Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-259/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “borcun hesablanaraq ödənilməsi və avtomobillərin verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı borcun hesablanaraq ödənilməsi və avtomobillərin verilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ** AN *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik avtomobilinin və ** AV *** dövlət qeydiyyat nişanlı Hyundai Accent minik avtomobilinin lizinqinə görə ödəniş qrafiki üzrə bu günə olan ödənməmiş borcunun, borcun faizinin bu günə olan ümumi məbləğinin hesablanıb bildirilməsi, həmin məbləği ödəyib bu hesabı qapatmağa, qaldığı yerdən qrafik üzrə krediti ödəməyə, avtomobilləri təhvil almağa ona şərait yaradılması vəzifəsinin cavabdeh "X4" ASC- nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, üçtərəfli razılaşmaya əsasən Bank "BTB"-nin açdığı hesaba 18 aprel 2023-cü il tarixli, 219/23 saylı X2 Müqaviləsinə uyğun olaraq mütəmadi qaydada bu ilin mart ayı da daxil olmaqla pul ödəmişəm. Həmin pul vəsaitlərini ** AN *** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE minik avtomobilinin lizinqinə və sonradan ** AV *** dövlət qeydiyyat nişanlı HYUNDAİ ACCENT minik avtomobilinin lizinqinə görə ödəmişdir. Həmin avtomobillərin alınması üçün ilkin olaraq 13000 (6000+7000) manat, avtomobillərin sənədləşməsi və qeydiyyatı üçün 1000 (500+500) manat, sığortası üçün 2100 (1050+1050) manat, cəmi 16100 manat pul ödəmişdir. Ödəniş qəbzlərindən göründüyü kimi, yalnız, aprel-may-iyun ayları gecikməsi olmuşdur. Nə vaxtdır ki, o, gecikməni bağlamağa, qaldığı yerdən krediti ödəməyə kömək edilməsini, şərait yaradılmasını xahiş və tələb edir. Müəyyən vaxtlarda gecikmələri olsa da, bu günə borc olaraq yığılıb qalmış vəsaiti, bu ilin avqust ayı da daxil olmaqla tam məbləğdə ödəməyə hazırdır. O, bu barədə razılaşma iştirakçılarına dəfələrlə bildirsə də, heç bir tədbir görülmür, ona qrafik üzrə borcunu ödəyib bu günə çatdırmağa şərait yaradılmır. Hesab edir ki, həmin avtomobillərin lizinqinə görə ödəniş qrafiki üzrə bu günə olan ödənməmiş borcunun, borcun faizinin bu günə olan ümumi məbləğinin hesablanıb bildirilməsi, həmin məbləği ödəyib bu hesabı qapatmağa, qaldığı yerdən qrafik üzrə krediti ödəməyə, avtomobilləri təhvil almağa ona şərait yaradılması qanuna uyğun və ədalətli olardı. Etdiyi müraciətlərə qəribə cavablar verilmişdir. Artıq bu işlə məşğul olmadıqları bildirilmişdir. Cavabdeh1 ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-dən cəmi borcun bildirilməsi, borcun ödənilməsi və nəqliyyat vasitələrinin təhvili ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında imzalanmış 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi imzalanmış, sonuncuya 36 ay müddətinə Lizinq verənə məxsus olan 77-AN- 045 dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE markalı nəqliyyat vasitəsi lizinqə verilmişdir. Bu müqavilənin təminatı olaraq»X4» ASC ilə Cavabdeh2 arasında Z219/23 saylı, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda İddiaçı ilə Cavabdeh1 ASC arasında imzalanmış 11 avqust 2023-cü il tarixli 247/23 saylı lizinq müqaviləsi imzalanmış, sonuncuya 36 ay müddətinə Lizinq verənə məxsus olan 77-AV- 224 dövlət qeydiyyat nişanlı, HYUNDAİ ACCENT markalı nəqliyyat vasitəsi lizinqə verilmişdir Bu müqavilənin təminatı olaraq. Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında Z247/23 saylı, 11 08.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı hər iki müqavilə üzrə mütəmadi olaraq, ödənişləri gecikmələrlə ödəmiş, aprel ayında isə ödənişləri ödəməkdən yayınmışdır. Bununla bağlı cavabdehə dəfələrlə bu barədə bildirilsə də, o ödənişləri ödəməkdən imtina etmişdir. 2024-cü ilin iyun ayının əvvəllərində Baş Dövlət Yol Polisinin əməkdaşı bizim şirkətin əməkdaşları ilə əlaqə saxlamış və bildirmişdir ki, Cavabdeh1 ASC-yə məxsus olan və lizinq müqaviləsi əsasında İddiaçı lizinqə verilmiş **-AN-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE markalı nəqliyyat vasitəsi və **- AV-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ ACCENT markalı nəqliyyat vasitəsi etibarnaməsiz idarə edilmiş, nəqliyyat vasitələri saxlanılaraq dayanacağa qoyulmuşdur. Hər iki nəqliyyat vasitəsi 10 iyun və 07 iyun 2024-cü il tarixlərində Baş Dövlət Yol Polisi tərəfindən nəqliyyat vasitələrinin bütün cərimələri tərəflərindən ödənilməklə Cavabdeh1 ASC-yə təhvil verilmişdir. Bundan sonra daha 2 (iki) aya yaxın borcun ödənilməsini tərəfə bildirilsə də, İddiaçı hər iki müqavilə üzrə borcu ödəməkdən təkrar yayınmışdır. Bundan sonra tərəfə hər iki müqavilə üzrə bildiriş təqdim edilmiş və hər iki müqaviləyə xitam verilmişdir. İddiaçının bu qanunsuz və əsasız iddiasını qəti olaraq qəbul etmirik Bu iddia tələbi tamami ilə qanunvericiliyin tələblərinə ziddir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 188/22 saylı Lizinq müqaviləsinin; 10.1-ci bəndinə əsasən, Lizinq alan müqaviləyə əlavə edilmiş cədvəl üzrə lizinq ödənişlərini vaxtı vaxtında icra etməlidir. 11.1-ci bəndinə əsasən, Lizinq alan lizinq ödənişlərini vaxtında və lazımınca icra etmədiyi halda gecikdirilmiş məbləğ üçün günlük 0.5% cərimə ödəyir. 16-cı bəndinə əsasən, Lizinq alan lizinq predmetini Lizinq verənin razılığı ilə icarəyə və üçüncü şəxslərin istifadəsinə verə bilməz. 21-ci bəndin B yarımbəndinə əsasən. Lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq lizinq ödənişini icra etməzsə, lizinq müqaviləsinə Lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh1 ASC-yə pretenziya borcun bildirilməsi, borcun ödənilməsi və nəqliyyat vasitələrinin təhvili ilə bağlı qanunsuz iddia ərizəsinin təmin edilməməsini xahiş edilmişdir. Cavabdeh1 ASC xx.xx.2024-cü il tarixdə cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə İddiaçı ilə Cavabdeh1 ASC arasında imzalanmış 11 avqust 2023-cü il tarixli 247/23 saylı lizinq müqaviləsinə xitam verilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında imzalanmış 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsinə xitam verilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi üzrə 606.09 manat əsas, 234,2 manat lizinq mükafatı, 228,5 cərimə faizi olmaqla, cəmi 1068.79 manat tutulması, qarşılıqlı iddiaçı üzrə cavabdehlər İddiaçı və Cavabdeh3 11 avqust 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi üzrə 960.80 manat əsas, 120, 51 manat lizinq mükafatı, 567.56 cərimə faizi olmaqla, cəmi 1648.87 manat borcu tutulması, qarşılıqlı iddia üzrə cavabdelər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 122 manat dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASCdən cəmi borcun bildirilməsi, borcun ödənilməsi və nəqliyyat vasitələrinin təhvili ilə bağlı tələblə məhkəmyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında imzalanmış 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi imzalanmış, sonuncuya 36 ay müddətinə Lizinq verənə məxsus olan **-AN-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE markalı nəqliyyat vasitəsi lizinqə verilmişdir. Bu müqavilənin təminatı olaraq, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında Z219/23 saylı, 18 04.2024-cü iltarixli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda İddiaçı ilə Cavabdeh1 ASC arasında imzalanmış 11 avqust 2023-cü il tarixli 247/23 saylı lizinq müqaviləsi imzalanmış, sonuncuya 36 ay müddətinə Lizinq verənə məxsus olan 77-AV- 224 dövlət qeydiyyat nişanlı, HYUNDAİ ACCENT markalı nəqliyyat vasitəsi lizinqə verilmişdir. Bu müqavilənin təminatı olaraq, Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında Z247/23 saylı, 11 08.2024-cü iltarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı hər iki müqavilə üzrə mütəmadi olaraq, ödənişləri gecikmələrlə ödəmiş, aprel ayında isə ödənişləri ödəməkdən yayınmışdır. Bununla bağlı cavabdehə dəfələrlə bildirilsə də, o ödənişləri ödəməkdən imtina etmişdir. 2024-cü ilin iyun ayının əvvəllərində Baş Dövlət Yol Polisinin əməkdaşı onların şirkətin əməkdaşları ilə əlaqə saxlamış və bildirmişdir ki, Cavabdeh1 ASC-yə məxsus olan və lizinq müqaviləsi əsasında İddiaçı lizinqə verilmiş **-AN-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE markalı nəqliyyat vasitəsi və **-AV-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ ACCENT markalı nəqliyyat vasitəsi etibarnaməsiz idarə edilmiş, nəqliyyat vasitələri saxlanılaraq dayanacağa qoyulmuşdur. Hər iki nəqliyyat vasitəsi 10 iyun və 07 iyun 2024-cü il tarixlərində Baş Dövlət Yol Polisi tərəfindən nəqliyyat vasitələrinin bütün cərimələri bizim tərəflərindən ödənilməklə Cavabdeh1 ASC-yə təhvil verilmişdir. Qarşılıqlı iddiaçı üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi üzrə 10 iyun 2024-cü il tarixinə 606,09 manat əsas, 234,2 manat lizinq mükafatı, 228,5 cərimə faizi olmaqla, cəmi 1068,79 manat borcu vardır. Qarşılıqlı iddiaçı üzrə cavabdehlər İddiaçı və Cavabdeh3 07 iyun 2024-cü il tarixinə 11 avqust 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi üzrə 960,80 manat əsas, 120, 51 manat lizinq mükafatı, 567,56 cərimə faizi olmaqla, cəmi 1648.87 manat borcu vardır. Bundan sonra daha 2 (iki) aya yaxın müddətdə borcun ödənilməsini tərəfə bildirişə də, İddiaçı hər iki müqavilə üzrə borcu ödəməkdən təkrar yayınmışdır. Bundan sonra tərəfə hər iki müqavilə üzrə bildiriş təqdim edilmiş və hər iki müqaviləyə xitam verilmişdir. İddiaçının bu qanunsuz və əsasız iddiasını qəti olaraq qəbul etmirlər. Bu iddia tələbi tamamilə qanunvericiliyin tələblərinə ziddir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 188/22 saylı Lizinq müqaviləsinin; 10.1-ci bəndinə əsasən, lizinq alan müqaviləyə əlavə edilmiş cədvəl üzrə lizinq ödənişlərini vaxtı vaxtında icra etməlidir. 11.1-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və lazımınca icra etmədiyi halda gecikdirilmiş məbləğ üçün günlük 0.5% cərimə ödəyir. 16-cı bəndinə əsasən, lizinq alan lizinq predmetini lizinq verənin razılığı ilə icarəyə və üçüncü şəxslərin istifadəsinə verə bilməz. 21-ci bəndin B yarımbəndinə əsasən, lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq lizinq ödənişini icra etməzsə, lizinq müqaviləsinə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o maşınlar ikisi də onun şəxsi maşınları olmuşdur. O özü o maşınları lizinqə salmışdır. O maşınların köhnə nömrələri də onun özündədir. O, gecikdirmələr etsə də, ödənişləri etmişdir. Hətta elə olmuşdur ki, vaxt almış gec ödəmişdir. Onun 2 ay gecikməsi olmuş və həmin vaxtı Caspiana getmişdir ki, ödənişlə bağlı danışsın. Ona 7200 manat gətirməsini, bu halda həm borcu siləcəklərini, həm də maşını verəcəklərini bildirmişlər. Amma pulu aparıb verəndə ona avtomobilləri satmalarını demişlər. Axrıncı dəfə onun 40 gün gecikməsi olmuşdur. Amma əvvəlki aylarda 2-3 gün gecikməsi olmuşdur. O, şirkətə gedəndə ona indi bağlamağa imkanı varsa, gətirib ödəməsini demişlər. Lakin o, 7200 manat ilə getmiş və qarşı tərəf razı olmamışdır. Halbuki onlar BDYPİ-nin cərimə xərcini də hesablayıb bu pulu istəmişdilər. O, avtomobillərin hər ikisinə görə ilkin ödəniş etmişdir. 40 gün gecikmə üçün maşınlarını onun əlindən almışlar. Bir avtomobili lizinq şirkətindədir, Chevrolet markalı avtomobil isə artıq satılmışdır. 7 aydan çoxdur ki, avtomobil ondan alınmışdır. İlkin olaraq 8000 manat pul vermişdir. Avtomobil öz şəxsi avtomobili olmuşdur və o özü avtomobillərini lizinqə salmışdır. Gecikmiş borcu ödəməklə, qrafik açılmasını istəyir. Borcu ödəyib, maşınlarını geri almaq istəyir. O hər iki avtomobilə ilkin ödəniş vermişdir, kasko ödəmişdir, birinə 14 ay, digərinə 6 ay olmaqla, ayda 500 manat ödəniş etmişdir. Amma o, bilir ki, avtomobili satılmışdır. Ədalətli qərar qəbul edilməsini istəyir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh3 qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşılıqıl iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qarşılıqlı iddia ilə tanış olmuşdur. Qarşılıqlı iddia ərizəsində müqaviləyə xitam verilməsini istəyirlərsə, buna əsaslanaraq deyə bilər ki, onun zamin olduğu Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanan müqavilə qüvvədədir. O, yaranmış borcu ödəməklə maşınları geri götürmək istəyir. Lakin onlar maşını satmışlar. Maşını satmışlarsa, necə müqaviləyə xitam verilməsini istəyirlər? Lizinq mükafatı qeyd olunmuşdur, bu dəbbə borcudur. Lizinq mükafatı deyə anlayış yoxdur. Cavabdeh1 ASC ilə Nuriyev Orxan belə bir məhkəmə prosesi olmuşdur, iş kassasiyaya qədər getmişdir. Kassasiya ilkin ödənişin Orxan Nuriyevə qaytarılması barədə qərar qəbul etmişdir. O, təsisçi dəyişənə qədər Cavabdeh1 ASC-nin hüquq departamentinin rəhbəri olmuşdur. Avtomobilə ilkin ödəniş olunmuşdur, sonra satılmışdır. Avomobili Vüqardan aldıqdan sonra satmışlar. Belə pul tələb etmək ədalətsizdir. Onlar qeyri- rəsmi müraciət etmişlər ki, ödəniş edib avtomobili götürsünlər. Lakin razılıq əldə olunmamışdır. Göstərdiklərini nəzərə alaraq qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçı iki müqavilə üzrə də ödənişləri gecikdirmişdir. Demək olar ki, onun hər ay gecikmələri olmuşdur. İyun ayında onlar tərəfindən cərimələr ödənilməklə, hər iki avtomobil BDYPİ tərəfindən onlara təhvil verilmişdir. Onlar qarşı tərəfə bildirişlər göndərmişlər. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 421.3-cü maddəsinin şərhi ilə bağlı qərarı var ki, həmin qərara əsasən müqaviləyə məhkəmədən kənar qaydada, hüququ pozulan tərəfindən xitam verilə bilər. Vətəndaşın dediyi arqumentlərə əsasən qeyd edir ki, onun 40 gün gecikməsi olmuş, o, yalnız şirkət avtomobili BDYPİ-dən əldə etdikdən sonra ödəniş ilə bağlı danışmaq üçün yaxınlaşmışdır. Amma adətən işi və.s ilə bağlı ödənişləri gecikdirən tərəflər 3-4 gün ərzində ofisə yaxınlaşıb ərizə ilə müraciət edirlər. Hazırda avtomobil lizinq şirkətindədir. İddiaçı gəlmişdir və onunla görüşmüşlər, lakin razılıq əldə olunmamışdır. Zaminlərdən biri şirkətin keçmiş əməkdaşıdır. Bu şirkət artıq fəaliyyət göstərmir, lizinqə maşın vermir. Sadəcə məhkəmə işləri davam edir. Lizinqi davam etdirmək istəmirlər. Xitam barədə məktub tərəflərə göndərilmişdir. Müqaviləyə xitam verilmişdir, onlar iddia ərizəsində də qeyd etmişlər ki, o hissəni təmin edər-etməz, məhkəmənin mövqeyidir. Müqavilə öhdəlikləri 2 və ya da 3 dəfə pozulduqda hüquq var ki, müqaviləyə xitam verilsin. Bir neçə dəfə ardıcıl olaraq gecikdirildikdə xitam vermək hüquqları var. Xitam verilmə tarixi təqdim etdiyi sənədlərdə var. Lizinq mükafatının anlayışı isə qanunvericilikdə verilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli cari hesaba sərəncamın verilməsinə dair razılaşmanın surətindən görünür ki, müştəri İddiaçı, bank "xxxx" ASC və lizinqverən Cavabdeh1 ASC arasında razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən tərəflər etiraf edirlər ki: a) Müştəri ilə bank arasında xx.xx.2023 -cü il tarixdə car: hesabın açılmasına dair müqavilə imzalanmışdır və müştəriyə AZ69Bİ3TB******************** hesab açılmışdır; b) Lizinqveronlə Müştəri arasında xx.xx.2023 -cü ii tarixli CLM- 247/23 saylı Lizinq müqaviləsi imzalanmışdır. Bu razılaşmaya əsasən Müştəri banka tapşırır ki, bu razılaşmanın imzalandığı tarixdən Lizinqalanla imzalanmış müqavilənin bitmə tarixinədək onun qeyd olunan hesabindan Lizinqverənin hesabına qrafıkdə qeyd olunmuş tarixlərdə və məbləğdə, həmin tarixdə hesabda vəsait olmadıqda isə, hesaba vəsait daxil olduğu tarixdən sonrakı 3 (üç) iş günü ərzində qrafıkdə qeyd olunan vəsaiti köçürsün (Qrafik əlavə olunur); c) Hesaba Qrafıkdə qeyd olunandan artıq vəsaitin mədaxil olunması Qrafıkdən artıq ödənişin edilməsinə sərəncam kimi qəbul olunaraq hesabdakı bütün məbləğ də tam olaraq Lizinqverənin hesabına köçürüləcək. d) Bu razılaşmanı imzalamaqla Müştəri mülki məcəllənin 957.2.-ci maddəsinə (üçüncü şəxsin tələbi ilə vəsaitin köçürülməsinə dair) əsasən müvafiq sərəncamı vermiş hesab olunduğunu təsdiq edir. e) Bank Tərəflər arasında vəsaitlərin məbləğinə yaxud digər mübahisələrə müdaxilə etmir, məsuliyyət daşımır və yalnız razılaşmada qeyd olunmuş şərtlər daxilində göstərilmiş vəsaitlərin köçürülməsinə mükəlləfıyyətlidir. f) Razılaşma 3 nüsxədə Azərbaycan dilində tərtib olunaraq imzalanmışdır. g) Razılaşma imzalandığı andan qüvvəyə minməklə lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində qüvvədədir. Müddətin qüvvədən düşməsi barədə məlumatı Müştəri yazılı surətdə Banka bildirməlidir. Razılaşma müştərinin yazılı müraciəti əsasında istənilən vaxt qüvvədən salma bilər. - Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 219/23 saylı daxili maliyyə lizinq müqaviləsindən və həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, görünür ki, əmlak- Chevrolet Cruze minik markalı avtomobil 4000 manat avans ödənilməklə, qalan məbləğ 13700 manat təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməklə, illik 21 faiz olmaqla, 36 ay müddətinə lizinq alana lizinqə verilmişdir. - xx.xx.2023-cü il tarixli, Z219/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli 219/23 saylı illik 21 faiz, 13700 manat məbləğdə 36 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, İddiaçı qrafik üzrə hər ayın 18-i ödəməli olduğu ödənişi 30 gün ərzində gecikdirərsə, X4» ASC tərəfindən avtomobilin müsadirə edilməsinə etirazının olmaması ilə bağlı 219/23 saylı X2 müqaviləsinə dair iltizamı imzalamışdır. -xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 219/23 saylı müqavilə üzrə lizinq predmeti lizinq alanına tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun vəziyyətdə təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli 219/23 saylı X2 Müqaviləsinə 1 saylı Əlavə- ödəmə cədvəlindən görünür ki, illik 21 faiz olmaqla 36 ay müddətinə, 13700 manat məbləğində pul vəsaitinin ödəniş cədvəli üzrə hər ayın 18-dən gec olmayaraq aylıq 516.15 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh1 ASC-yə məxsus xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 219/23 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 606.09 manat əsas borcu, 234.20 manat lizinq mükafatı, 228.50 manat cərimə borcu olmaqla, ümumulikdə 1068.79 manat borcu olmuşdur. - Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 247/23 saylı daxili maliyyə lizinq müqaviləsindən və həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, görünür ki, əmlak- Hyundai Accent minik markalı avtomobil 4875 manat avans ödənilməklə, qalan məbləğ 14625 manat təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməklə, illik 22 faiz olmaqla, 36 ay müddətinə lizinq alana lizinqə verilmişdir. - xx.xx.2023-cü il tarixli, Z247/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli 247/23 saylı illik 22 faiz, 14625 manat məbləğdə 36 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 247/23 saylı müqavilə üzrə lizinq predmeti lizinq alanına tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun vəziyyətdə təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli 247/23 saylı X2 Müqaviləsinə 1 saylı Əlavə- ödəmə cədvəlindən görünür ki, illik 22 faiz olmaqla 36 ay müddətinə, 14625 manat məbləğində pul vəsaitinin ödəniş cədvəli üzrə hər ayın 11-dən gec olmayaraq aylıq 558.54 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh1 ASC-yə məxsus xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 247/23 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 960.80 manat əsas borcu, 120.51 manat lizinq mükafatı, 567.56 manat cərimə borcu olmaqla, ümumulikdə 1648.87 manat borcu olmuşdur. -xx.xx.2023-cü il tarixli, AK-219/23 saylı avtomobilin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Chevrolet Cruze minik markalı avtomobil X1 tərəfindən Cavabdeh1 ASC-yə satılmışdır. -xx.xx.2023-cü il tarixli, AK-247/23 saylı avtomobilin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Chevrolet Cruze minik markalı avtomobil Cavabdeh3 tərəfindən Cavabdeh1 ASC-yə satılmışdır. -247/23 saylı, xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 235 manat, xx.xx.2024-cü il tarixdə 1150 manat ödəniş edilmişdir. -219/23 saylı, xx.xx.2024-cü il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 517 manat, xx.xx.2023-cü il tarixdə 517 manat, xx.xx.2023-cü il tarixdə 518 manat, xx.xx.2023-cü il tarixdə 530 manat, xx.xx.2023-cü il tarixdə 520 manat, xx.xx.2023-cü il 525 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il 1053 manat, xx.xx.2024-cü il 525 manat, xx.xx.2024-cü il tarixdə 524.63 manat ödəniş edilmişdir. -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Chevrolet Cruze minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən, Hyundai Accent minik markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən mülkiyyətçi Cavabdeh1 ASC-nin adına “lizinq müqaviləsinə əsasən” xüsusi qeydi ilə, qeydiyyata alınmış və şəhadətnamə verilmişdir. -xx.xx.2023-cü il tarixli Cavabdeh1 ASC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, ASC-yə məxsus Chevrolet Cruze minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün İddiaçı etibarnamə xx.xx.2023-cü il tarixədək verilmişdir. -xx.xx.2023-cü il tarixli Cavabdeh1 ASC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, ASC-yə məxsus Chevrolet Cruse minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün İddiaçı etibarnamə xx.xx.2024-cü il tarixədək verilmişdir. -xx.xx.2024-cü il tarixli Cavabdeh1 ASC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, ASC-yə məxsus Chevrolet Cruse minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün İddiaçı etibarnamə xx.xx.2024-cü il tarixədək verilmişdir. -xx.xx.2024-cü il tarixli Cavabdeh1 ASC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, ASC-yə məxsus Chevrolet Cruze minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün İddiaçı etibarnamə xx.xx.2024-cü il tarixədək verilmişdir. -xx.xx.2024-cü il tarixli Cavabdeh1 ASC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, ASC-yə məxsus Hyundai Accent minik markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün İddiaçı etibarnamə xx.xx.2024-cü il tarixədək verilmişdir. - xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü ərizələrdən görünür ki, İddiaçı "xxxx" ASC-yə, Cavabdeh1 ASC-yə və Hermes lizinq şirkətinə müraciət edərək, avtomobillərin lizinqinə görə ödənilməmiş borcunun və borc üzrə hesablanmış faizlərin ümumi məbləğini ödəyib hesabı bağlamağa və avtomobilləri təhvil almağa şərait yaradılmasını xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli Azərpoç MMC tərəfindən verilmiş qəbzə əsasən İddiaçı tərəfindən "xxxx" ASC-yə, Cavabdeh1 ASC-yə və Hermes lizinq şirkətinə məktublar göndərilmişdir. -26 iyul tarixli sms bildirişin surətindən görünür ki, müştərinin "xxxx" ASC-yə ünvanladığı N-098/2024 saylı müraciət qeydə alınmışdır. -xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-yə müraciət edərək, onun sahibkar hesabəna hər ay daxil olacaq vəsaitlərin mütəmadi şəkildə Cavabdeh1 ASC-nin hesabına CLM-247/23 saylı lizinq müqaviləsi üzrə lizinq ödənişi təyinatı ilə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Xəzinə mədaxil orderlərinin surətinə əsasən, İddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 517 manat, xx.xx.2023-cü il tarixdə 6882 manat, xx.xx.2024-cü il tarixdə 1053 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1150 manat köçürmüşdür. - xx.xx.2023-cü il tarixli "xxxx" ASC-ə aid olan məxaric orderindən görünür ki, Cavabdeh3 tərəfindən 19500 manat məbləğində pul məxaric edilmişdir. -266/24 saylı, xx.xx.2024-cü il tarixli və 267/24 saylı, xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Cavabdeh1 ASC tərəfindən lizin müqaviləsi üzrə öhdəliklərin vaxtlı-vaxtında və lazımınca icra olunmamasına dair məktub göndərilmiş və xx.xx.2023-cü il tarixli, 247/23 saylı və xx.xx.2023-cü il tarixli, 219/23 saylı Maliyyə Lizinqi müqaviləsi üzrə öhdəliklərin təkrar pozulduğu üçün lizinq müqaviləsinə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. -566896 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 ASC Arbitrum Vəkil Bürosunun hesabəna hüquqi yardım göstərilməsi üçün 500 manat məbləğində pul vəsaiti ödəmişdir. -xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 219/23 saylı daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən əmlak- Chevrolet Cruze minik markalı avtomobil 4000 manat avans ödənilməklə, qalan məbləğ 13700 manat təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməklə, illik 21 faiz olmaqla, 36 ay müddətinə lizinq alana lizinqə verilmişdir. xx.xx.2023-cü il tarixli, Z219/23 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli 219/23 saylı illik 21 faiz, 13700 manat məbləğdə 36 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, 219/23 saylı müqavilə üzrə lizinq predmeti lizinq alanına tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun vəziyyətdə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 219/23 saylı X2 Müqaviləsinə 1 saylı Əlavə- ödəmə cədvəlinə əsasən illik 21 faiz olmaqla 36 ay müddətinə, 13700 manat məbləğində pul vəsaitinin ödəniş cədvəli üzrə hər ayın 18-dən gec olmayaraq aylıq 516.15 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 247/23 saylı daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən əmlak- Hyundai Accent minik markalı avtomobil 4875 manat avans ödənilməklə, qalan məbləğ 14625 manat təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməklə, illik 22 faiz olmaqla, 36 ay müddətinə lizinq alana lizinqə verilmişdir. xx.xx.2023-cü il tarixli, Z247/23 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli 247/23 saylı illik 22 faiz, 14625 manat məbləğdə 36 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 247/23 saylı müqavilə üzrə lizinq predmeti lizinq alanına tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun vəziyyətdə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 247/23 saylı X2 Müqaviləsinə 1 saylı Əlavə- ödəmə cədvəlinə əsasən illik 22 faiz olmaqla 36 ay müddətinə, 14625 manat məbləğində pul vəsaitinin ödəniş cədvəli üzrə hər ayın 11-dən gec olmayaraq aylıq 558.54 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. 219/23 saylı, xx.xx.2024-cü il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə dair xx.xx.2024-cü il tarixli arayışa əsasən, həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 517 manat, xx.xx.2023-cü il tarixdə 517 manat, xx.xx.2023-cü il tarixdə 518 manat, xx.xx.2023-cü il tarixdə 530 manat, xx.xx.2023-cü il tarixdə 520 manat, xx.xx.2023-cü il 525 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il 1053 manat, xx.xx.2024cü il 525 manat, xx.xx.2024-cü il tarixdə 524.63 manat ödəniş edilmişdir. 247/23 saylı, xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə dair xx.xx.2024-cü il tarixli arayışa əsasən, həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 235 manat, xx.xx.2024-cü il tarixdə 1150 manat ödəniş edilmişdir. Cavabdeh1 ASC-yə məxsus xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixli, 219/23 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 606.09 manat əsas borcu, 234.20 manat lizinq mükafatı, 228.50 manat cərimə borcu olmaqla, ümumulikdə 1068.79 manat borcu yaranmışdır. Cavabdeh1 ASC-yə məxsus xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli, 247/23 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 960.80 manat əsas borcu, 120.51 manat lizinq mükafatı, 567.56 manat cərimə borcu olmaqla, ümumulikdə 1648.87 manat borcu olmuşdur. Hazırda ilkin iddia üzrə İddiaçı ** AN *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik avtomobilinin və ** AV *** dövlət qeydiyyat nişanlı Hyundai Accent minik avtomobilinin lizinqinə görə ödəniş qrafiki üzrə bu günə olan ödənməmiş borcunun, borcun faizinin bu günə olan ümumi məbləğinin hesablanıb bildirilməsi, həmin məbləği ödəyib bu hesabı qapatmağa, qaldığı yerdən qrafik üzrə krediti ödəməyə, avtomobilləri təhvil almağa ona şərait yaradılması vəzifəsinin cavabdeh "X4" ASC- nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ASC Cavabdeh1 ASC ilə İddiaçı ilə Cavabdeh1 ASC arasında imzalanmış 11 avqust 2023-cü il tarixli 247/23 saylı lizinq müqaviləsinə xitam verilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında imzalanmış 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsinə xitam verilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 18 aprel 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi üzrə 606.09 manat əsas, 234,2 manat lizinq mükafatı, 228,5 cərimə faizi olmaqla, cəmi 1068.79 manat tutulması, qarşılıqlı iddiaçı üzrə cavabdehlər İddiaçı və Cavabdeh3 11 avqust 2023-cü il tarixli 219/23 saylı lizinq müqaviləsi üzrə 960.80 manat əsas, 120, 51 manat lizinq mükafatı, 567.56 cərimə faizi olmaqla, cəmi 1648.87 manat borcu tutulması, qarşılıqlı iddia üzrə cavabdelər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 122 manat dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflər arasında bağlanmış X2 müqaviləsinin: 10.1-ci bəndinə əsasən, Lizinq alan Lizinq haqqını Lizinq verənə Ödəmə Cədvəlinə uyğun olaraq ödəməlidir, və Əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil. 11.1-ci bəndinə əsasən, ödəmə Cədvəlində (bu müqaviləyə əlavə qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə ödənişin Pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0.5% dərəcə ilə Cərimə faizi, ödəyəcək. 20.1-ci bəndinə əsasən, aşağıda göstərilən hallardan biri baş verərsə bu Müqavilə hər hansı xəbərdarlıq və ya yazılı bildiriş olmadan sona çatmış hesab olunur: a) Lizinq verənin xitametmə hüququna əsasən xitam edilməsi zamanı. b) Lizinq alanın bütün ödəniş və öhdəlikləri yerinə yetirməklə Əmlaka mülkiyyət hüququnu əldə etməsi zamanı 21.1-ci bəndinə əsasən, Lizinq verən bu Müqaviləni xitam edə bilər, əgər: a) Lizinq alan vəfat edərsə və ya bizneslə məşğul olmaq iqtidarını itirərsə yaxud onun hüquq subyektliyinə xitam verilərsə və bu Müqavilə üzrə onun hüquq və vəzifələrini qəbul etmək istəyən sələfi (hüquqi varisi, vərəsəsi) olmazsa: Lizinq alana qarşı hər hansı ləğv etmə icraatı başlanarsa: Lizinq alan kreditorları ilə kompromis razılaşmaya gedərsə; müflis elan olunarsa, iflasa uğrarsa: İcarəci başqa şirkətlərlə birləşərsə və ya vəsaitlərini güzəşt edərsə: b) Lizinqalan lizinq müddəti ərzində ödəmə Cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə. c) Lizinq alan özünün maliyyə və hüquqi borc və öhdəlikləri. Təminat/təmin vasitəsi təqdim edilməsi, əmlakın lazımi ehtiyat və qayğıkeşliklə işlədilməsi, əmlakın saxlanılması və təmiri, əmlakın dağılması və xəsarətlənməsi, əmlakın güzəşt edilə bilməməsi, əmlakın yeri ilə əlaqədar olaraq zidd hərəkət edərsə və ya Müqavilə öhdəliklərinin və hüqularının məcburi və ya könüllü icrasını qeyri-mümkün edən digər hallar baş verdikdə, d) Lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilə aralarında bağlanmış hər iki lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, lizinq verənə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtlarda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da qarşılıqlı iddia üzrə iddiaçı həmin daxili lizinq müqaviləsi, həmin müqavilələrə dair bağlanmış zaminlik müqavilələri üzrə cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. İlkin iddia üzrə iddiaçı isə, borcun hesablanmasını, qrafik üzrə borcun ödənilməsini və avtomobillərin qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə ilkin iddia üzrə İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış müqavilələrə əsasən, iddianın predmeti olan avtomobilləri təhvil-təslim atkı ilə cavabdehdən almış, həmin avtomobilləri etibarnamə əsasında idarə etmiş, lakin X2 müqavilələri ilə nəzərdə tutulmuş şərtləri və qaydalarını pozmuş, həmin müqavilələr üzrə nəzərdə tutulan ödənişləri vaxtlı-vaxtında etməyərək, öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, müqavilə üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyindən onun qarşılıqlı iddia üzrə iddiaçının qarşısında öhdəliyi yaranmışdır. Buna görə də, ilkin iddia üzrə iddiaçının tələbi təmin edilə bilməz. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı idda üzrə iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən qarşılıqlı iddia tələbi İddiaçı yönələn tələb hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, (zaminlər) Cavabdeh3 və Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada İddiaçı Cavabdeh1 ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu İddiaçı zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yönələn hissədə də əsaslıdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1- 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 247/23 saylı və xx.xx.2023-cü il tarixli, 219/23 saylı lizinq müqavilələri ləğv edilməli, İddiaçı və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 219/23 saylı lizinq müqaviləsi üzrə 606.09 manat əsas, 234.2 manat lizinq mükafatı və 228.5 manat cərimə faizi olmaqla, ümumilikdə 1068.79 manat borc müştərək qaydada tutularaq Cavabdeh1 ASC -yə ödənilməli, İddiaçı və Cavabdeh3 xx.xx.2023-cü il tarixli 247/23 saylı lizinq müqaviləsi üzrə 960.80 manat əsas, 120.51 manat lizinq mükafatı və 567.56 manat cərimə faizi olmaqla, ümumilikdə 1648.87 manat borc müştərək qaydada tutularaq Cavabdeh1 ASC -yə ödənilməli, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul müştərək qaydada tutulub Cavabdeh1 ASC -yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 247/23 saylı və xx.xx.2023-cü il tarixli, 219/23 saylı lizinq müqavilələri ləğv edilsin. İddiaçı və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 219/23 saylı lizinq müqaviləsi üzrə 606.09 manat əsas, 234.2 manat lizinq mükafatı və 228.5 manat cərimə faizi olmaqla, ümumilikdə 1068.79 manat borc müştərək qaydada tutularaq Cavabdeh1 ASC -yə ödənilsin. İddiaçı və Cavabdeh3 xx.xx.2023-cü il tarixli 247/23 saylı lizinq müqaviləsi üzrə 960.80 manat əsas, 120.51 manat lizinq mükafatı və 567.56 manat cərimə faizi olmaqla, ümumilikdə 1648.87 manat borc müştərək qaydada tutularaq Cavabdeh1 ASC -yə ödənilsin. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul müştərək qaydada tutulub Cavabdeh1 ASC -yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-259/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-259/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver