Məhkəmə qərarları › İş №2(007)-266/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-266/2022

29.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-266/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh,onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirərək onun təsdiq olunmasını,bununla əlaqədar işin icraatına xitam verilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 da eyni məzmunlu izahat verərək barışıq sazişinin təsdiq olunmasını,bununla əlaqədar işin icraatına xitam verilməsini xahiş etdilər. Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 həqiqətən də barışıq sazişinin bağlandığını bildirdilər,bununla əlaqədar işin icraatına xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin şərtlərinə görə: 1.Preambula 1.1. İddiaçı2 adına Qəbələ şəhərində 0.056 ha həyətyanı torpaq sahəsi (bundan sonra, “Torpaq sahəsi”) 04 may 2011-ci il tarixində qeydiyyata alınıb. İddiaçı2 01 fevral 2021-ci il tarixində Torpaq sahəsini Cavabdehə bağışlayıb və 4Ə-172 saylı 01 fevral 2021ci il tarixli bağışlama müqaviləsi (bundan sonra, “Müqavilə”) 15 fevral 2021-ci il tarixində dövlət reyestrində rəsmiləşdirilib; 1.2. İddiaçı2 və İddiaçı1 Müqavilənin etibarsız hesab olunması, İddiaçı1 X1 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınması, İddiaçı1 Torpaq sahəsi üzərində 4/12 hissədə, İddiaçı2 həmin Torpaq sahəsi üzərində 7/12 hissədə payının tanınması tələbi ilə bağlı Nizami Rayon Məhkəməsinə (bundan sonra “Məhkəmə”) müraciət etmişdir. 1.3. Sazişin şərtlərinə Birgə iddiaçılar tərəfindən tam əməl olunması şərtilə, Cavabdeh Birgə iddiaçıların bu Sazişin 1.2-ci maddəsində göstərilən bütün tələblərini qəbul edir. 1.4. Tərəflər 4Ə-172 saylı 01 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız olmasını və Torpaq sahəsinin paylı mülkiyyət olduğunu qəbul edir və Torpaq sahəsi üzərində aşağıda göstərilən hissələrdə paylarının olması ilə bağlı razılığa gəlirlər: 1.4.1. İddiaçı2 münasibətdə 7/12 hissədə; 1.4.2. İddiaçı1 münasibətdə 4/12 hissədə; 1.4.3. Cavabdehə münasibətdə 1/12 hissədə. 2.Sazişin Predmeti 2.1. Tərəflər İddiaçı2 və İddiaçı1 Cavabdehə qarşı Məhkəmə icraatında olan tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 3.Saziş üzrə öhdəliklərin icrası 3.1. Tərəflər bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdələrinə götürürlər. 3.2. Məhkəmənin qərardadı qüvvəyə mindikdən və Torpaq sahəsinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alındıqdan sonra, Tərəflər Torpaq sahəsini qarşılıqlı razılıq əsasında 50 000 AZN (əlli min manat) qiymətinə satacaqlar və Torpaq sahəsinin satıldığı tarixdə alqı-satqıdan əldə edilmiş həmin məbləğ Tərəflər arasında aşağıdakı qaydada bölünəcəkdir: 3.2.1. İddiaçı2 çatacaq məbləğ 20 000 AZN (iyirmi min manat) təşkil edir; 3.2.2. İddiaçı1 çatacaq məbləğ 15 000 AZN (on beş min manat) təşkil edir; 3.2.3. Cavabdehə çatacaq məbləğ 15 000 AZN (on beş min manat) təşkil edir. 3.3. Torpaq sahəsinin satışından əldə olunan 50000 (əlli min) manat məbləğin 1/12 hissəsi 4166 manat olmasına baxmayaraq, İddiaçı2 Cavabdeh Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-266/2022 saylı iş mülki üzrə mövqeyindən imtina etməsi üçün ona kompensasiya olaraq 15000 (on beş min) manat ödəməyi öhdəsinə götürür. Kompensasiya məbləği məhkəmənin Sazişin təsdiq edilməsi barədə qərardadı qanuni qüvvəyə mindikdən sonra 1 (bir) ay müddətində ödənilməzsə, Cavabdeh Sazişi mübahisələndirmək hüququnu özündə saxlayır. 4.Digər müddəalar 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Bu Saziş burada istinad edilən bütün sənədlər Tərəflərin tam razılığını özündə əks etdirir. 4.3. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birilərinə qarşı heç bir iddiaları, tələbləri, şikayətləri və ittihamları qalmır. 4.6. Bu Saziş, onun təsdiq edilməsi barədə Nizami Rayon Məhkəməsinin qərardadı qanuni qüvvəyə mindikdən sonra, İddiaçı2 Qəbələ şəhərindəki 0,056 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlaması barədə 4Ə-172 saylı 01 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Qəbələ şəhərindəki 0,056 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 həmin əmlak üzərində payının 7/12 hissədə, İddiaçı1 payının 4/12 hissədə, Cavabdeh payının 1/12 hissədə tanınması, Qəbələ şəhərindəki 0,056 ha həyətyanı torpaq sahəsinin 50000 (əlli min) manat qiymətinə Tərəflərin razılığı ilə satılması və satışdan əldə olunan vəsaitin Tərəflər arasında - İddiaçı2 20000 (iyirmi min) manat, İddiaçı1 15000 (on beş min) manat, Cavabdeh 15000 (on beş min) manat verilməklə bölüşdürülməsi üçün hüquqi əsasdır. 4.7. Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunsun: 1.Preambula 1.1. İddiaçı2 adına Qəbələ şəhərində 0.056 ha həyətyanı torpaq sahəsi (bundan sonra, “Torpaq sahəsi”) 04 may 2011-ci il tarixində qeydiyyata alınıb. İddiaçı2 01 fevral 2021-ci il tarixində Torpaq sahəsini Cavabdehə bağışlayıb və 4Ə-172 saylı 01 fevral 2021ci il tarixli bağışlama müqaviləsi (bundan sonra, “Müqavilə”) 15 fevral 2021-ci il tarixində dövlət reyestrində rəsmiləşdirilib; 1.2. İddiaçı2 və İddiaçı1 Müqavilənin etibarsız hesab olunması, İddiaçı1 X1 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınması, İddiaçı1 Torpaq sahəsi üzərində 4/12 hissədə, İddiaçı2 həmin Torpaq sahəsi üzərində 7/12 hissədə payının tanınması tələbi ilə bağlı Nizami Rayon Məhkəməsinə (bundan sonra “Məhkəmə”) müraciət etmişdir. 1.3. Sazişin şərtlərinə Birgə iddiaçılar tərəfindən tam əməl olunması şərtilə, Cavabdeh Birgə iddiaçıların bu Sazişin 1.2-ci maddəsində göstərilən bütün tələblərini qəbul edir. 1.4. Tərəflər 4Ə-172 saylı 01 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız olmasını və Torpaq sahəsinin paylı mülkiyyət olduğunu qəbul edir və Torpaq sahəsi üzərində aşağıda göstərilən hissələrdə paylarının olması ilə bağlı razılığa gəlirlər: 1.4.1. İddiaçı2 münasibətdə 7/12 hissədə; 1.4.2. İddiaçı1 münasibətdə 4/12 hissədə; 1.4.3. Cavabdehə münasibətdə 1/12 hissədə. 2.Sazişin Predmeti 2.1. Tərəflər İddiaçı2 və İddiaçı1 Cavabdehə qarşı Məhkəmə icraatında olan tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 3.Saziş üzrə öhdəliklərin icrası 3.1. Tərəflər bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdələrinə götürürlər. 3.2. Məhkəmənin qərardadı qüvvəyə mindikdən və Torpaq sahəsinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alındıqdan sonra, Tərəflər Torpaq sahəsini qarşılıqlı razılıq əsasında 50 000 AZN (əlli min manat) qiymətinə satacaqlar və Torpaq sahəsinin satıldığı tarixdə alqı-satqıdan əldə edilmiş həmin məbləğ Tərəflər arasında aşağıdakı qaydada bölünəcəkdir: 3.2.1. İddiaçı2 çatacaq məbləğ 20 000 AZN (iyirmi min manat) təşkil edir; 3.2.2. İddiaçı1 çatacaq məbləğ 15 000 AZN (on beş min manat) təşkil edir; 3.2.3. Cavabdehə çatacaq məbləğ 15 000 AZN (on beş min manat) təşkil edir. 3.3. Torpaq sahəsinin satışından əldə olunan 50000 (əlli min) manat məbləğin 1/12 hissəsi 4166 manat olmasına baxmayaraq, İddiaçı2 Cavabdeh Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-266/2022 saylı iş mülki üzrə mövqeyindən imtina etməsi üçün ona kompensasiya olaraq 15000 (on beş min) manat ödəməyi öhdəsinə götürür. Kompensasiya məbləği məhkəmənin Sazişin təsdiq edilməsi barədə qərardadı qanuni qüvvəyə mindikdən sonra 1 (bir) ay müddətində ödənilməzsə, Cavabdeh Sazişi mübahisələndirmək hüququnu özündə saxlayır. 4.Digər müddəalar 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Bu Saziş burada istinad edilən bütün sənədlər Tərəflərin tam razılığını özündə əks etdirir. 4.3. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birilərinə qarşı heç bir iddiaları, tələbləri, şikayətləri və ittihamları qalmır. 4.6. Bu Saziş, onun təsdiq edilməsi barədə Nizami Rayon Məhkəməsinin qərardadı qanuni qüvvəyə mindikdən sonra, İddiaçı2 Qəbələ şəhərindəki 0,056 ha həyətyanı torpaq sahəsini Cavabdeh bağışlaması barədə 4Ə-172 saylı 01 fevral 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Qəbələ şəhərindəki 0,056 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 həmin əmlak üzərində payının 7/12 hissədə, İddiaçı1 payının 4/12 hissədə, Cavabdeh payının 1/12 hissədə tanınması, Qəbələ şəhərindəki 0,056 ha həyətyanı torpaq sahəsinin 50000 (əlli min) manat qiymətinə Tərəflərin razılığı ilə satılması və satışdan əldə olunan vəsaitin Tərəflər arasında - İddiaçı2 20000 (iyirmi min) manat, İddiaçı1 15000 (on beş min) manat, Cavabdeh 15000 (on beş min) manat verilməklə bölüşdürülməsi üçün hüquqi əsasdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar