Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2618/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.08.06.2019-cu il tarixli müqaviləyə əsasən Dispenser HOFFMANN üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; cəmi: 277 manat
2. 04.06.2019-cu il tarixli müqaviləyə əsasən X1 üçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; cəmi: 105 manat
3. 25.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********75568 olan Samsung Galaxy A7 markalı telefon üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə; cəmi: 805 manat
4. 28.08.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi Mi və Samsung markalı Headphones üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; cəmi 79 manat cərimə pulu hesablanmışdır. Ümumilikdə 1266 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1296 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 08.06.2019-cu il, 04.06.2019-cu il, 25.05.2019-cu il, 28.08.2019-cu il tarixli müqavilələrinə əsasən, Dispenser HOFFMANN, X1, İMEİ kod **********75568olan Samsung Galaxy A7 markalı telefon, Xiaomi Mi və Samsung markalı Headphones almış, nəticədə 1266 (min iki yüz altmış altı) manat borc yaranmışdır. 1.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (15 ay x 21 manat + 9 manat ilkin ödəniş) olan Dispenser HOFFMANN üçün ümumilikdə 277 (iki yüz yetmiş yeddi) manat olmaqla, ondan, 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 69 manat (0.21 manat x 330 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 25 (iyirmi beş) cərimə pulu borcu yaranmışdır. 2. 04.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (15 ay x 8 manat +0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə 105 (yüz beş) manat olmaqla, ondan 96 (doxsan altı) manat ödənilməmiş hissə, 1 %-lə 26 manat (0.08 manat x 330 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 9 (doqquz) manat cərimə pulu borcu yaranmışdır. 3. 25.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 915 (doqquz yüz on beş) manat (15 ay x 61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********75568 olan Samsung Galaxy A7 markalı telefon üçün 805 (səkkiz yüz beş) manat olmaqla, ondan 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 1%-lə 201 manat (0.61 manat x 330 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 73 (yetmiş üç) manat cərimə pulu borcu yaranmışdır. 4.28.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi və Samsung markalı Headphones üçün ümumilikdə 79 (yetmiş doqquz) manat olmaqla, ondan 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 1%-lə 21 manat (0.06 manat x 360 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 7 (yeddi) manat cərimə pulu yaranmışdır. Cavabdehin cəıııi ödədiyi məbləğ 279 manat təşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, 00710532 nömrəli, 04.06.2019-cu il tarixli, 00702355 nömrəli, 25.05.2019-cu il tarixli, 00681074 nömrəli, 28.08.2019-cu il tarixli, 00873515 nömrəli müqavilələrdən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 324 manat olan Dispenser HOFFMANN, ümumi dəyəri 120 manat olan X1, ümumi dəyəri 915 manat olan İMEİ kod **********75568 olan Samsung Galaxy A7 markalı telefon, ümumi dəyəri 72 manat olan X2 və Samsung markalı Headphones satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 26 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.06.2019-cu il, 04.06.2019-cu il, 25.05.2019-cu il, 28.08.2019-cu il tarixli müqavilələr üzrə əsas borc 1152 manat, cərimə borcu üzrə 114 manat olmaqla, ümumilikdə 1266 manat borcu qalmışdır. İşə əlavə olunmuş 26 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 03 aprel 2019-cu iltarixli müqavilə əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 08.06.2019-cu il, 04.06.2019-cu il, 25.05.2019-cu il, 28.08.2019-cu il tarixli müqavilələrinə müqavilələr üzrə əsas borc 1152 manat, cərimə borcu üzrə 114 manat olmaqla, ümumilikdə 1266 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həqiqət Əhmədova