Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2621/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 02 may 2018-ci il tarixli, K00128706 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 1688 manat dəyərində İMEİ kod **********29655 olan “Samsung Galaxy A8” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin 80 manat ödəniş edib, qalan borcu hər ay 67 manat olmaqla 24 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, Cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, 1053 manat məbləğdə ödəniş etmiş, qalan 635 manat məbləğində ödəniş etməmişdir, MMC-yə borclu qalmışdır. Onun əsas borcun məbləği 635 manat, cərimə 63 manat, cəmi 698 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsümün cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 02 may 2018-cu il tarixli, K00128706 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 1688 manat dəyərində “Samsung Galaxy A8” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin olaraq 80 manat ödəniş etməklə, borcu o, hər ay 67 manat olmaqla, 24 ay ərzində cədvəl üzrə ödəyəcəkdir. İşdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 02 may 2018-ci il tarixli, K00128706 saylı müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddiaçıdan 02 may 2018-ci il tarixdə imza etməklə 1688 manat dəyərində “Samsung Galaxy A8” markalı mobil telefon əldə edilmişdir. İşdə olan maliyyə arayışından və ödəniş cədvəllərindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 02 may 2018-ci il tarixli, K00128706 saylı müqavilə üzrə cavabdehin iddiaçıya 635 manat əsas borcu, 63 manat cərimə və cəmi 698 manat məbələğində borcu qalmışdır. İşdə olan bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı "xxxx"MMC Cavabdeh onun MMC-yə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 02 may 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 02 may 2018-ci il tarixli, K00128706 saylı nisyə alqı-satqı müqavilə üzrə 635 manat əsas borc, 63 manat cərimə borcu olmaqla,ümumi 698 (altı yüz doxsan səkkiz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2621/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2621/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver