Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-266/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlunun və onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X6, X5 cəlb edilməklə cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mahmudov Vahı̇ d Xalı̇ d oğlu, X6 və X5 cəlb edilməklə cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin mətnində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlu cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzinə verilmiş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum atası X3 ölümündən sonra miras qalmış əmlakdan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 müstəqil iddia irəli sürərək, X4 adından tərtib edilmiş ərizələrin mətnində düzəliş edilərək, "xx.xx.2023-ci il tarixdə vəfat etmiş ataları X2 miras qalmış əmlakdan imtina edirəm" kimi göstərən sözlərin "xx.xx.2023-ci il tarixdə vəfat etmiş ataları X2 miras qalmış əmlakdan bacım X1 xeyrinə imtina edirəm" kimi müvafiq düzəliş aparılması vəzifəsinin 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunun notariusu Pərvin Xudiyevyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlunun nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraicət edərək, iddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlu cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, X4 cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin mətnində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlu, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun nümayəndəsi Nümayəndə iddia ərizələrinin baxılmamış saxlanılmasına etiraz etmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ərizələrini nəzərə alınaraq, sözügedən hər iki iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizələri ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Hazırkı qərardad iddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X6, X5 cəlb edilməklə cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mahmudov Vahı̇ d Xalı̇ d oğlu, X6 və X5 cəlb edilməklə cavabdeh 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin mətnində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsə geri qaytarılsın. Hazırkı qərardad iddiaçı Mahmudov Vahı̇ d Xalı̇ d oğlu tərəfindən ödənilmiş 100 manat (FİN: xxxxxxx, Hökümət ödəniş portalı, "xxxx" ASC, VÖEN **********, qəbz nömrəsi **********, Tarix: xx.xx.2023, saat 10:43:52) dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Hazırkı qərardad mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən ödənilmiş 100 manat (FİN: 4SRVXCD, Hökümət ödəniş portalı, "xxxx" ASC, VÖEN **********, qəbz nömrəsi **********, Tarix: xx.xx.2023, saat 10:33:30) dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-266/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-266/2024
28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver