Məhkəmə qərarları › İş №2(007)-2586/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2586/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2586/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.11.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı mikrodalğalı soba üçün 116 (yüz on altı) nıanat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 26.07.2018-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG markalı tozsoran, PANASONİC markalı mikrodalğalı soba üçün 284 (iki yüz səksən dörd) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, 26.05.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, 11.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 324 (üç yüz iy irmi dörd) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, 10.10.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, ümumilikdə 1902 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.11.2018-ci il, 26.07.2018-ci il, 26.05.2018-ci il, 11.10.2018-ci il və 10.10.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı mikrodalğalı soba, SAMSUNG markalı tozsoran, PANASONİC markalı mikrodalğalı soba, Samsung LED TV, Samsung LED TV, Samsung markalı soyuducu almış və nəticədə 1902 (min doqquz yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 270 (iki yüz yetnıiş) manat HOFFMANN markalı mikrodalğalı soba üçün ümumilikdə, 127 (yüz iyirmi yeddi) manat olmaqla ondan. 116 (yüz on altı) manat ödənilməmiş hissə, müştərivc güzəşt olunaraq 11 (on bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat SAMSUNG markalı tozsoran, PANASONİC markalı mikrodalğalı soba üçün ümumilikdə, 312 (üç yüz on iki) manat olmaqla ondan. 284 (iki yüz səksən dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şitlərini pozmuş və nəticədə 26.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 686 (altı yüz səksən altı) manat Samsung LED TV üçün ümumilikdə, 249 (iki yüz qırx doqquz) nanat olmaqla ondan, 227 (iki vüz iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 593 (beş yüz doxsan üç) Samsung LED TV üçün ümumilikdə, 356 (üç yüz əlli altı) manat olmaqla ondan, 324 (üçyüz iyirmi dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 (otuz iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 (min üç yüz on dörd) manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün ümumilikdə. 858 (səkkiz yüz əlli səkkiz) manat olmaqla ondan, 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78 (yetmiş səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 10.10.2018-ci il tarixli müqaviləsinə əsasən, X1 11.10.2018-ci ildə 144 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1834 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.11.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 702 manat olan HOFFMANN markalı mikrodalğalı soba satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 686 manat olan Samsung LED TV satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.07.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 702 manat olan SAMSUNG markalı tozsoran, PANASONİC markalı mikrodalğalı soba satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.10.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 593 manat olan Samsung LED TV satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.10.2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1314 manat olan Samsung markalı soyuducu satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 23 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 26.07.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 284 manat, cərimə borcu üzrə 28 manat olmaqla, ümumilikdə 312 manat borcu, 26.05.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 227 manat, cərimə borcu üzrə 22 manat olmaqla, ümumilikdə 249 manat borcu, 11.10.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 324 manat, cərimə borcu üzrə 32 manat olmaqla, ümumilikdə 356 manat borcu, 10.10.2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 780 manat, cərimə borcu üzrə 78 manat olmaqla, ümumilikdə 858 manat borcu, 03.11.2018-ci il tarixli müqavilə üzrə 116 manat əsas, 11 manat faiz olmaqla, ümumilikdə 127 manat borcu vardır. Qeyd olunan müqavilələr üzrə ümumilikdə 1902 manat borcu vardır. İşə əlavə olunmuş 26 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 03.11.2018-ci il tarixli, 26.07.2018-ci il tarixli, 26.05.2018-ci il tarixli, 11.10.2018-ci il tarixli və 10.10.2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. 03.11.2018-ci il tarixli müqavilə üzrə 116 manat əsas borc, 11 manat cərimə borcu, 26.07.2018-ci il tarixli müqavilə üzrə 284 manat əsas borc, 28 manat cərimə borcu, 26.05.2018-ci il tarixli müqavilə üzrə 227 manat əsas borc, 22 manat cərimə borcu, 11.10.2018-ci il tarixli müqavilə üzrə 324 manat əsas borc, 32 manat cərimə borcu, 10.10.2018-ci il tarixli müqavilə üzrə 780 manat əsas borc, 78 manat cərimə borcu, ümumilikdə 1902 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar