Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2660/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 19 mart 2021-ci il tarixli MAS-3414 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 iyul 2022-ci il tarixə 1091,11 manat gecikdirilmiş əsas, 580,33 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 174,43 manat dəbbə pulu, cəmi 1845,87 manat borc və ödənilmiş 38,86 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 19 mart 2021-ci il tarixli MAS-3414 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. 23 avqust 2021-ci il tarixdə X7, X10 və İddiaçı MMC arasında MAS-3414 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsi üzrə S.Rzayev bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 24 noyabr 2021-ci il tarixdə X10, Cavabdeh və İddiaçı MMC arasında MAS-3414 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh Nəsrallah oğlunun MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 28 iyul 2022-ci il tarixə ümumilikdə 1845,87 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdmda və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin müqavilənin 6.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 15-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, onlar maşınlara CİP quraşdırmırlar. Maşının oğurlanması hadisəsi ilə bağlı cavabdeh bizə şifahi məlumat vermişdir. Daxili lizinq müqaviləsinin 5.1-ci maddəsinə əsasən, lizinq obyektinin talanması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraicət edərək, mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasında dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, bu məsələ ilə bağlı 3 dəfə Axundov Dəyanətin evinə getmiş və onlar cavab verməmişlər. Axrıncı dəfə gedəndə biraz səs-küy salmış, anası çölə çıxmış və ona cavab vermişdir. Ondan oğlunun harada olduğunu soruşmuş və 1-2 saat ərzində onunla əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Axundov onunla əlaqə saxlamışdır. O isə görüşə bilməyəcəyini və onun barəsində başqa axtarışlar olduğunu demişdir. Keçən dəfə də bankın işçiləri ona zəng edib demişlər ki, 500 manat gətir ver, maşının yerini göstərək. Elnur adlı şəxs idi. Sözügedən bank özləri maxinasiya yaradaraq maşınları oğurlayırlar sonra pul qarşılığında maşınları satırlar. O, həmin ödənişi etməyəcəkdir. Onun maşını yoxdur. Maşın olmadan ödəniş etməyəcəkdir. O, İddiaçı MMC-yə bildirmişdir ki, onlarda CPS sistemi var. Onun maşınını tapıb gətirsinlər, o isə ödənişi etsin. Lizinq obyektinin üzərində CPS var idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2021-ci il tarixli MAS-3414 saylı “Daxili lizinq müqaviləsi”indən görünür ki, İddiaçı MMC X1 ilə "KHAZAR LX” minik markalı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 ilkin olaraq 3100 manat ödəməklə illik 23 % hesablanmaqla, 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat (sonuncu ay 418,45 manat), ümumilikdə isə 13900 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % cərimə ödəyir (müqavilənin 7.1-ci bəndi). - İddiaçı MMC, X4 və X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3414 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X10 xx.xx.2021-ci il tarixli MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktında görünür ki, X4 və X2 Elməddin Rəşid oğlunun istifadəsində və mülkiyyətində olan “KHAZAR LX” markalı 99PV524 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. - İddiaçı MMC, X10 və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS- 3414 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 24.112021-ci il tarixli Təhvil-təslim aktında görünür ki, X10 ilə Cavabdeh X5 istifadəsində və mülkiyyətində olan “KHAZAR LX” markalı 99PV524 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 1798 saylı xəbərdarlığının surətindən görünür ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə yaranmış borcun və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 2239 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3414 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2022ci il tarixə 1091,11 manat əsas, 580,33 manat mükafat, 174,43 manat cərimə borcu olmaqla, cəmi 1845,87 manat borcu vardır. - Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin tətqiqatçısının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Nəsrulla oğlunun müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikasının CM-in 178-ci maddəsinin tərkib əlamətləri olduğundan materialın aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərmaş” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 38,46 manat dövlət rüsumu ödənişmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 19 mart 2021-ci il tarixli MAS-3414 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. 23 avqust 2021-ci il tarixdə X7, X10 və İddiaçı MMC arasında MAS-3414 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsi üzrə S.Rzayev bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 24 noyabr 2021-ci il tarixdə X10, Cavabdeh və İddiaçı MMC arasında MAS-3414 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh Nəsrallah oğlunun MAS-3414 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 28 iyul 2022-ci il tarixə ümumilikdə 1845,87 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənişməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3414 saylı lizinq müqaviləsinə və xx.xx.2021-ci il tarixli MAS-3414 saylı Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 2239 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3414 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə 1091,11 manat əsas, 580,33 manat mükafat, 174,43 manat cərimə borcu olmaqla, cəmi 1845,87 manat borcu vardır. Məhkəmə, cavabdehə hesablanmış 174,43 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 50 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, cavabdehdən 1091,11 manat əsas, 580,33 manat mükafat, 50 cərimə pulu, ümumilikdə 1721,44 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə həmçinin hesab edir ki, lizinq obyekti olan "KHAZAR LX” minik markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobil lizinq alandan geri alınaraq, lizinq verənə təhvil verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh izahatında lizinq obyektinin oğurlandığını, avtomobilin qaytarıldığı təqdirdə ödənişləri edəcəyini bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, “Daxili Linizq” müqaviləsinin 5.1-ci maddəsində göstərilmişdir ki, lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qoyunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Belə olan halda isə, cavabdehin göstərdiyi dəlillərin heç bir əsası yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 38,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38,46 manat dövlət rüsumunun 2,99 manatı və ödənilmiş 0,40 manat xidmət haqqının 0,03 manatı iddiaçıya, dövlət rüsumunun 35,87 manatı və xidmət haqqının 0,37 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1091,11 manat əsas, 580,33 manat mükafat, 50 cərimə pulu, ümumilikdə 1721,44 manat borc və ödənişmiş 35,87 manat dövlət rüsumu və 0,37 manat xidmət haqqı İddiaçı MMCnin xeyrinə tutulmalı, məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 2,99 manatı və ödənilmiş xidmət haqqının 0,03 manatı iddiaçıya aid edilməli, lizinq obyekti olan "KHAZAR LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1091,11 manat əsas, 580,33 manat mükafat, 50 cərimə pulu, ümumilikdə 1721,44 manat borc və ödənilmiş 35,87 manat dövlət rüsumu və 0,37 manat xidmət haqqı İddiaçı MMC-nin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 2,99 manatı və ödənilmiş xidmət haqqının 0,03 manatı iddiaçıya aid edilsin. Lizinq obyekti olan "KHAZAR LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800544 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2660/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2660/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver