Məhkəmə qərarları › İş №2(007)-2593/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2593/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2593/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan üçün 437 (dörd yüz otuz yeddi) manat əsas borcun, 43 (qırx üç) manat cərimənin, 10 iyun 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********77055 olan «X1 7» markalı telefon üçün 267 (iki yüz altmış yeddi) manat əsas borcun, 26 (iyirmi altı) manat cərimənin, 10 mart 2019-cu il tarixli müqavilə üzrə 2 ədəd «Samsung» markalı LED televizor üçün 263 (iki yüz altmış üç) manat əsas borcun, 26 (iyirmi altı) manat cərimənin,10 iyun 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********26516 olan «X1 7» markalı telefon üçün 453 (dörd yüz əlli üç) manat əsas borcun, 45 (qırx beş) manat cərimənin, 17 iyun 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********87155 olan «Samsung Galaxy A6 Plus» markalı telefon üçün 310 (üç yüz on) manat əsas borcun, 31 (otuz bir) manat cərimənin, ümumilikdə isə 1901 (min doqquz yüz bir) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 19 oktyabr 2019-cu il, 10 iyun 2019-cu il, 10 mart 2019-cu il, 10 iyun 2019-cu il və 17 iyun 2018-ci il tarixli müqaviləsinə əsasən, «Samsung» markalı paltaryuyan, «X1 7» markalı telefon, 2 ədəd «Samsung» markalı LED televizor, İMEİ kodu **********26516 olan «X1 7» markalı telefon və İMEİ kodu **********87155 olan «Samsung Galaxy A6 Plus» markalı telefon almış və nəticədə 1901 (min doqquz yüz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1320 manat (12 ay x 110 manat + 0 manat ilkin ödəniş) «Samsung» markalı paltaryuyan üçün ümumilikdə, 480 (dörd yüz səksən) manat olmaqla ondan, 437 (dörd yüz otuz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 19 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən «Samsung» markalı paltaryuyanı 19 may 2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 883 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. 10 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********77055 olan «X1 7» markalı telefon üçün ümumilikdə, 293 (iki yüz doxsan üç) manat olmaqla ondan, 267 (iki yüz altmış yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə hesablanmışdır. 10 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2013 manat (11 ay x 183 manat + 0 manat ilkin ödəniş), 2 ədəd «Samsung» markalı LED televizor üçün ümumilikdə, 289 (iki yüz səksən doqquz) manat olmaqla ondan, 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə; 10 iyun 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26516 olan «X1 7» markalı telefon üçün ümumilikdə, 498 (dörd yüz doxsan səkkiz) manat olmaqla ondan, 453 (dörd yüz əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə, 17 iyun 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1245 manat (24 ay x 50 manat + 45 manat ilkin ödəniş) İMEİ kodu **********87155 olan «Samsung Galaxy A6 Plus» markalı telefon üçün ümumilikdə, 341 (üç yüz qırx bir) manat olmaqla ondan, 310 (üç yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1901 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1320 manat olan, «Samsung» markalı paltaryuyan satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 738 manat olan İMEİ kodu **********77055 olan «X1 7» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2013 manat olan 2 ədəd «Samsung» markalı LED televizor satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 324 manat olan İMEİ kodu **********26516 olan «X1 7» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2018-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1245 manat olan İMEİ kodu **********87155 olan «Samsung Galaxy A6 Plus» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 20 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 oktyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 437 (dörd yüz otuz yeddi) manat, cərimə borcu üzrə 43 (qırx üç) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat borcu vardır. 10 iyun 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 267 (iki yüz altmış yeddi) manat, cərimə borcu üzrə 26 (iyirmi altı) manat olmaqla, ümumilikdə 293 (iki yüz doxsan üç) manat borcu vardır. 10 mart 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 263 (iki yüz altmış üç) manat, cərimə borcu üzrə 26 (iyirmi altı) manat olmaqla, ümumilikdə 289 (iki yüz səksən doqquz) manat borcu vardır. 10 iyun 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 453 (dörd yüz əlli üç) manat, cərimə borcu üzrə 45 (qırx beş) manat olmaqla, ümumilikdə 498 (dörd yüz doxsan səkkiz) manat borcu vardır. 17 iyun 2018-ci il tarixli müqaviləsi üzrə əsas borc üzrə 310 (üç yüz on) manat, cərimə borcu üzrə 31 (otuz bir) manat olmaqla, ümumilikdə 341 (üç yüz qırx bir) manat borcu vardır. Hər beş müqavilə üzrə ümumilikdə 1901 (min doqquz yüz bir) manat borcu vardır. İşə əlavə olunmuş 21 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19 oktyabr 2019-cu il, 10 iyun 2019cu il, 10 mart 2019-cu il, 10 iyun 2019-cu il və 17 iyun 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 19 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 437 (dörd yüz otuz yeddi) manat əsas borc, 43 (qırx üç) manat cərimə borcu, 10 iyun 2019-cu il tarixli müqavilə üzrə 267 (iki yüz altmış yeddi) manat əsas borc, 26 (iyirmi altı) manat cərimə borcu, 10 mart 2019-cu il tarixli müqavilə üzrə 263 (iki yüz altmış üç) manat əsas borc, 26 (iyirmi altı) manat cərimə borcu və 10 iyun 2019-cu il tarixli müqavilə üzrə 453 (dörd yüz əlli üç) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu və 17 iyun 2018-ci il tarixli müqavilə üzrə 310 (üç yüz on) manat əsas borc, 31 (otuz bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1901 (min doqquz yüz bir) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar