Məhkəmə qərarları › İş №2(007)-2608/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2608/2025

23.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2608/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçı cavabdehlər Nizami Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “özəlləşdirilmə üçün verilmiş sənədlərin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Həyati təhlükəsini, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan vətəndaş “hüquqlarını və qanuni mənafelərini, habelə mənzil hüququnu, eyni zamanda yaradıcı şəxs olaraq yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri qeyd-şərtsiz (hər gecə eyş-işrət, hətta təcavüzə oxşar səslər, gecə 2, 3 radələrində oradan çıxanların əxlaqsız danışıqları) pozmaqla işgüzar fəaliyyətinə mane olan (qarşısında bir səhər 15 yaşlı oğlanın anasını bıçaqlamasından sonra məcbur olub 25 il yaşadığı mənzili tərk etmişdir), habelə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin bu restoranın 7 iş günü müddətində sökülməsi ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Qərib Məmmədova, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova və surəti ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu nəzərə alaraq “Tac” adlanan qanunsuz restoranın sökülməsi ilə bağlı qərar qəbul edilməsi; 2) Onun yaşadığı binada- R.Rüstəmov küçəsi 48 ünvanında birinci blokda (onun mənzili ikinci blokdadır) yaşayan Cavabdeh2 əsasən Nizami Rayon İcra Hakimiyyətinin Özəlləşdirmə üçün vermiş olduğu qanunsuz icazə sənədlərini, həmçinin qanunsuz restoranın özəlləşdirilməsi üçün sənədlərin araşdırılması və bunlara əsasən Nizami Rayon İcra Hakimiyyəti haqqında qərar qəbul edilməsi; 3) Nizami Rayon İcra Hakimiyyəti Cavabdeh2 kimi ona da özəlləşdirmə sənədlərinin verilməsi, məhkəmənin bu ayrıseçkiliyə aydınlıq gətirilməsi və vətəndaşı- alimi hakimiyyətdən narazı salan, ölkəni tərk etməsinə səbəb olan Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin cavabdan cavabdehin rəsmi qeydə alındığı yerin ünvanını müəyyən etmək mümkün olmamışdır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Hakimin mövqeyi:

3. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.

4. Belə ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır.

5. İddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır.

6. Hesab edirəm ki, məhkəməyə müraciət edilərkən iddiaçı iddia ərizəsinə dair Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

7. Beləliklə, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından hazırki ərizənin icraata qəbul edilməsi mümkün deyildir.

Nəticə:

8. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar