Məhkəmə qərarları › İş №2(007)-2583/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2583/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2583/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 21.05.2018-ci il və 06.06.2018-ci il tarixli müqavilələrə əsasən, HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon, İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon almış və nəticədə 606 manat borc yaranmışdır. Cavabdeh 21.05.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1248 manat (yəni 12 ay x 104 manat + 0 manat ilkin ödəniş), HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon üçün ümumilikdə 228 manat olmaqla ondan 208 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 06.06.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3211 manat (yəni 24 ay x 129 manat + 115 manat ilkin ödəniş), İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon üçün ümumilikdə 378 manat olmaqla ondan 344 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin 21.05.2018-ci il tarixli müqaviləsinə əsasən son ödəniş tarixi 18.09.2019-cu il, 06.06.2018-ci il tarixli müqaviləsinə əsasən son ödəniş tarixi 01.03.2021ci il olmaqla, cəmi ödədiyi məbləğ 3907 manat təşkil edir. Qeyd olunanlara əsasən 21.05.2018-ci il tarixli müqavilə üzrə HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon üçün 208 manat ödənilməmiş hissə, 20 manat cərimə, 06.06.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon üçün 344 manat ödənilməmiş hissə, 34 manat cərimə, ümumilikdə 606 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2018-ci il tarixli K00149574 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 21.05.2018-ci il tarixli K00149574 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 104 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 15.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 21.05.2018-ci il tarixli K00149574 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 208 manat ödənilməmiş hissə, 20 manat cərimə, cəmi 228 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 06.06.2018-ci il tarixli K00165368 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 06.06.2018-ci il tarixli K00165368 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 24 ay müddətinə 129 manat ödəniş etməlidir. İşə əlavə olunmuş “xxxx” MMC-nin 15.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 06.06.2018-ci il tarixli K00165368 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 344 manat ödənilməmiş hissə, 34 manat cərimə, cəmi 378 manat borcu vardır. İşə əlavə olunmuş “xxxx” MMC-nin Cavabdeh ünvanlanmış 07.09.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2018-ci il və 06.06.2018-ci il tarixli müqavilələrə əsasən, HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon, İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. “xxxx” MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 16.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 21.05.2018-ci il tarixli K00149574 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 21.05.2018ci il tarixli K00149574 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 104 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 06.06.2018-ci il tarixli K00165368 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “xxxx” MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 06.06.2018-ci il tarixli K00165368 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 10-dan gec olmayaraq 24 ay müddətinə 129 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 21.05.2018-ci il tarixli müqavilə üzrə HP markalı komputer, antivirus, İMEİ kodu **********66228 olan Nokia 3310 markalı telefon üçün 208 manat ödənilməmiş hissə, 20 manat cərimə, 06.06.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********80827 olan Samsung Galaxy S9+ markalı telefon üçün 344 manat ödənilməmiş hissə, 34 manat cərimə, ümumilikdə 606 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar