Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2662/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyaya qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X4 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə ilə bağlı ərizə verərək, ərizəsində maraqlı şəxs qismində göstərilmiş “X6”nın “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiya” kimi oxunub qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 68B, 48 saylı mənzildə ailəsi ilə birgə yaşayır. Məhkəməyə bildirmək istəyir ki, qızı 03 fevral 2003-cü il təvəllüdlü X6 anadan gəlmə daun xəstəliyinin daşıyıcısıdır. Sonuncu dəfə qızı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin göndərişinə əsasən 16 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzində” həkim müayinəsindən keçmiş və ona “ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə Daun sindromu” diaqnozu qoyulmuşdur. Həmçinin Azərbaycan Respublikası ƏƏSMN yanında TSEK tərəfindən də 1-ci qrup əlillik təyin edilmişdir. Göründüyü kimi, qızı Turan ağır psixi pozuntu ilə müşayiət olunan daun xəstəliyindən əziyyət çəkir. Davranışı adekvat deyil, nitqi səlis deyil, yox dərəcəsindədir. Kənar şəxsin köməyi olmadan özünü, hərəkətlərini idarə etmək iqtidarında deyil, hərəkətlərinin mahiyyətini dərk etmir. Yaddaş və yuxu pozuntusundan da əziyyət çəkir. Daim kənar şəxsin qulluğuna və köməyinə ehtiyacı var. 03 fevral 2003-cü il təvəllüdlü X2 hüquq və mənafelərini təmsil etmək, eyni zamanda məcburi qaydada müalicəsini davam etdirmək üçün məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Odur ki, 03 fevral 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi X10 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 309962 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X6 03 fevral 2003-cü il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası X7r; - ƏƏSMN yanında Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, 03 fevral 2003-cü il təvəllüdlü X4 birinci dərəcəli əlillik dərəcəsi verilmişdir və “ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə Daun sindromu” diaqnozu ilə qeydiyyatdadır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16 iyul 2021ci il tarixli, 1555 saylı rəyindən görünür ki, X3 Ağır əqli gerilik daun sindromu (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar- erkən yaşlarından psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, X5 müalicə olunması, X13 Dispanserində ambulator müşahidədə olması, 17 saylı Uşaq Poliklinikası tərəfindən TSEK-ə göndəriş verilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərzahiri görkəmində Daun xəstəliyinə xas əlamətlərin müşahidə edilməsi, ünsiyyətə qeyriadekvat tərzdə daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının və davranışının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 (somatik vəziyyəti) onu məhkəmə iclasına çağırılmasına yol versə də, pisixi vəziyyətinə görə onun məhkəmə iclasında iştirakı məqsədəmüvafiq deyil. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 03 fevral 2003-cü il tarixdə doğulmuş qızı X6 “Ağır əqli gerilik daun sindromu (F72)” diaqnozu ilə xəstədir və həmin xəstəliklə əlaqədar qeydiyyatdadır, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 16 iyul 2021-ci il tarixli 1555 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan atası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03 fevral 2003-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 fevral 2003-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2662/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2662/2021
05.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver