Məhkəmə qərarları › İş №2(007)-2591/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2591/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2591/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 06.09.2019-cu il, 08.09.2019-cu il və 26.01.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon, İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon, HP notebook almış və nəticədə 3253 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 732 manat (12 ay x 60 manat+12 manat ilkin ödəniş), İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 481 manat olmaqla ondan 373 manat ödənilməmiş hissə, 108 manat dəbbə, 08.09.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 359 manat (12 ay x 28 manat+23 manat ilkin ödəniş), İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 252 manat olmaqla ondan 194 manat ödənilməmiş hissə, 58 manat dəbbə, 26.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2180 manat (18 ay x 112 manat+164 manat ilkin ödəniş) olan HP notebook üçün ümumilikdə 2520 manat olmaqla ondan 2016 manat ödənilməmiş hissə, 504 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 688 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 06.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon üçün 373 manat ödənilməmiş hissə, 108 manat dəbbə, 08.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon üçün 194 manat ödənilməmiş hissə, 58 manat dəbbə, 26.01.2020-ci il tarixli müqaviləyə əsasən, HP notebook üçün 2016 manat ödənilməmiş hissə, 504 manat dəbbə, ümumilikdə 3253 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.09.2019-cu il tarixli 00892436 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon verilmişdir.Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.09.2019-cu il tarixli 00892436 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 06-dan gec olmayaraq 12 ay müddətinə hər ay 60 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.09.2019-cu il tarixli 00897381 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.09.2019-cu il tarixli 00897381 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 06-dan gec olmayaraq 12 ay müddətinə hər ay 28 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.01.2020-ci il tarixli 20060603 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh HP notebook verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.01.2020-ci il tarixli 20060603 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 25-dən gec olmayaraq 18 ay müddətinə hər ay 112 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 26.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06.09.2019-cu il tarixli 00892436 nömrəli müqavilə üzrə İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon üçün 373 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, cəmi 481 manat, 08.09.2019-cu il tarixli 00897381 nömrəli müqavilə üzrə İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon üçün 194 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu, cəmi 252 manat, 26.01.2020-ci il tarixli 20060603 nömrəli müqavilə üzrə HP notebook üçün 2016 manat ödənilməmiş hissə, 504 manat dəbbə pulu, cəmi 2520 manat, ümumilikdə 3253 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 04.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan 27.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 06.09.2019-cu il, 08.09.2019-cu il və 26.01.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən satış qiyməti 732 manat olan bir ədəd İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon, satış qiyməti 359 manat olan İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon və satış qiyməti 2180 manat olan HP notebook almış, lakin müqavilədə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hər 3 müqavilə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, Cavabdeh 06.09.2019-cu il tarixli 00892436 nömrəli müqavilə üzrə İMEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon üçün 108 manat dəbbə pulu azaldılaraq 10 manat, 08.09.2019-cu il tarixli 00897381 nömrəli müqavilə üzrə İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon üçün 58 manat dəbbə pulu azaldılaraq 05 manat, 26.01.2020-ci il tarixli 20060603 nömrəli müqavilə üzrə HP notebook üçün 504 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06.09.2019-cu il tarixli müqaviləyə əsasən, MEİ kodu **********77712 olan “Samsung Galaxy A50” markalı telefon üçün 373 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 08.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********54224 olan “Samsung Galaxy A10” markalı telefon üçün 194 manat ödənilməmiş hissə, 05 manat dəbbə pulu, 26.01.2020-ci il tarixli müqavilə üzrə HP notebook üçün 2016 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06.09.2019-cu il tarixli müqavilə üzrə 373 manat əsas borc, 10 manat dəbbə, 08.09.2019-cu il tarixli müqavilə üzrə 194 manat əsas borc, 5 manat dəbbə, 26.01.2020-ci il tarixli müqavilə üzrə 2016 manat əsas borc, 50 manat dəbbə, cəmi 2648 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar