Məhkəmə qərarları › İş №2(007)-2587/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2587/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2587/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sonorous Surefix asqı üçün 776.4 manat ödənilməmiş hissə, 77.6 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********99627 olan X2 8 markalı telefon üçün 499 (dörd yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsıng markalı saat üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 manat cərimə, 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Elari KidPhone 2 saat üçün 60 (altmış) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, ümumilikdə 1943 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.03.2020-ci il, 07.03.2020-ci il, 06.01.2020-ci il və 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sonorous Surefıx asqı, İMEİ kodu **********99627 olan X1 8 markalı telefon, Samsung markalı saat, Elari KidPhone 2 saat almış və nəticədə 1943 (min doqquz yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 869.4 (səkkiz yüz altmış doqquz manat qırx qəpik) manat Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə. 854 (səkkiz yüz əlli dörd) manat olmaqla ondan, 776.4 (yeddi yüz yetmiş altı manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77.6 (yetmiş yeddi manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 613 (altı yüz on üç) manat İMEİ kodu **********99627 olar X2 8 markalı telefon üçün ümumilikdə, 548 (beş yüz qırx səkkiz) manat olmaqla ondan, 499 (dörd yüz doxsan doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat - 0 manat ilkin ödəniş) Samsung markalı saat üçün ümumilikdə, 475 (dörd yüz yetmiş beş) manat olmaqla ondan, 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (9 ay x 12 manat + 0 manat ilkin ödəniş) Elari KidPhone 2 saat üçün ümumilikdə, 66 (altmış altı) manat olmaqla ondan. 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 471 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 869.4 manat olan Samsung LED TV, Sonorous Surefix asqı satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 613 manat olan X2 8 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2020-ci tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 648 manat olan Samsıng markalı saat satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 108 manat olan Elari KidPhone 2 saat satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 23 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 776.4 manat, cərimə borcu üzrə 77.6 manat olmaqla, ümumilikdə 854 manat borcu, 07.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 499 manat, cərimə borcu üzrə 49 manat olmaqla, ümumilikdə 548 manat borcu, 06.01.2020-ci tarixli müqavilə üzrə əsas borc üzrə 432 manat, cərimə borcu üzrə 43 manat olmaqla, ümumilikdə 475 manat borcu, 06.01.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 60 manat, cərimə borcu üzrə 6 manat olmaqla, ümumilikdə 66 manat borcu vardır. İşə əlavə olunmuş 24 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 07.03.2020-ci il tarixli, 07.03.2020-ci il tarixli, 06.01.2020-ci tarixli, 06.01.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 07.03.2020-ci il tarixli müqavilə üzrə 776.4 manat əsas borc, 77.6 manat cərimə borcu, 07.03.2020-ci il tarixli müqavilə üzrə 499 manat əsas borc, 49 manat cərimə borcu, 06.01.2020-ci tarixli müqavilə üzrə 432 manat əsas borc, 43 manat cərimə borcu, 06.01.2020-ci il tarixli müqavilə üzrə 60 manat əsas borc, 6 manat cərimə borcu, ümumilikdə 1943 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar