Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2645/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “17 dekabr 2016-cı il tarixli və nömrəsiz müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “17 dekabr 2016-cı il tarixli və nömrəsiz müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddiası onunla əsaslandırılmışdır ki, 17 dekabr 2016-cı il tarixdə Cavabdeh işlədiyi ünvan 1 ünvanında yerləşən ofisinə gələrək, Bakı şəhəri Yasamal rayonu 27-ci PB-də onun barəsində olan materialların yoxlanılması ilə bağlı ona hüquqi yardım etməsini ondan xahiş etmişdir. Onunla elə həmin tarixdə, edəcəyi hüquqi yardım barəsində o, qarşılıqlı müqavilə bağlamışdır. Müqavilənin şərtinə görə, ona edəcəyi hüquqi yardım müqabilində Valentina ona 1.500 manat ödəməli olmuşdur. Lakin Cavabdeh ona ilkin olaraq 500 manat ödəmək imkanının olduğunu bildirmiş və o, Cavabdeh ilə razılaşmışdır. Onun barəsində 27-ci PB-də olan materialların və hadisənin yoxlanılmasında iştirak edərək hüquqlarının qanun müstəvisində müdafiəsini təmin etmişdir. Kitavevanın hüquqlarını o, etibarnamə əsasında müdafiə etmişdir. 10 dekabr 2016-cı il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı T.İmanov tərəfindən yoxlanılan həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. 27 PB-də işi bitdikdən sonra o, Cavabdeh qalan 1.000 manat qalıq borcunu istədikdə, Kitayeva ona özünün digər mülki mübahisələri ilə əlaqədar işlərində də hüquqi yardım etməyini ondan xahiş etmişdir. Lakin bildirmişdir ki, onun ödəniş etməyə pulu yoxdur və 1.000 manatı da ödəyə bilməyəcək, əgər onun məhkəmə və sair işlərində ona yardım edərsə sonda ünvan 3 ünvanındakı, ona X8 tərəfindən vəsiyyətnamə əsasında verilən mənzilini sataraq, satışdan əldə edilən pulun 50%-ni ödəyəcəkdir. O, Cavabdeh səmimiyyətinə inanaraq, 17 dekabr 2016-cı tarixdə Cavabdeh ilə aralarında müqavilə tərtib edib imzalamışlar. Bundan sonra o, artıq sorğu-sualsız, pulsuz olaraq, həmin tarixdən ta ki, 06 aprel 2021-ci ilədək Cavabdeh S.Qladilinanın ona vəsiyyətnamə əsasında qoyduğu ünvan 3 ünvanındakı evinə olan mülkiyyət hüquqlarının qanun müstəvisində tanınaraq, ona verilməsi istiqamətində bütün mərhələlərdə işini başlayıb davam etdirərək, nəhayətində tam qələbə ilə bitirmişdir. Bu mərhələ işləri belə bir ardıcıllıqla davam etmişdir. Mülki iş üzrə işin faktiki halları aşağıdakılardan ibarətdir: 2012-ci ilin yay mövsümündə Cavabdeh S.N.Qladilina ilə tanış olmuş, bu tanışlıq aralarında mehriban dostluq münasibətlərinə çevrilmişdir. Bir müddətdən sonra S.N.Qladilina xəstələnmiş, oğlu V.F.Lapin anasına qulluq etmədiyindən, ona laqeydliklə yanaşaraq incitdiyindən o, Cavabdeh ona qulluq etməsini xahiş etmişdir. Lakin maddi imkanının olmadığı səbəbindən o, evini Cavabdeh vəsiyyət edəcəyi barədə onunla şifahi razılığa gəlmişdir. Bir müddətdən sonra S.Qladilinanın vəziyyəti pisləşdiyindən, Cavabdeh ona mütəmadi olaraq qulluq etmiş, həkim müayinəsinə aparmış, təmizlik və digər təsərrüfat işlərini icra etmişdir. 23 may 2016-cı ildə S.Qladilina vəziyyətin pisləşdiyini görüb, Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin notariusuna gələrək, bütün əmlakını o cümlədən ünvan 3 ünvanında yerləşən evini Cavabdeh vəsiyyət etmişdir. 23 may 2016-cı il tarixdə S.Qladilina vəfat etmişdir. Bundan sonra Cavabdeh vəsiyyətnamə ilə əlaqədar 24 iyul 2016-cı il tarixdə 3 saylı Asan xidmətin Notariusuna müraciət etmiş, 27 noyabr 2016-cı il tarixdə notarius Ə.Abuzərova tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar verilmiş və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi barədə ona izah verilmişdir. 21 dekabr 2016-cı il tarixdə o, Cavabdeh qeyd edilən mənzilə olan hüquqlarının məhkəmə tərəfindən tanınması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 25 aprel 2017-ci il tarixdə isə həmin mənzilə qeydiyyatı olmayan, özünün qeydiyyatda olduğu Bakı şəhəri, Vaqif küçəsi, ev 11 mənzil 35-də yaşayan S.Qladilinanın oğlu V.F.Lapin də Kitayevaya verilən “Vəsiyyətnamənin etibarsız hesab edilərək, onun mənzilə olan hüquqlarının tanınması və ona şəhadətnamə verilməsi” tələbi üzrə Yasamal Rayon Məhkəməsinə qarşılıqlı iddia ilə müraciət etmişdir. Hər iki iddia məhkəmə prosesində geniş şəkildə müzakirə edilərək, məhkəmə çəkişməsi zəminində toplanmış sübutlar və şahid ifadələri ilə hakim S.Mehrəliyev tərəfindən 07 avqust 2017-ci il tarixdə Cavabdeh qeyd edilən mənzilə hüquqların tanınması və V.Lapinin isə qarşılıqlı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Həmin qətnamə V.F.Lapin tərəfindən mübahisələndirilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmişdir. 06 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi İ.Vəliyevin sədrliyi ilə V.Lapinin şikayətinə baxılaraq, Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilmişdir. 3 saylı ASAN Xidmətin notariusunun yazılı müraciətinə əsasən, 11 may 2018-ci ildə hakim S.Mehrəliyev tərəfindən qərardad qəbul edilərək, V.F.Lapinə S.Qladilinanın əmlakından məcburi payın verilməməsinə aydınlıq gətirirərək göstərilmişdir ki, V.F.Lapin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində notariusa müraciət etməmiş, anasının ölümündən 9 (doqquz) ay sonra heç bir üzürlü səbəb olmadan gecikərək müraciət etdikdə isə rədd cavabı almışdır. Anası S.Qladilina 24 may 2016-cı il tarixdə vəfat etmiş, V.F.Lapin isə notariusa 2017-ci ilin fevralında müraciət edərək rədd cavabı aldıqdan sonra isə, 2017ci ilin aprel ayının 24-də məhkəməyə müraciət etmişdir. Bununla da o, heç bir üzürlü səbəb olmadan mirasın qəbulu üzrə qanunla müəyyən olunmuş bütün müddətləri pozmuşdur. Daha sonra 06 iyun 2018-ci il tarixdə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31, mənzil 65-də yerləşən evə çıxarış verilmiş və bununla da o, evin üzərində sahiblik, sərəncamlıq hüququ əldə etmişdir. Lakin V.F.Lapin həmin evdə yaşamasa da, evin açarlarını Cavabdeh anasının ölümündən dərhal sonra zorla aldığından və onu ora buraxmadığından Cavabdeh evin sahiblik hüququnu əldə etdikdən sonra yenidən V.P.Lapinin məhkəmə qaydasında evdən çıxarılması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 20 sentyabr 2018-ci il tarixdə V.F.Lapin mənzildən çıxarılması barədə qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət vermiş və məhkəmə kollegiyası 27 mart 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamənin qüvvədə saxlanılmasına dair qətnamə qəbul etmişdir. 23 avqust 2019-cu il tarixdə mənzildən çıxarılan və bütün qanuni hüquqlarını itirən V.F.Lapin məsələni yenidən gündəmə gətirərək, əyri yollar axtarışında, eyni vaxtda 2019-cu ilin sentyabr ayında 2 məhkəməyə- Yasamal Rayon məhkəməsinə “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbi ilə, Nizami Rayon Məhkəməsinə isə “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakının qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbləri ilə mülki qaydada müraciət etmişdir. Artıq qüvvəyə minmiş 2 qətnamənin (Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(004)-1350/2017 saylı qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılmasına dair 16 dekabr 2018-ci il tarixli 2(103)-11457/2017 saylı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnaməsi) olduğu halda və bu məsələnin bütün məhkəmə proseslərində məhkəmə baxış zamanı təqdim olunan sübutu əhəmiyyətli sənədlər, şahid ifadələri nəticəsində qəbul edilən bu qətnamələr məsələnin qanuni müstəvidə həll edildiyinə, onların tam, obyektiv və qanuni olduğuna baxmayaraq, V.F.Lapinin verdiyi iddia tələblərinə yenidən istər Yasamal Rayon Məhkəməsində, istərsə də Nizami Rayon Məhkəməsində baxılmışdır. Hər iki məhkəmədə qeyd edilən iddia tələblərinin təmin edilməməsinə dair qətnamələr qəbul edilmişdir. (Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(004)-5443/2019 saylı qətnaməsi hakim A.Məmmədov, Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(007)-3163/2019 saylı qətnaməsi hakim R.Həsənov). Bundan sonra V.F.Lapin ümidlərini itirmədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş və Nizami Rayon Məhkəməsinin qətnaməsinin ləğvi tələbi ilə apellyasiya şikayəti vermişlər. 25 avqust 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin MK-da V.Lapinin apellyasiya şikayəti əsasında mülki işə baxan hakim Ş.Məhərrəmova şikayəti qismən təmin edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-3163/2019 saylı 03 dekabr 2019-cu il tarixli qətnaməsini qismən ləğv edib, V.Lapinin anası S.Qladilinadan miras qalmış ünvan 3 ünvandakı mənzildən ibarət miras əmlakının qəbul edilməsi müddətinin (məcburu pay alması üçün) Lapin tərəfindən ötürülməsinin üzürlü hesab edilməsi və sair haqqında qətnamə qəbul edilmişdir. Həmin qətnamədən, tərəfindən kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət ilə müraciət edilərək mübahisələndirilmişdir. 06 aprel 2021-ci il tarixdə Ali Məhkəməsinin MK-da hakim Ə.Əhmədovun sədrliyi ilə baxılaraq, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir və Cavabdeh qeyd edilən ünvandakı mənzilə olan hüquqları tam şəkildə tanınaraq təsbit edilmişdir. Göründüyü kimi, o, 4 il yarım müddətində Cavabdeh ilə bağladığı müqavilə şərtlərinə sadiq qalaraq onun hüquqlarını qanuna müvafiq qaydada müdafiə edib, bütün məhkəmə və icra orqanlarında öz işini müvəffəqiyyətlə başa vurmuşdur. Lakin, Cavabdeh əldə olunan bu qələbəni bəsit, anlamsız bir hal kimi qəbul edərək onun uzun və çətin əməyinə qiymət belə vermədən, özünün qələbəsi kimi qəbul edib, müqavilənin sonrakı əsas şərti olan evin satılması və onun 50%-lik əmək haqqının ödənilməsinə müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Bu da onun bütün bunları məqsədyönlü, planlı şəkildə, müxtəlif maskalar altında gizlənərək son məqsədinə nail olmasına dəlalət etməsini göstərir. Kitayevanın ondan qaçaraq müxtəlif bəhanələr gətirib, evi satmaq niyyətində olmaması, onda şübhə doğurmuşdur. V.Lapin mübahisəli evdən çıxarıldıqdan sonra o, evin giriş qapısının açarını yeniləyib, bir açarını özündə saxlamış, digərini isə Kitayevaya vermişdir. Cavabdeh onun həmin evə girmək imkanını məhdudlaşdıraraq evin açarını dəyişmiş və onunla heç bir əlaqəyə girməyərək konkret olaraq ona pul verməyəcəyini demişdir. Bununla da Kitayeva aralarında bağlanan müqavilə şərtlərini icra etməkdən kobudcasına imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinin tələbinə əsasən “Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa həmin müqavilə əvəzli sayılır.”. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə görə işlər bitdikdən sonra qeyd edilən evi birlikdə sataraq həmin pulun 50%-ni ona verəcəyini öhdəsinə götürmüş və o da bu öhdəlikdən irəli gələn tələbə görə bütün bu illər ərzində ondan pul almadan müdafiə işini yönəltmişdir. Lakin Cavabdeh ona qarşı olan münasibəti qeyri-insani münasibətdir. Belə ki, 4 il yarım müddətində onun hüquqlarını yüksək səviyyədə, bütün instasiyalarda müdafiə etmiş və bu yöndə kifayət qədər əmək sərf etmişdir. Lakin onun cinayətkar mövqeyini heç bir vaxt hiss etməmişdir. Çünki o, məqsədinə nail olmaq üçün onun etibarını qazanmış və sən demə sonda ona veriləcək pulu mənimsəmək məqsədi olmuşdur. Bu da tam aydınlığı ilə görülməkdədir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh ilə onun arasında bağlanan 17 dekabr 2017-ci il tarixli müqavilə şərtlərindən irəli gələn, onun ünvan 3-də yerləşən evinin satılaraq, ona çatacaq satış məbləğinin 50%-nin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında bağlanmış 12 dekabr 2016-cı il tarixli müqavilə onun ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlanmışdır. Belə ki, o, İddiaçı ilk dəfə 2016-cı ilin dekabrında tanımışdır. Həmin dövrdə Yasamal rayon 27-ci Polis Bölməsində olan materialın araşdırılması zamanı hüquqlarının müdafiə edilməsi üçün müqavilə imzalamışdır. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur və o, həmin vəsaiti dosttanışlarından borc-xərc edərək ödəmişdir. Həmin iş yekunlaşdıqdan sonra onun digər mülki məsələ ilə bağlı probleminin olduğunu, həmin məsələdə ona hüquqi yardım göstərilməsi üçün köməklik lazım olduğunu bildirdikdə, İddiaçı ona həmin məsələnin çox uzun müddət çəkəcəyini, həmin işin birinci instansiya, apelyasiya və Ali Məhkəmədə baxılacağını bildirirək hər instansiya üçün ondan 1000 manat pul vəsaiti tələb etmişdir. O isə Qəmərə maddi imkanının çox aşağı olduğunu, hazırda həmin vəsaitin tərəfindən ödənilməsinin mümkün olmadığını, əvvəlki hüquqi yardıma görə də ödənilmiş 500 manat vəsaiti də dost-tanışdan borc alaraq ödədiyini bildirmişdir. O, İddiaçı ona hüquqi yardım göstərməsini, hüquqi yardım göstərildikdən sonra evi satıb onun xidmət haqqını ödəyə biləcəyini təklif etmişdir. İddiaçı isə ona hüquqi yardım göstərildikdən sonra onun hüquqi yardımının dəyərini ödəməyəcəyindən ehtiyat etdiyini bildirmişdir. O isə heç bir narahatçılığın olmadığını, iş yekunlaşdıqdan sonra iştirak etdiyi hər instansiyaya görə 1000 manat xidmət haqqını ödəyəcəyinə söz vermişdir. Lakin İddiaçı yenə də onun pulu ödəməyəcəyindən narahat olduğunu, bu narahatçılığı aradan qaldırmaq üçün aralarında formal olaraq müqavilə bağlanmasını, həmin formal müqavilənin şərtlərinə görə onun həmin mənzilin 50%-ni adına keçirməyini təklif etmişdir. O isə bu hüquqi xidmətə görə mənzilin 50% məbləğinin çox yüksək olduğunu bildirmişdir. Belə ki, hər instansiyaya görə 1000 manat xidmət haqqına görə evin dəyərinin 50%-nin tələb edilməsi çox ağır şərtdir. İddiaçı isə öz növbəsində bildirmişdir ki, bu sadəcə onun xidmət haqqının ödənilməsinin təminatı rolunu oynayacaq. Həmçinin, Qəmər ona bildirmişdir ki, “mən sənə etibar edib sənə hüquqi xidmət göstərirəmsə, sən də gərək mənə etibar edəsən, əgər iş yekunlaşdıqdan sonra neçə instansiyada iştirak etmişəmsə hər instansiya üçün 1000 manat xidmət haqqı ödədikdən sonra bu müqavilənin bir əhəmiyyəti olmayacaqdır”. O isə Qəmərə bildirmişdir ki, “necə razılaşmışıqsa o şəkildə də müqavilə imzalayaq, hər instansiya üçün 1000 manat xidmət haqqı verməyimi öz üzərimə götürürəm”. Qəmər isə ona bildirmişdir ki, həmin şərtlərlə ona hüquqi yardım göstərə bilməz, çünki həmin vəsaitin ödənilməyəcəyindən narahatdır. Ancaq mənzilin 50%-ni verməyi ilə bağlı müqavilə imzalasa onda onun tərəfindən göstərilmiş hər instansiyadakı xidmətə görə 1000 manat xidmət haqqının ödənilməsinə inam yaranacaqdır. Qəmər ona dəfələrlə bildirmişdir ki, həmin müqavilə sadəcə özünün göstərdiyi xidmətin dəyərini almaq üçün təminat rolunu oynayır. Onun isə hüquqi savadı və maddi imkanı olmadığından, məhkəmələrdə özünü müdafiə edə bilməyəcəyi üçün məcbur qalıb həmin tərtib edilmiş müqaviləyə imza atmışdır. O da İddiaçı etibar etdiyi üçün həmin müqaviləni imzalamışdır. İşlər yekunlaşdıqdan sonra İddiaçı ona bildirmişdir ki, hər instansiya üçün 1000 manat deyil, mənzilin 50%-ni onun adına keçirməlidir. O isə Qəmərə əslində başqa cür razılaşdıqlarını, müqavilə şərtlərində qeyd edilənlərin sadəcə hər instansiya üçün 1000 manat xidmət haqqının ödənilməsini təmin etmək üçün olduğunu bildirdikdə, İddiaçı ona yazılı müqavilədə bağlanan nədirsə, onu da alacağını bildirmişdir. Bundan əlavə olaraq bildirir ki, adından işlərin həyata keçirilməsi üçün 12 dekabr 2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda İddiaçı adına verdiyi etibarnaməni ərizə verərək 31 iyul 2018-ci il tarixdə ləğv etdirmişdir. Yəni qeyd edilən tarixdən sonra İddiaçı onun adından hər hansı iş və xidmətlərin göstərməsi səlahiyyəti olmamışdır. Etibarnaməni ləğv etdikdən sonra vərəsəlik işi ilə əlaqədar olaraq məhkəmə mübahisəsinə Bakı Apellyasiya və Ali Məhkəmədə baxılmış və onun etibarnaməni ləğv etdirdiyi üçün İddiaçı onun adından hər hansı işi aparmaq və həmin işin aparılmasını kiməsə həvalə etmək səlahiyyətinə malik olmamışdır. Həmin işlərin aparılması ilə əlaqədar Bakı Apelyasiya və Ali Məhkəmədə onu təmsil etmək üçün vəkillərlə müqaviləni də şəxsən özü imzalamışdır. Göründüyü kimi, qeyd edilən müqaviləni o, hüquqi savadı və maddi imkanı olmadığından ağır şərtlər altında bağlamağa məcbur olmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ona qarşı verdiyi iddia ərizəsinin rədd edilməsi və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə arasında bağlanmış 17 dekabr 2016-cı il tarixli və nömrəsiz müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh təqdim etdiyi qarşılıqlı iddia əsassız və qanunsuz olduğundan aşağıdakı səbəblərə görə icraata qəbul edilməməlidir: Əvvəla, Cavabdeh onunla 2 dəfə, 12 və 17 dekabr 2016-cı il tarixlərində müqavilə bağlamışdır. 12 dekabr 2016-cı il tarixdə işlədiyi ofisin binasının qonşuluğunda yaşayan V.Fillipovanın vasitəsilə yanına gələn Cavabdeh ona Yasamal RPİ-nin 27 PB-də barəsində olan təhqiqat işi ilə əlaqədar yardım etməyi ondan xahiş etmişdir. O da Kitayeva ilə elə həmin tarixdə müqavilə bağlayaraq apardığı işin müqabilində 1500 manat pul verəcəyini bildirmişdir. O, işin əvvəlində 500 manat, bitdikdən sonra isə 1000 manat verəcəyini bildirmişdir. O, buna razılıq verərək bu barədə müqavilə tərtib etmişdir. Polisdə işləri bitdikdən sonra Cavabdeh ona 1000 manat pulunun olmadığını bildirmiş və onun mülki işi üzrə məhkəmə proseslərini aparmağını xahiş etmişdir. Bunun müqabilində əgər işləri müsbət şəkildə həll edərsə, işlər bitdikdən sonra əldə etdiyi evini sataraq, evin pulundan 50%-ni ona ödəyəcəkdir. Bu şərt riskli olsa da o, razılaşmışdır. Həmin razılaşma barəsində də Kitayevanın özünə rus dilində 17 dekabr 2016-cı il tarixində müqavilə tərtib edib, imzalamışlar. Müqavilə onun hürr iradəsi ilə özü tərəfindən yazılıb. Onun Kitayevanın belə bir anlaşmaya imza etməyə heç bir təsiri və təzyiqi olmayıb. Məsələnin uzun və ya qısa müddətə həll ediləcəyinə gəldikdə isə o, bu barədə heç bir proqnoz verə bilməzdi. Bu da Kitayevanın bir yalanıdır. Bundan başqa onların aralarında heç bir zaman 1000 manat söhbəti olmamışdır. Onlar 1 dəfə müqavilə bağlamışlar və bu xüsusda ona veriləcək məbləğ 1 dəfə müəyyənləşdirilib. Onun işlədiyi 2016-cı ildən 2021-ci ilin aprelin 6-dək olan müddət ərzində Kitayevadan heç bir vaxt pul istəməmişdir, o da verməmişdir. Əgər aralarında 1000 manat pul söhbəti olubsa, onu hər hansı bir sübut növü ilə isbat etsin. Əgər aralarında belə bir şərt olmuş olsaydı o, hər instansiya üçün elə həmin vaxta pul alar və işlərini icra edərdi. Lakin Kitayeva pulunun olmadığını və onun ancaq bu şəkildə ödəniş edəcəyini bildirmiş və onlar razılaşmışlar. 2018-ci ilin 31 iyulunda Cavabdeh artıq İnşaatçılar prospekti 31, mənzil 65 ünvanındakı evinə çıxarış aldıqdan sonra, tez-tez rus səfirliyinə gedib-gəlməyə başlamışdır. Bu onu şübhələndirmişdir. Bu səbəbdən o, evin çıxarışını ona verməsini Kitayevadan tələb etmişdir. Onların məhkəmə işləri müəyyən mərhələdə bitdiyindən, onun evi sataraq Bakıdan çıxıb getməsindən narahat olmuşdur. Cavabdeh çıxarışı ona verdikdən sonra ondan xəbərsiz, dostlarının məsləhətilə etibarnaməni ləğv etdirmişdir. Lakin sonradan gəlib ondan üzr istəyərək, işləri davam etdirməyini xahiş etmişdir. O da qaldıqları yerdən işini davam etdirmişdir. Ondan sonra o, Yasamal və Nizami rayon məhkəmələrində proseslər zamanı söz alaraq, işin bütün faktiki hallarına aydınlıq gətirib, sübuti əhəmiyyətli sənədləri təqdim edərək işin müdafiəsini həyata keçirmişdir. Apellyasiya və Ali Məhkəmənin kassasiya şikayətlərini də özü tərtib etmişdir. Ali məhkəmənin prosesində iştirak etməsə də vəkilləri özü tutaraq onları 4 illik materiallarla tanış edib, kassasiya şikayətini tərtib edərək onları müdafiəyə hazırlamışdır. O, 2021-ci ilin aprel ayında Cavabdeh onu aldatdığını hiss etdikdən sonra onun barəsində Yasamal RPİ-nin 27 PB-nə şikayət ərizəsilə müraciət etmişdir. Polis bölməsinə dəvət olunan Cavabdeh verdiyi izahatda tamamilə fərqli arqumentlər göstərərək onunla aralarında bağlanan müqavilələrin, barəsində olan bütün məhkəmə, polis və icra orqanlarında aparılan işlərin onun tərəfindən aparıldığını, iş bitdikdən sonra isə onunla birlikdə evi sataraq 50% olmaqla pulu bölüşdürəcəklərinin doğruluğunu təsdiq edərək, yalnız onun V.Lapinin 6 ay müddətində Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ olduğundan onların bu müddəti gözləmək məcburiyyətində olduqlarını bildirmişdir. Göründüyü kimi Cavabdeh özünün cinayətkar mövqeyini gizlətmək məqsədilə polisə bir cür, məhkəmədə isə başqa məzmunda iddia tələbi ilə çıxış edərək, məhkəmə və polis orqanlarının diqqətini yayındırıb cinayət və mülki məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Onun Cavabdeh işlərinin sona qədər apardığına dair sənəd, sübut və şahidləri var. Lakin Cavabdeh qarşılıqlı iddiası heç bir mötəbər sübutla təsdiq olunmur, əksinə polisdə verdiyi izahatı ilə tam şəkildə təkzib edilir. Qeyd edilənləri nəzərə alaraq, qarşılıqlı iddianın əsassız olduğundan icraata qəbul edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı dedikləri yalandır, o, sonuncunun yardımından hələ 2018-ci ildə imtina etmişdir. İlkin iddianı qəbul etmir, qarşılıqlı iddianı isə müdafiə edir. Qəmər 2018-ci ildən onun işinin aparılmasında iştirak etməmişdir. Onlar birlikdə V.F.Lapini mənzildən çıxarmışlar, kassasiya şikayətini Qəmərin tutduğu vəkillər yazıb, lakin Qəmər onun işini notariusda imtina ərizəsi yazana kimi aparmışdır. O, 27-ci Polis Bölməsində qorxduğu üçün Qəmərin dediklərini etiraf etmişdir və ona görə susmuşdur ki, V.F.Lapinin Konstitusiya Məhkəməsinə 6 aylıq şikayət vermə müddətini gözləmişdir. O, iddia tələbinin təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib əlavə olaraq izahatında bildirdi ki, o, Cavabdeh ona verdiyi etibarnamənin ləğv edildiyini bilməmişdir, 27 avqust 2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə verilmiş iddia ərizəsini özü yazmışdır, Nizami Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə şahid qismində dindirilmişdir, vəkillərlə müqaviləni o, imzalamış və vəkillərlə müqavilənin birini səhv etmirsə o, digəri ilə isə Cavabdeh bağlamışdır. 17 dekabr tarixli müqavilə işlə əlaqədar bağlanmışdır. O, göstərdiyi hallarla bağlı məhkəmə iclasına şahidlər gətirmişdir. Cavabdeh deyir ki, ondan asılı olduğu üçün o, qorxmuşdur, lakin qeyd etmək istəyir ki, Cavabdeh ilə hər hansı şəxsi, iş və qohumluq əlaqələri olmamışdır. Birinci müqavilə üzrə iş yekunlaşdıqdan sonra, Valentina ikinci işlə bağlı ona təkrar müraciət etmişdir. 2018-ci ildə hazırki sözügedən mübahisəli mənzillə bağlı işi uğurla yekunlaşdırıb, 2019-cu ilin avqust ayında da, Lapinin evdən çıxarılması ilə işi yekunlaşdırmışdır. 2018-ci ildən sonra işi kimin aparması barədə məlumat iş materiallarında olan sənədərdən görünür. Nizami Rayon Məhkəməsini hakimi olmuş R.Həsənov icraatında olmuş iş üzrə onu, Cavabdeh keçmiş nümayəndəsi kimi dindirmişdir. Cavabdeh rusdilli olduğu üçün heç bir məhkəmə prosesində özü danışmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan mülki işlə bağlı iş materialları çox olduğu üçün, işin məğzinin tam nəzərə çatdırılması üçün, o, iki vəkillə yəni, Radmilla xanım və Elxan müəllimlə müqavilə bağlamışdır. 2019-cu ilin avqust ayının 23-də o, icra məmuru Kənanın iştirakı ilə Lapinin evdən çıxarılmasında iştirak etmişdir. Cavabdeh rusdilli olduğu üçün o, gələcəkdə aralarında hər hansı narazılıq olmasın deyə, müqaviləni rus dilində tərtib etmişdir ki, Cavabdeh sonra deməsin ki, “mən rus dilini bilmədiyim üçün sən məni aldadıbsan”. Buna görə də, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə etdi və əlavə olaraq bildirdi ki, İddiaçı deyir ki, “notarius müqaviləni imzalamaqdan imtina etmişdir”. Həmin vaxt İddiaçı 3 gün ərzində imtina ilə bağlı məhkəməyə müraciət edə bilərdi, lakin etməmişdir, ona görə ki, İddiaçı özü də bilirdi ki, qeyd edilən müqavilə qanunvericiliyə uyğun tərtib edilməmişdir və həmin əmlak Cavabdeh məxsus deyil. Cavabdeh 12 dekabr 2016-cı ildə İddiaçı verdiyi etibaraməni 31 iyul 2018-ci ildə ləğv etdirmişdir. Cavabdeh İddiaçı 500 manat ödəniş etmiş, həmin puldan başqa hər hansı ödəniş etməmişdir. 2018-ci ilin iyul ayından İddiaçı Cavabdeh təmsil etmək üçün heç bir rəsmi icazəsi və əsası olmamışdır. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, İddiaçı böyük bacısıdır. Cavabdeh dörd il yarıma yaxın müddət ərzində demək olar ki, onların evinin sakininə çevrilmişdir. Qəmər Cavabdeh işini həll etmək üçün heç kimin edə bilməyəcəyi çətinliklərə sinə gərib ona kömək edib, işi onun xeyrinə qazanmışdır. Bir gün Cavabdeh onlara gəlmiş, əlində müəyyən qədər həkim sənədləri olmuş, soruşduqda isə demişdir ki, “Ayağım ağrıyır, sən Qəmərə de, məni həkimə aparsın”. Cavabdeh sənədləri onlarda qoyub getmiş, Qəmər onlara gələndə Qəmərdən xahiş etmişdir ki, Cavabdeh həkimə aparsın. Bundan sonra Qəmərlə Cavabdeh həkimə getmişlər, o isə yemək hazırlamışdır. Həkimdən onlara gəldikdən sonra yemək yeyib, çay içdikdən sonra o, Cavabdeh demişdir ki, “çox narahat olma, evi satıb pulu böldükdən sonra müalicə edib, oğlanlarının yanına gedərsən”. Bundan sonra Cavabdeh uca səslə demişdir ki, “mən evi satıb heç kimə pul verməyəcəm”. Cavabdeh bu sözlərindən sonra, bacısı Cavabdeh onunla məhkəmədə görüşəcəyini demiş, sonuncu isə “sən mənə heç nə edə bilməzsən” deyə cavab vermişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, onun Qəmər xanımla 20 ildən çoxdur ki, ailəvi münasibəti var, həmçinin onların ailə həkimidir. O, Cavabdeh Qəmər xanımgildə görmüşdür. Bir gün Qəmər xanım ona demişdir ki, “Cavabdeh ayağında sümük xəstəliyi var, Yavər həkimlə danış, onu muayinə etsin”. O, Yavər həkimlə danışmış və onlar “Avrasiya Hospitalı”na getmişlər. O, Qəmərlə danışanda demişdir ki, analiz üçün 400 manat pul lazım olmuşdur. Qəmər Valentinanı həkimə 2020-ci ilin aprel ayında aparmışdır. Onlar Qəmərlə demək olar ki, hər gün telefonla danışırlar. Qəmərin apardığı işlərdən xəbəri yoxdur. Cavabdeh ona görə tanıyır ki, onu Qəmər xanımgildə görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun Cavabdeh şifahi sorğusuna cavab olaraq ünvanladığı 30 iyul 2016-cı il tarixli, 967 saylı məktubundan görünür ki, 24 may 2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda K.V.Viktorovnanın ərizəsi əsasında 24 iyul 2016-cı il tarixdə V/k-295/2016 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır; -Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 dekabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, X17 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır; -17 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin icraatında olan material ilə bağlı, müraciət edən Cavabdeh ilə nümayəndə İddiaçı arasında müqavilə bağlanmışdır, təyin olunmuş qonorarın məbləği 500 manat, axırıncı hesab 1500 manat kimi qeyd edilmişdir, tərəflər müqaviləni imzaları ilə təsdiq etmişlər; -Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-14904 nömrəsi ilə qeyd edilmiş 12 dekabr 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri-dövlət strukturlarında, prokurorluqlarda, Təhqiqat, istintaq orqanlarında, qeydiyyat şöbəsində, Notariat kontorunda təmsil etməyi, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, Azərbaycan Respublikası CPM-nin 102-ci, 106-cı maddələrində təsbit edilmiş hüquqları, o cümlədən cinayət işləri üzrə şahidin və zərərçəkmiş nümayəndəsi qismində, Azərbaycan Respublikası İXM-nin 375.4-cü maddəsinə, Azərbaycan Respublikası MPMnin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalamağı, iddia tələblərin tam və ya qismən etiraf etmək və ya onlardan imtina edilmək hüququ ilə, iddia təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktlarından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, o cümlədən, bütün dövlət, qeyri-dövlət və hüquq mühafizə orqanlarında ərizələrin verilməsi, zəruri sənədləri alınması ilə bağlı təmsilçiliyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsini İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir və 12 dekabr 2021-ci il tarixədək qüvvədədir; -17 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakı məzmunda müqavilə bağlamışlar: “Biz, vəkil İddiaçı və müştəri Cavabdeh 17 dekabr 2016cı il tarixdə şahid X3 iştirakı ilə bu müqaviləni bağlayaraq onu təsdiq edirik ki, mən İddiaçı ona vəsiyyət olunmuş, 24 may 2016-cı ildə vəfat etmiş X2 mərhuma məxsus Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərimə götürürəm. İşin müsbət nəticələndiyi təqdirdə müştəri Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni mənə ödəməyi öhdəsinə götürür. Məbləğ iş qurtardıqdan sonra ödənilməlidir, yəni S.N.Qladilinanın mənzili satıldıqdan sonra. Müqaviləyə dəyişiklik və əlavələr yoxdur. Düzgün yazılmış və ucadan oxunmuşdur, imza ilə təsdiq edirik.”. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)-11457/2017 saylı qətnaməsinin “təsviri-əsaslandırıcı” hissəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək X6 vəsiyyət edilmiş əmlak üzərində vərəsəlik hüququ tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsinin 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna həvalə edilməsi, X17 Cavabdeh və Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)-11457/2017 saylı qətnaməsinin surətindən görünür ki, X17 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 57.5 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzil (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) Cavabdeh tam payda xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2018-ci il tarixdə qeyd aparılmışdır; -Cavabdeh ünvan 4 ünvanlanmış 31 iyul 2018-ci il tarixli ərizəsindən görünür ki, o, 12 dekabr 2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda İddiaçı, reyestrdə 7E/14904 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini və həmin etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat kontorunda təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir; -“Elektron notariat” X1 çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) Cavabdeh 12 dekabr 2016-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı verdiyi etibarnaməyə 31 iyul 2018-ci il tarixdə, saat 10:55:48-də xitam verilmişdir; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)- 7306/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X17 iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) çıxarılması qət edilmişdir; -Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli Aktın surətindən görünür ki, icra məmurları X19 və X13, 27-ci Polis Bölməsinin sahə rəisi X14, hal şahidi X24, icra sənədi üzrə cavabdeh X20 və icra sənədi üzrə tələbkar nümayəndəsi İddiaçı iştirakları ilə, sözügedən akt ondan ötrü tərtib edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)- 7306/2018 saylı icra sənədində göstərilən borclu X20 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən çıxarılmışdır. İcra sənədinin icrasını təmin edərkən borclu X15pını açmamışdır, buna görə də icra məmuru, sahə rəisi və hal şahidinin müşahidəsi altında qapı məcburi şəkildə açılmışdır və ev cavabdehin nümayəndəsi və tələbkarın özünə təhvil verilmişdir. Sözügedən akt tərtib edildikdən sonra, icra məmuru K.Ş.Quliyev, 27-ci PB-nin sahə rəisi F.Ş.İsgəndərov, icra məmuru B.N.Babayev, hal şahidləri Ş.Ş.Babayev və R.Ş.Babayev, icra sənədi üzrə cavabdeh L.V.Feliksoviç, icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı və icra sənədi üzrə tələbkar K.V.Viktorovna tərəfindən imzalanmışdır; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(004)- 5443/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X17 cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Vətəşdaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi nəznində “ASAN Xidmət” 3 saylı mərkəzinin kontoruna və Cavabdeh qarşı “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(004)- 5443/2019 saylı məktubundan görünür ki, məhkəmənin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi 13 noyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(007)- 3163/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X17 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(103)-4122/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X17 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3163/2019 saylı iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, 24 may 2016-cı il tarixdə vəfat etmiş anası X7 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzildən ibarət miras əmlakın qəbul edilməsi müddətinin (məcburi pay almaq üçün) X20 tərəfindən ötürülməsinin üzürlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; -Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X16 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) X4 məxsus olmuş, 23 may 2016-cı il tarixdə səhhəti pisləşdiyi üçün S.N.Qladilina həmin mənzili Cavabdeh vəsiyyət etmiş, 24 may 2016-cı il tarixdə isə S.N.Qladilina vəfat etmişdir. Bundan sonra, K.V.Viktorovnanın ərizəsi əsasında 24 may 2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda 24 iyul 2016-cı il tarixdə V/k-295/2016 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. 20 oktyabr 2016-cı il tarixdə S.N.Qladilinanın oğlu X20, Cavabdeh barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bununla bağlı, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X10 10 dekabr 2016-cı il tarixli qərarında, araşdırmanın nəticəsində anası vəfat etdikdən sonra mülkiyyətində olan evi uzun müddət xəstəliyi ilə əlaqədar ona qulluq etmiş rəfiqəsi Cavabdeh vəsiyyət etməsindən sonra X17 Cavabdeh barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə başlaması sübuta yetirildiyindən, V.F.Lapinin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması barədə qərar qəbul etmişdir. Bundan sonra, Cavabdeh qeyd olunan mənzilə dair vərəsəliklə bağlı işlərdə ona hüquqi yardım göstərməsi üçün İddiaçı müraciət etmiş, 12 dekabr 2016-cı il tarixdə Cavabdeh onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət və qeyri-dövlət strukturlarında, prokurorluqlarda, Təhqiqat, istintaq orqanlarında, qeydiyyat şöbəsində, Notariat kontorunda təmsil etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədər bütün hərəkətləri etməyi, o cümlədən hüquqlarının müdafiə edilməsi barədə İddiaçı etibarnamə vermiş, həmin etibarnamə Bakı şəhəri 5 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-14904 nömrəsi ilə qeyd edilmişdir. 17 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin icraatında olan material ilə bağlı, Cavabdeh ilə nümayəndə İddiaçı arasında müqavilə bağlanmışdır, təyin olunmuş qonorarın məbləği 500 manat, axırıncı hesab 1500 manat kimi qeyd edilmiş, tərəflər müqaviləni imzaları ilə təsdiq etmişlər. Bununla yanaşı, həmin tarixdə, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən İddiaçı, Cavabdeh 24 may 2016-cı ildə vəfat etmiş X8 tərəfindən vəsiyyət olunmuş Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərinə götürmüş, işin müsbət nəticələndiyi təqdirdə Cavabdeh mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni ona ödəməyi öhdəsinə götürmüş, tərəflər məbləğin iş qurtardıqdan yəni, S.N.Qladilinanın mənzili satıldıqdan ödənilməli olması barədə razılaşaraq, müqaviləni imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə X6 vəsiyyət edilmiş əmlak üzərində vərəsəlik hüququ tanınması, vərəsəlik haqqında şəhadətnamənin verilməsinin 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna həvalə edilməsi, X17 Cavabdeh və Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)-11457/2017 saylı qətnaməsi ilə X17 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 08 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzili (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) tam payda xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmış, bu barədə Cavabdeh çıxarış verilmişdir. Bundan sonra, Cavabdeh ərizəsinə əsasən onun 12 dekabr 2016-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri 5 saylı notariat ofisində İddiaçı verdiyi etibarnaməyə 31 iyul 2018-ci il tarixdə, saat 10:55:48-də xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(004)-7306/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh X17 iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 87, M7, m3) çıxarılması qət edilmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli icra sənədində göstərilən borclu X20 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzildən çıxarılmış, sözügedən akt tərtib edildikdən sonra, icra məmuru K.Ş.Quliyev, 27-ci PB-nin sahə rəisi F.Ş.İsgəndərov, icra məmuru B.N.Babayev, hal şahidləri Ş.Ş.Babayev və R.Ş.Babayev, icra sənədi üzrə cavabdeh L.V.Feliksoviç, icra sənədi üzrə tələbkarın nümayəndəsi İddiaçı və icra sənədi üzrə tələbkar K.V.Viktorovna tərəfindən imzalanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(004)-5443/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X17 cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Vətəşdaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi nəznində “ASAN Xidmət” 3 saylı mərkəzinin kontoruna və Cavabdeh qarşı “məcburi pay hüququnun tanınması və miras şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(007)-3163/2019 saylı qətnaməsinə əsasən iddiaçı X17 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X16 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2021-ci il tarixli qərara əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Hazırda İddiaçı, bütün instansiyalarda Cavabdeh xeyrinə qətnamə çıxarılmasına nail olmaqla müqavilədə nəzərdə tutulduğu qaydada öz öhdəliyini tam yetirdiyini, lakin sonuncunun öhdəliyinə əməl etmədiyini əsas gətirməklə müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50% dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh isə İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi sonadək yerinə yetirmədiyini əsas gətirərək 17 dekabr 2016-cı il tarixli nömrəsiz müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İlk öncə məhkəmə Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinin tələbi baxımından qeyd edir ki, tərəflər öz azad iradələri ilə 17 dekabr 2016-cı il tarixli müqavilə bağlamışlar, hansı ki, həmin müqavilədə İddiaçı 24 may 2016-cı ildə vəfat etmiş X2 Cavabdeh vəsiyyət olunmuş, Bakı şəhəri, İnşaatçılar prospekti, ev 31, 65 saylı mənzilə dair bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı, Cavabdeh isə işin müsbət nəticələndiyi təqdirdə mənzilin satışından sonra dəyərindən əldə olunacaq pul vəsaitinin 50%-ni İddiaçı ödəməyi öhdəsinə götürməklə, o cümlədən S.N.Qladilinanın mənzili satıldıqdan sonra məbləğin ödənilməsini qeyd etməklə tərəflərin özləri müqavilənin məzmununu müəyyənləşdirmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbi baxımından onu da nəzərə alır ki, müqavilənin bağlandığı tarixdə sözügedən mənzil Cavabdeh xüsusi mülkiyyətində olmadığından onun həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə dair müqavilə bağlamaq hüququ olmamışdır. Hazırkı halda isə məhkəmə hesab edir ki, sözügedən müqavilənin mahiyyətindən irəli gələn tərəflər arasındakı hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bununla bağlı, məhkəmə qeyd edir ki, tərəflər tapşırıq müqaviləsini yazılı formadan istifadə etməklə, yəni 12 dekabr 2016-cı il tarixdə Cavabdeh onu bütün məhkəmə və polis orqanlarında təmsil etməsi barədə İddiaçı notarial qaydada etibarnamə verdikdən sonra 17 dekabr 2016-cı il tarixdə bağlamışlar, bununla da İddiaçı faktiki olaraq tapşırığı qəbul etmişdir. Lakin, ilkin iddia üzrə İddiaçı hazırkı iş üzrə məhkəmə iclaslarında verdiyi izahatlarında 17 dekabr 2016-cı il tarixli müqavilə üzrə bütün öhdəliklərini, yəni Cavabdeh vərəsəliklə bağlı polis orqanları və bütün məhkəmə instansiyalarında təmsil edərək Cavabdeh xeyrinə bütün işləri müsbət nəticələndirməklə öz öhdəliyini yerinə yetirdiyini bildirsə də, mübahisəli məhkəmə işlərini sonadək çatdırmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, hansı ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh özü apellyasiya və kassasiya baxışlarında İddiaçı iştirak etmədiyini, hazırkı məhkəmə iclasında isə Cavabdeh vəkili Vəkil M.İddiaçı 2018-ci ilin iyul ayından Cavabdeh təmsil etməyi üçün heç bir rəsmi sənəd və icazəsinin olmadığını bildirmişdir. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı iddia tələbinin əsasını 17 dekabr 2016-cı il tarixli müqavilə şərtlərindən irəli gələn evin satılaraq dəyərinin 50%-nin ona ödənilməsi təşkil edir, hansı ki, həmin müqavilənin mövcudluğunu tərəflər özləri də mübahisələndirmir. Burada mübahisə doğuran məqam ondan ibarətdir ki, ilkin iddia üzrə İddiaçı müqavilədə nəzərdə tutulmuş qaydada öz öhdəliklərini bütün polis və məhkəmə instansiyalarında işini tam başa vurmaqla yerinə yetirdiyini iddia edir, ilkin iddia üzrə Cavabdeh isə bunun əksinə olaraq, 12 dekabr 2016-cı il tarixdə onu təmsil etməsi üçün İddiaçı verdiyi etibarnaməni 2018-ci il tarixdə ləğv etdirdiyini, həmin vaxtadək sonuncunun onun təmsil etdiyini inkar etmədiyini, bununla belə həmin dövrdən sonra apellyasiya və kassasiya instansiyalarında İddiaçı öz öhdəliyini yerinə yetirmədiyini iddia edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin 31 iyul 2018-ci il tarixdən etibarən İddiaçı onu apellyasiya və kassasiya baxışlarında təmsil etməməsi barədə göstərdiklərinə münasibətdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həm iddia ərizəsində göstərdiyi formada, həm də məhkəmə iclaslarında verdiyi ifadələrində apellyasiya və kassasiya şikayətlərini özünün yazdığını, sonuncu dəfə isə 06 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında Cavabdeh qeyd edilən ünvandakı mənzilə olan hüquqlarının tam şəkildə tanınaraq təsbit edildiyi və nəticədə bununla da onun öz işini sonuncu kassasiya instansiyasında tamamlamaqla müqavilə üzrə öhdəliyini tam şəkildə yetirdiyini bildirmişdir, bunu təsdiq edən sübut qismində isə sadəcə əksər hissəsi məhkəmə qətnamələri, iddia ərizəsi və şikayət ərizələrindən ibarət olan 65 vərəqədən ibarət sübut qismində sənədlər təqdim etmişdir, hansı ki, 31 iyul 2018-ci il tarixdən sonrakı dövrü əhatə edən həmin məhkəmə qətnamələrinə və qərarlarına nəzər yetirdikdə də müəyyən olunur ki, həmin məhkəmə proseslərində ya Cavabdeh özü iştirak etmişdir, ya da ki sonuncunun vəkilləri iştirak etmişdir, həmin məhkəmə aktlarının heç birində İddiaçı Cavabdeh məhkəmə proseslərində təmsil etməsini təsdiq edən hər hansı dəlilə rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məlumdur ki, Cavabdeh İddiaçı 12 dekabr 2016-cı il tarixdə sözügedən etibarnaməni vermiş və onu bütün instansiyalarda təmsil etməsi üçün onlar 17 dekabr 2016-cı il tarixdə müqavilə bağlamışlar, müqavilənin şərtlərini razılaşdırmışlar, qanunla müəyyən edilmiş müddətdə tərəflər müqaviləni mübahisələndirməmişlər. Müqavilə şərtinə və tapşırıq müqaviləsinin mənasına görə İddiaçı tapşırılan işləri görməli idi. İddiaçı müqavilədə bütün məhkəmə işlərini və polis orqanında araşdırılan işlərdə Cavabdeh təmsil edərək onun tapşırdığı işləri yerinə yetirməli idi (mübahisəli vərəsəlik işi və mənzilə münasibətdə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı aşağıdakı hallar (vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə) istisna olmaqla şəxsən özü icra etməlidir. Hazırkı halda isə müəyyən olunur ki, İddiaçı tapşırılan işi natamam yerinə yetirmişdir, çünki müqavilə şərtləri və etibarnamə üzrə səlahiyyətlər imkan vermirdi ki, İddiaçı tapşırılan işi başqasına həvalə etsin və ya etibarnamə üzrə səlahiyyəti üçüncü şəxsə ötürsün. Qarşılıqlı iddiadan, o cümlədən məhkəmə araşdırması nəticəsində müəyyən olunmuş işin faktiki hallarından isə görünür ki, nə vaxt ki, Cavabdeh sözügedən etibarnaməni ləğv etmişdir (31 iyul 2018-ci il tarixdə), həmin vaxtadək İddiaçı proseslərdə iştirak etmiş, həmin vaxtdan sonra Cavabdeh özünün müqavilə bağladığı vəkillər iştirak etmişdir. Buradan da görünür ki, İddiaçı müqavilə şərtlərinə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşin faktiki hallarından isə belə müəyyən olunur ki, İddiaçı vəkil deyil, onun müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlaması və ya xidmətlər göstərməsi barədə sübutlar olmalıdır, müstəqil peşə fəaliyyəti ilə məşğul olması üçün isə dövlət qeydiyyatından keçməli, ödənişlər etməlidir. Nümayəndəlik müstəqil peşə fəaliyyəti ilə məşğul olma kimi sayıla bilməz. Digər yandan, 31 oktyabr 2017-ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1975) ilə yeni məzmunda 69.1-1-ci maddə əlavə edilmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin maddəsinin mənasına görə, davam edən məhkəmə mübahisələri istisna olmaqla, yeni başlanan proseslərdə İddiaçı Cavabdeh təmsil etmək səlahiyyəti olmamışdır. Beləliklə, işin faktiki hallarını və yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçının ərizəsinin əsasını məhz Cavabdeh ilə onun arasında bağlanan 17 dekabr 2016-cı il tarixli müqavilə şərtlərindən irəli gələn, Bakı şəhəri, İnşaatçılar prospekti, 31 saylı evin 65 saylı mənzilinin satılaraq, ona çatacaq satış məbləğinin 50%-nin ödənilməsi təşkil edir, nəzərə alınmalıdır ki, həmin iddianın əsaslı olub-olmamasını həmin müqaviləyə nəzər yetirməklə müəyyən etmək olar. Belə ki, müqavilənin məzmunundan da açıq-aşkar müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı (müştəri Cavabdeh) mübahisə predmeti olan mənzilin yarı dəyərinin o halda İddiaçı verilməsini öhdəsinə götürmüşdür ki, sonuncu (vəkil İddiaçı) bütün vərəsəliklə bağlı məhkəmə, polis orqanlarının icraatında olan işləri qurtarana kimi aparmağı öz üzərinə götürsün. İddiaçı ona tapşırılan işi öz üzərinə götürdüyü halda, başqasına həvalə etdiyini, səlahiyyəti üçüncü şəxsə ötürdüyünü, lakin bütün bunlarda özünün əməyinin olduğunu bildirərək, iddiasının təmin olunmasını xahiş edir. Bir halda ki, İddiaçı peşəkar vəkillik fəaliyyəti ilə məşğul olmadığı nəzərə alındıqda, sonuncunun mütləq vəkil iştirakı tələb edilən kassasiya instansiyasında müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə nail olması və bunu öz əməyi ilə əlaqələndirməsi artıq məhz bu yerdə müqavilənin şərtinin onun tərəfindən pozulduğuna dəlalət edir və müəyyən olunur ki, o, həm özü öhdəsinə götürdüyü formada bütün instansiyalarda Cavabdeh adından şəxsən iştirak etməmiş, həm də tapşırığı tam şəkildə başa çatdırmadığı halda sözügedən mənzilin 50 % dəyərini tələb etmişdir. Nəzərə alınsa ki, həmin dövrdə qüvvədə olan etibarnamə əsasında müqavilə bağlanmışdır, Cavabdeh tərəfindən etibarnamə 31 iyul 2018-ci il tarixdə ləğv edildikdən sonra, nəticədə qüvvədə olmayan etibarnamənin mövcudluğu ona məlum olduğu halda qanunvericiliyin tələbinin əksinə olaraq etibarnamə olmadan Cavabdeh təmsil etdiyini iddia etməsinin özü iddia tələbinin əsassız olmasını sübuta yetirir. Göstərilənlərlə yanaşı, məhkəmə bir məqamı da qeyd etməyi zəruri bilir ki, İddiaçı yuxarıda qeyd olunanların əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməsə də, iddia tələbinin əsasını təşkil edən mühüm sübut kimi 31 iyul 2018-ci il tarixdə Cavabdeh etibarnaməni ləğv etdiyi halda, 23 avqust 2019-cu il tarixdə icra məmurunun akt tərtib edərək mənzili tələbkara təhvil verməsində Cavabdeh ilə birlikdə özünün də tələbkarın nümayəndəsi qismində iştirak edib aktı imzaladığını, bununla da işini tam şəkildə başa çatdırdığının sübuta yetirildiyini bildirmişdir. Məhkəmə, icra məmurunun 23 avqust 2019-cu il tarixli həmin aktına münasibətdə qeyd edir ki, məlumdur ki, 12 dekabr 2016-cı il tarixli etibarnamədə İddiaçı Cavabdeh məhkəmə qərarlarının icrası orqanlarında təmsil etmək hüququ olmuşdur, lakin həmin etibarnamənin 2018-ci il tarixdə ləğv edilməsi İddiaçı da məlum olmuşdur, İddiaçı hazırkı iddia ərizəsinə də 12 dekabr 2012-ci il tarixli etibarnamənin surətini əlavə etməsi nəzərə alınmaqla həmin etibarnamənin surətlərinin onda mövcud olması və icra məmuruna ləğv edildiyi halda həmin etibarnamənin surətini təqdim etməsi və akt tərtib edilən zaman tələbkarın nümayəndəsi qismində iştirakına icazə verilməsi istisna olunur, bununla da həmin akt tərtib edilən zaman İddiaçı özünü tələbkarın nümayəndəsi qismində təqdim etməklə aktı imzalaması onun müqavilə üzrə öz öhdəliklərinə tam əməl etməklə bütün instansiyalarda Cavabdeh təmsil etməsinin tam başa vurulması kimi qəbul edilib, qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 18 mart 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının iddiasının təmin edilməsi üçün hüquqi əsaslar yoxdur və həmin iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X11 və X9 ifadələri ilə bağlı qeyd edir ki, həmin şahidlərin ifadələrində qeyd etdiyi xüsusatlar nəinki ilkin iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etməyə imkan vermir, o cümlədən şahidlərdən A.M.Məmmədovanın ilkin iddia üzrə iddiaçının doğma bacısı olması, S.F.Quliyevanın isə ilkin iddia üzrə iddiaçı ilə 20 ildən artıq müddət ərzində ailəvi münasibətdə olmaqla sonuncunun ailə həkimi olması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, həmin şahid ifadələri iş üzrə mühüm əhəmiyyət kəsb edən sübut qismində qəbul edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasına münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər özləri 17 dekabr 2016-cı il tarixli müqavilənin məzmununu müəyyənləşdirmişlər, şərtlərini razılaşdırmışlar, qanunla müəyyən edilmiş müddətdə müqavilə mübahisələndirilməmişdir. Buna görə də, həmin müqavilə Cavabdeh göstərdiyi formada ağır şərtlər altında bağlanmış müqavilə hesab edilə bilməz, çünki müqavilədə İddiaçı işləri görməsinin hansı qaydada, hansı nəticə ilə başa çatmalı olduğu, yəni mənzilin satılaraq dəyərinin 50%-nin Cavabdeh tərəfindən ona verilməli olduğu aydın yazılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, müqavilənin etibarsız sayılması üçün hüquqi əsaslar yoxdur və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin və qarşılıqlı iddiaçılar iddia ərizələrində göstərdikləri dəlillərini sübut edə bilməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “17 dekabr 2016-cı il tarixli və nömrəsiz müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia təmin edilməli olmadığından, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərindən irəli gələn evin satılaraq 50%-nin ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh İddiaçı qarşı “17 dekabr 2016-cı il tarixli və nömrəsiz müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2645/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2645/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver