəbul edildikdən sonra Binə qəsəbəsində ölçüləri müəyyən edilməklə ona torpaq sahəsi ayrılıb. İnşa ediləcək evin layihəsi tərtib edilib və Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilib. Bundan sonra ərizəçi Binə qəsəbəsində ona ayrılmış torpaq sahəsinin üzərində ikimərtəbəli 5 otaqlı yaşayış evi inşa edib.Evin həyətinə hasar çəkib, ağaclar əkib, yaşamaq üçün bütün zəruri işləri görüb və köçərək bu günə qədər həmin evdə yaşayır.Bu ilin əvvəllərində o, inşa etdirdiyi yaşayış evinin rəsmiləşdirilməsi üçün müraciət etdikdə ona bildirilib ki, sənədlərdə yanlışlığa yol verilib və Abşeron Rayon XDS İK-nin qərarından çıxarışda (162 №li, 07 avqust 1991-ci il tarixli) ərizəçinin soyadı Muxtarova əvəzinə Muradova kimi qeyd edilib.Yaşayış evinin eksperimental layihəsində ərizəçinin adı, atasının adı və soyadı düzgün qeyd olunub. Lakin Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli qərarından çıxarışda ərizəçinin soyadı səhvən Muxtarova əvəzinə Muradova kimi qeyd edilib. Ərizəçi həmin yanlışlığın aradan qaldırılması üçün Hövsan Südçülük sovxozuna müraciət etmək istədikdə məlum olub ki, həmin sovxoz artıq fəaliyyət göstərmir.Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli qərarından çıxarışda X2 0,06 ha. torpaq sahəsi ayrılması və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi hissəsində yanlışlığın aradan qaldırılaraq “Muradova” soyadının “Muxtarova” kimi qeyd olunması və həmin sənədin Ərizəçi aid olması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi da eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli "Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" qərarı ilə X3 Hövsan Südçülük sovxozunun partiya, həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 11 fevral 1990-cı il 9 №li və sovxozun 11 fevral 1990-cı il, 16 №li əmri nəzərə alınmaqla 0,06 ha torpaq sahəsi ayrılması və onun həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınıb. Abşeron Rayon İcra Hakimiyyətindən ərzizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki,sənəddə yol verilmiş yanlışlığın aradan qaldırılmasından imtina olunmuş və ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Xəzər rayonunun Binə Bələdiyyəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, "Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" qərarı ilə Ərizəçi Hövsan Südçülük sovxozunun partiya, həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 11 fevral 1990-cı il 9 №li və sovxozun 11 fevral 1990-cı il, 16 №li əmri nəzərə alınmaqla 0,06 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli qərarı ilə Ərizəçi həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.Bundan sonra Muxtarova X1 sovxozunun ərazisində ona verilmiş 0.06 ha.torpaq sahəsində 5 otaqdan ibarət yaşayış evi inşa etdirmişdir. Hal-hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli "Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" qərarı ilə Ərizəçi Hövsan Südçülük sovxozunun partiya, həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 11 fevral 1990-cı il 9 №li və sovxozun 11 fevral 1990-cı il, 16 №li əmri nəzərə alınmaqla 0,06 ha torpaq sahəsi ayrılması və onun həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınıb. Lakin həmin qərarda yanlışlığa yol verilməklə “Muxtarova” soyadı “Muradova” kimi göstərilmişdir. Ona görə də ərizəçilərin hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə tələbləri təmin olunmalı, qeyd olunan yanlışlıq aradan qaldırılmalıdır. Həmin hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçilərə torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınması üçün lazımdır. Həmin sənədin başqa qaydada alınması mümkün deyil. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli "Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" qərarı ilə X3 Hövsan Südçülük sovxozunun partiya, həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 11 fevral 1990-cı il 9 №li və sovxozun 11 fevral 1990-cı il, 16 №li əmri nəzərə alınmaqla 0,06 ha torpaq sahəsi ayrılması və onun həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə qərarının Ərizəçi aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 №li, 07 avqust 1991-ci il tarixli "Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" qərarı ilə X3 Hövsan Südçülük sovxozunun partiya, həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 11 fevral 1990-cı il 9 №li və sovxozun 11 fevral 1990-cı il, 16 №li əmri nəzərə alınmaqla 0,06 ha torpaq sahəsi ayrılması və onun həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə qərarının Ərizəçi aid olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2581/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2581/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver