Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2590/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 2750 (iki min yeddi yüz əlli) manat ödənilməmiş hissə, 900 (doqquz yüz) manat dəbbə, 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15341 olan iPhone 11 markalı telefon üçün 2205.6 (iki min iki yüz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 658.4 (altı yüz əlli səkkiz manat qırx qəpik) manat dəbbə, 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82851 olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün 272.4 (iki yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 81,6 (səksən hir manat altmış qəpik) manat dəbbə, 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, HP markal notebook üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə, 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97284 olan iPhone 8 markalı telefon üçün 956.2 (doqquz yüz əlli altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 257.8 (iki yüz əlli yeddi manat səkkəıı qəpik) manat dəbbə, ümumilikdə 8763 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC TELECOM“ МMС ilə 19.01.2020-ci il, 27.02.2020-ci il, 29.01.2020-ci il, 07.01.2020-ci il və 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED TV, İMEİ kodu **********15341 olan iPhone 11 markalı telefon, İMEİ kodu **********82851 olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar, HP markalı notebook, İMEİ kodu **********97284 olan iPhone 8 markalı telefon almış və nəticədə 8763 (səkkiz min yeddi yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3000 (üç min) manat olan LG LED TV üçün ümumilikdə, 3650 (üç min altı yüz əlli) manat olmaqla ondan, 2750 (iki min yeddi yüz əlli) manat ödənilməmiş hissə, 900 (doqquz yüz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2205.6 (iki min iki yüz beş manat altmış qəpik) manat olan İMEİ kodu **********15341 olan iPhone 11 markalı telefon üçün ümumilikdə, 2864 (iki min səkkiz yüz altmış dörd) manat olmaqla ondan, 2205.6 (iki min iki yüz beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 658.4 (altı vüz əlli səkkiz manat qırx qəpik) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 326.4 (üçyüz iyirmi altı manat qırx qəpik) manat (6 ay x 54.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********82851 olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə, 354 (üç yüz əlli dörd) man it olmaqla ondan, 272.4 (iki yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 81.6 (səksən bir manat altmış qəpik) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat HP markalı notebook üçün ümumilikdə, 681 olmaqla ondan, 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini poznuş və nəticədə 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1717.2 (min yeddi yüz on yeddi manat iyirmi qəpik) manat (6 ay x 286.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********97234 olan iPhone 8 markalı telefon üçün ümumilikdə, 1214 (min iki yüz on dörd) manat olmaqla ondan, 956.2 (doqquz yüz əlli altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 257.8 manat dəbbə, cavabdeh 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, yeni qızıl zəmanət 21.02.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 195 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1170 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%nə qədcr hissəsi penya ödənilmosnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X3 iddia tələbini qismən qbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, pandemiya ilə əlaqədar olaraq borclarını ödəyə bilməmişidir. Hesab edir ki, iddiaçı tərəfindən cərimə borcları artıq hesablanmışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.01.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 630 manat olan HP markal notebook almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 3000 manat olan LG LED TV almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 2205.6 manat olan iPhone 11 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 326.4 manat olan Samsung galaxy A10 markalı telefon və 2 ədəd aksesuar almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 1717.2 manat olan iPhone 8 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 27 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 26 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh nun 19.01.2020-ci il tarixli müqavilə 2750 manat əsasə borc, 900 manat dəbbə pulu olmaqla ümumilikdə 3650 manat borcu, 27.02.2020-ci il tarixli müqavilə üzrə 2205.6 manat əsas borc, 658.4 manat dəbbə pulu olmaqla ümumilikdə 2864 manat borcu, 1 29.01.2020ci il tarixli müqavilə üzrə 272.4 manat əsas borc, 81.6 manat dəbbə pulu olmaqla ümumilikdə 354 manat borcu, 07.01.2020-ci il tarixli müqavilə üzrə 525 manat əsas borc, 196 manat dəbbə pulu olmaqla ümumilikdə 681 manat borcu, 24.12.2019-cu il tarixli müqavilə üzrə 956.2 manat əsas borc, 257.8 manat dəbbə pulu olmaqla ümumilikdə 1214 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.01.2020-ci il tarixli, 27.02.2020-ci il tarixli, 29.01.2020-ci il tarixli, 07.01.2020-ci il tarixli və 24.12.2019-cu il tarixli müqavilələr və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19.01.2020-ci il tarixli, 27.02.2020-ci il tarixli, 29.01.2020-ci il tarixli, 07.01.2020-ci il tarixli və 24.12.2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan "xxxx" MMC-nin xeyrinə 19.01.2020-ci il tarixli, müqavilə üzrə, 2750 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, digər 27.02.2020-ci il tarixli, müqavilə üzrə, 2205,6 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 29.01.2020-ci il tarixli müqavilə üzrə, 272,4 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, olmaqla, 07.01.2020-ci il tarixli müqavilə üzrə, 525 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 24.12.2029-ci il tarixli müqavilə üzrə, 956,2 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 6709,2 manat əsas borc, 160 manat dəbbə olmaqla, cəmi 6869,2 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan "xxxx" MMC-nin xeyrinə 19.01.2020-ci il tarixli, müqavilə üzrə, 2750 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, digər 27.02.2020-ci il tarixli, müqavilə üzrə, 2205,6 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 29.01.2020-ci il tarixli müqavilə üzrə, 272,4 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, olmaqla, 07.01.2020-ci il tarixli müqavilə üzrə, 525 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 24.12.2029-ci il tarixli müqavilə üzrə, 956,2 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 6709,2 manat əsas borc, 160 manat dəbbə olmaqla, cəmi 6869,2 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2590/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2590/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver