Məhkəmə qərarları › İş №2(007)-2585/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2585/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2585/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X11 və X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X17 və X14 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998- ci il tarixli 49 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi mərhum X15 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə onlara Torpağa mülkiyyət hüququna dair JN-027F saylı Dövlət aktı tərtib olunaraq təqdim edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət aktında X16 mərhum atası xx.xx.1934-cü il təvəllüdlü X1 və atasının adı səhv olaraq “X21” kimi, övladları Elşən, Elşad, Kamil və Gülşənin soyadları ‘‘Abdulbaqiyev və müvafiq olaraq Abdulbaqiyeva" yazılmaq əvəzinə səhv olaraq «Abdullayev və müvafiq olaraq Abdullayevə» kimi aktda qeyd olunmuşdur. Halbuki, doğum haqqında şəhadətnamədə, şəxsiyyəti təsdiq edən sənədlərdə və digər sənədlərdə soyadı və adları olduğu kimi yazılmışdır. Göstərilən səbəblərdən lazımi rəsmiləşmənin aparılması mümkün olmamışdır. Faktın müəyyən olunması torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar lazımdır. Onlar faktı başqa qaydada təsdiq etdirə bilmədikləri üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bu uyğunsuzluq əmlakla bağlı hüquqları həyata keçirməyə maneə yaratmışdır. Bütün bunlara əsasən şəxslərin adında (soyadında) düzəliş olunması zərurəti vardır. Buna görə də, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-40726038, JN-027F saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın “X15” (aktda X7 göstərilmiş), X18 (aktda X8 göstərilmiş), Ərizəçi2 (aktda X9 göstərilmiş), Ərizəçi3 (aktda X10 göstərilmiş) və Ərizəçi4 (aktda X4 göstərilmiş) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı ərizəçilərin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə barədə ərizə təqdim edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında KOD-40726038, JN-027F saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın “X15” (aktda X7 göstərilmiş), Ərizəçi1 (aktda X8 göstərilmiş), Ərizəçi2 (aktda X9 göstərilmiş), X17 (aktda X10 göstərilmiş) və X6 (aktda X4 göstərilmiş) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-027F saylı, 40726038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və ona əlavə edilmiş 2003-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün surətindən görünür ki, həmin şəhadətnamə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi ilə bağlı verilmişdir, qeyd olunan torpaq sahəsinin mülkiyyətçiləri qrafasında “X21”, “X25”, “X22”, “X23”, “X24” və “X19” qeyd edilmişdir; - Şəxsiyyət vəsiqələrinin və AZ seriyalı, №1552074, İ-JQ seriyalı №426161, İİİ-JQ seriyalı, №379712 və AZB seriyalı №051572 doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1968-ci il Bakı şəhərində (ş/v: AA 0933218), X14 xx.xx.1970-ci ildə Bakı şəhərində (ş/v: AA 2964163), X17 xx.xx.1975-ci ildə Bakı şəhərində (ş/v: AZE 8821220) və Ərizəçi2 xx.xx.1972-ci ildə Bakı şəhərində (ş/v: AA 4516860) anadan olmuşlar. X2r. - P0834528 nömrəli xarici pasportun surətindən görünür ki, X15 xx.xx.1934-cü ildə İsmayıllı rayonunda anadan olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi ilə bağlı ərizəçilərə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. Şəxsiyyət vəsiqələrində ərizəçilərin ad, soyad və ata adları “Ərizəçi1”, “Ərizəçi2”, “X17” və “X14”, o cümlədən vəfat etmiş atalarının ad, soyad və ata adı rəsmi sənəddə “X15” kimi qeyd olunduğu halda, sözügedən JN-027FH saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin ad, soyad və ata adları “X21”, “X22”, “X23”, “X24” və “X19” kimi göstərilmişdir. Bununla əlaqədar ərizəçilər torpaq sahəsini mülkiyyəti kimi adlarına qeydiyyata aldıra bilməmişlər. Ərizəçilər müvafiq sənədi digər qaydada əldə edə bilmədikləri üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, JN-027FH saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13 (sənəddə X7 göstərilmiş), Ərizəçi1 (sənəddə X8 göstərilmiş), Ərizəçi2 (sənəddə X9 göstərilmiş), X17 (sənəddə X10 göstərilmiş) və X6 (sənəddə X4 göstərilmiş) məxsus olması məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-027FH saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X13 (sənəddə X7 göstərilmiş), Ərizəçi1 (sənəddə X8 göstərilmiş), Ərizəçi2 (sənəddə X9 göstərilmiş), X17 (sənəddə X10 göstərilmiş) və X6 (sənəddə X4 göstərilmiş) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar