Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2679/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili-“Kermur” İxtisaslaşdırılmış vəkil bürosunun vəkili Nümayəndə və Cavabdeh MTK-nın nümayəndəsi və vəkili-Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 135 saylı, 01 aprel 2015-ci il tarixli sərəncamına əsasən, “İddiaçı 1 nəfər ailə tərkibi ilə, Cavabdeh MTK-nın, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının l-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m, yaşayış sahəsi 55,9 kv.m olan 3 otaqlı 122 saylı mənzil” verilmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən, "xxxx" MTK və İddiaçı arasında 07 aprel 2015-ci il tarixli, 142 saylı müqavilə bağlanılmış və müqaviləyə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, 122 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti başçısının 101897 saylı 11 mart 2015-ci il tarixli sərəncamına əsasən İddiaçı verir.” Bundan əlavə "xxxx" MTK tərəfindən həmin mənzilin verilməsi barədə arayış təqdim edilmişdir. Lakin, yaşayış binası istismara icazə veriləndən sonra, 20 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mənzilin texniki pasportundan müəyyən olunmuşdur ki, hüquqi subyekti olan İddiaçı məxsus mənzilin yerləşdiyi binanın mərtəbəliyi “16/texniki mərtəbə”-dir və yerləşdiyi mərtəbə isə “texniki mərtəbə“-dir. Sözügedən mənzilə dair verilmiş sənədlərin qanunamüvafiq qaydada icra olunub-olunmadığını müəyyən etmək üçün tərəflərindən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və cavab məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd olunan “Sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, binanın istismara qəbul aktında, sözügedən mərtəbə texniki mərtəbə kimi göstərilib”. Göründüyü kimi, Cavabdeh MTK mənzilin yaşayış binasının 17-ci mərtəbəsini texniki mərtəbə kimi rəsmiləşdirərək, iddiaçıya 122 saylı mənzili 17-ci mərtəbədə deyil, texniki mərtəbədə vermişdir. Beləliklə, müqavilə öhdəliklərini icra etməmişdir. Qeyd edilən hal istismar aktının tikinti obyektinin əsas texniki göstəricilərində də öz əksini tapmışdır. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 4-cü bəndinə əsasən, “Binanın mərtəbəliyi miiəyyənləşdirilərkən yuxarı mərtəbənin üstündə yerləşən texniki mərtəbə nəzərə alınmır”. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəsində yerləşən 122 saylı mənzilin ona təhvil verilməsini və 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, 07 aprel 2015-ci il tarixli, 142 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m-dən ibarət, 122 saylı mənzili iddiaçıya təhvil verməlidir. Buna görə də, ünvan 1 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəsində yerləşən, 96 kv.metrdən ibarət olan, 122 saylı mənzilin iddiaçıya təhvil verilməsi və 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, MTK tərəfindən müqavilədə iddiaçıya 17-ci mərtəbədə mənzilin verilməsi qeyd edilsə də, cavabdeh iddiaçıya texniki mərtəbədə mənzil vermişdir. İddiaçıya DƏDRX tərəfindən verilmiş çıxarışda mərtəbə “M17” kimi qeyd edilmiş, o cümlədən mənzilin yerləşdiyi bina müqavilədə və sərəncamda göstərildiyi kimi 6 saylı binada deyil, 40 saylı binada verilmişdir. Qeyd edilən çıxarışı vermiş DƏDRX orqanı həmçinin onların çıxarışda yazılanları araşdırması nəticəsində texniki pasport vermişlər, hansı ki, həmin pasportda da DƏDRX özü qeyd etmişdir ki, həmin mənzil texniki mərtəbədə yerləşir. Cavabdeh özü sübut etməlidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında 17-ci mərtəbə qeyd edildiyini gördüyü halda, hansı səbəbdən texniki mərtəbədə iddiaçıya mənzil vermişdir, əgər cavabdeh həmin mərtəbənin texniki mərtəbə olduğunu bilirdisə, hansı səbəbdən bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verib yanlışlığı aradan qaldırmamışdır. Bütün bunlardan görünür ki, cavabdeh qeyd edilən məqamlara formal yanaşmış, nəticədə iddiaçının hüququları pozulmuşdur. Göstərdiklərinin nəzərə alınaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək izahatında bildirmişdir ki, təmsil etdiyi MTK hazırkı iddia tələbinə münasibətdə cavabdeh ola bilməz. Çünki, MTK konkret olaraq Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamından irəli gələn göstərişi yerinə yetirmişdir. Yəni, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 135 saylı, 01 aprel 2015-ci il tarixli sərəncamına əsasən, İddiaçı Cavabdeh MTK-nın Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m, yaşayış sahəsi 55,9 kv.m olan 3 otaqlı 122 saylı mənzilin verilməsi tapşırılmış, MTK isə təmənnasız olaraq, hər hansı məbləğ müqabilində olmadan, yəni əvəzsiz olaraq qeyd olunan ünvanda yerləşən mənzili iddiaçıya təhvil vermişdir. Burada müqavilə üzrə MTK-nın hər hansı öhdəliyi yoxdur, ümumiyyətlə hüquq mübahisəsi yoxdur və hazırkı iddiaya rayon məhkəməsində baxılmalı deyil. İddiaçının iddia tələbinə cavab verməli olan şəxs isə Bakı Şəhər İcra Hakimiyyətidir, hansı ki, məhz 17-ci mərtəbədə yerləşən 122 saylı mənzilin iddiaçıya verilməsini bir tapşırıq kimi həmin orqan MTK-nın üzərinə qoymuşdur. O cümlədən, iddiaçı həmin mənzili təhvil almış, təmir etdirmiş, hətta təxminən 2 il müddət olar ki, həmin mənzildə yaşayır. İddia tələbi göstərilənlərə əsasən tamamilə əsassızdır. Bütün bunların nəzərə alınmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclaslarında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01 aprel 2015-ci il tarixli, 135 saylı sərəncamının surətindən görünür ki, İddiaçı 1 nəfər ailə tərkibi ilə, Cavabdeh MTK-nın, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m., yaşayış sahəsi 55,9 kv.m olan 3 otaqlı 122 saylı mənzil verilmişdir; -(Satıcı) "xxxx" MTK ilə (Alıcı) İddiaçı arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqavilənin surətindən görünür ki, Satıcı ünvan 1-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 kv.metrdən ibarət olan, 3 otaqlı, 122 saylı mənzili Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10/897 saylı 11 mart 2015-ci il tarixli sərəncamına əsasən İddiaçı vermişdir; -Müqavilə öhdəliklərinin icra edilməməsinə dair pretenziyadan və ona əlavə edilmiş 07 aprel 2021-ci il tarixli poçt qaiməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya müraciət edərək, satıcı tərəfindən ona 17-ci mərtəbədə mənzil vermək əvəzinə texniki mərtəbədə sahənin verilməsinin müqavilə öhdəliklərinin icra edilməməsini ehtiva etdiyini bildirmiş, bununla bağlı 15 gün müddətində müvafiq tədbirlərin görülməsini MTK-dan xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir; -Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 12 aprel 2021-ci il tarixli, 145 nömrəli pretenziyaya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında inşa edilən 6 saylı binanın 17-ci mərtəbəsi, 122 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 01 aprel 2015-ci il tarixli 135 saylı sərəncamına əsasən İddiaçı verilmişdir. Həmin mənzil Bakı Şəhər İcra Hakimiyyətinə MTK tərəfindən verilmiş mənzillərin siyahısındadır. Müqavilədə də göstərildiyi kimi MTK heç bir ödəniş almadan Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi əsasında Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1ci girişinin, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 55.9 kv.m olan, 3 otaqlı 122 saylı mənzil verilmişdir. Eyni zamanda, qeyd olunan məktubda MTK tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında göstərilən ünvan və göstərilən mənzil təhvil verilməmişdirsə, öz fikir və iradını 6 il müddətində bildirmədiyi İddiaçı bildirilmişdir; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 29 oktyabr 2020-ci il tarixli, **********54-05301-093209 reyestrli nömrəli texniki pasportun surətindən görünür ki, İddiaçı verilmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, bina 124, mənzil 122 (yeni qaydalarla: AZ1002, ünvan 4 ünvanında yerləşən binanın mərtəbəliyi 16/texniki mərtəbədir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122, 124, mənzil 122, Yeni qaydalarla: AZ1002, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M17, m2 tam payda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 02.11.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 03 fevral 2015-ci il tarixli məktubdan və ona əlavə edilmiş 28 yanvar 2015-ci il tarixli rəyin surətindən görünür ki, təqdim olunmuş layihə tapşırığında 1-ci mərtəbə iki səviyyəli qeyri-yaşayış, 2+17-ci mərtəbələr yaşayış sahəsi kimi qeyd olunduğu üçün düzəliş edilməlidir; -DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən əmlaka müəyyən düzəlişlər aparmaqla yeni texniki pasportun verilməsi barədə ərizəsinə baxılmışdır, belə ki, binanın istismara icazə aktına görə birinci mərtəbəsi iki səviyyəli 16 (+texniki) mərtəbəlidir. Sözügedən mənzil də binanın texniki mərtəbəsində yerləşir. Göstərilənlərin nəzərə alınması xahiş edilmişdir; -Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 19 noyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllədə yerləşən Cavabdeh MTK-ya məxsus 6 saylı yaşayış binasının istismara hazırlığı barədə rəyi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı arasında mənzilin mərtəbəliyi hissəsində yaranmış ziddiyyət barədə məlumatın verilməsinə dair 10.11.2021-ci il tarixli 076 nömrəli müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllədə Cavabdeh MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.12.2019-ci il tarixli 270 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. Həmçinin bildirilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 529 nömrəli Fərmanın 1-ci hissəsinə uyğun olaraq tikinti obyektinin istismarına icazə verdiyi gündən 3 gün müddətində həmin icazənin və Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və qurumlara göndərilməsini təmin edir. -1 saylı Bakı Ərazi İdarəsinin 11 fevral 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 6 saylı binanın 122 saylı mənzilinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, binanın istismara qəbul aktında, sözügedən mərtəbə texniki mərtəbə kimi göstərilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01 aprel 2015-ci il tarixli, 135 saylı sərəncamına əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə, Cavabdeh MTK-nın, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m., yaşayış sahəsi 55,9 kv.m olan 3 otaqlı 122 saylı mənzil verilmişdir. Bununla bağlı, (Satıcı) "xxxx" MTK ilə (Alıcı) İddiaçı arasında 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı ünvan 1-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 kv.metrdən ibarət olan, 3 otaqlı, 122 saylı mənzili Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10/897 saylı 11 mart 2015-ci il tarixli sərəncamına əsasən İddiaçı vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122, 124, mənzil 122, Yeni qaydalarla: AZ1002, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M17, m2 tam payda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 02.11.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 29 oktyabr 2020-ci il tarixli, **********54-05301-093209 reyestrli nömrəli texniki pasportun surətinə əsasən, İddiaçı verilmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, bina 124, mənzil 122 (yeni qaydalarla: AZ1002, ünvan 4 ünvanında yerləşən binanın mərtəbəliyi 16/texniki mərtəbədir. Hazırda İddiaçı, ünvan 1 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəsində yerləşən 122 saylı mənzilin ona təhvil verilməsi və 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırda İddiaçı tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 01 aprel 2015-ci il tarixli, 135 saylı sərəncamı əsasında hazırkı Cavabdeh MTK-nın Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrinin kəsişməsində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən 122 saylı mənzil ona verilmiş, bundan sonra cavabdehlə onun arasında həmin sərəncam əsasında müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh ünvan 1-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17ci mərtəbəsində yerləşən 122 saylı mənzili ona təhvil verməli olsa da, cavabdeh bunu etməmiş, ona 17-ci mərtəbədə deyil, texniki mərtəbədə yerləşən mənzili təhvil vermişdir, bundan əlavə sərəncamda sözügedən mənzilin ona 6 saylı binada verilməsi nəzərdə tutulsa da, texniki pasport və çıxarışda 6 saylı bina deyil, 124 saylı bina göstərilmişdir. Buna görə də, iddiaçı məhz qeyd etdiyi ünvanda yerləşən 6 saylı binada 17-ci mərtəbədə yerləşən 122 saylı mənzilin ona təhvil verilməsini xahiş edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01 aprel 2015-ci il tarixli, 135 saylı sərəncamına əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə, Cavabdeh MTK-nın, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m., yaşayış sahəsi 55,9 kv.m olan 3 otaqlı 122 saylı mənzil verilmişdir. Bununla bağlı, (Satıcı) "xxxx" MTK ilə (Alıcı) İddiaçı arasında 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı ünvan 1-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 kv.metrdən ibarət olan, 3 otaqlı, 122 saylı mənzili Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10/897 saylı 11 mart 2015-ci il tarixli sərəncamına əsasən İddiaçı vermişdir. Qeyd olunan müqavilə əsasında İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Həmin çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122, 124, mənzil 122, Yeni qaydalarla: AZ1002, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M17, m2 tam payda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 02.11.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 29 oktyabr 2020-ci il tarixli, **********54-05301-093209 reyestrli nömrəli texniki pasportun surətindən görünür ki, İddiaçı verilmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, bina 124, mənzil 122 (yeni qaydalarla: AZ1002, ünvan 4 ünvanında yerləşən binanın mərtəbəliyi “16/texniki mərtəbə”dir. Bununla bağlı, iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mənzilin texniki pasportunda mənzilin binanın 17-ci mərtəbəsində deyil, 16+texniki mərtəbəsində yerləşdiyini göstərsə də, nəzərə alınmalıdır ki, tərəflər arasında 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən hüquqmüəyyənedici rəsmi sənəd olan çıxarış verilmişdir, hansı ki, qeyd olunan çıxarışda iddiaçıya verilmiş mənzilin 17-ci mərtəbədə yerləşdiyi öz əksini tapır. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış 07 aprel 2015ci il tarixli müqavilə və DƏDRX tərəfindən verilmiş çıxarış hüquqi qüvvəsini saxlayır. Əmlaka dair dövlət reyestrindən çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsində təsbit olunduğu kimi hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılmışdır. Ona görə məhkəmə hesab edir ki, nə qədər ki, qeyd olunan hüquqmüəyyənedici rəsmi sənədlər mübahisələndirilməmişdir, qüvvədədir, cavabdeh isə müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir, onun bu öhdəliyindən yayınmasına dair sübutlar məhkəmə tədqiqi ilə müəyyən edilməmişdir, belə qənaətə gəlinməsi üçün əsaslar, buna dair sübutlar mövcud deyildir, əksinə, işin mübahisəsiz halıdır ki, iddiaçı müqavilənin bağlanmasından sonra müqavilənin predmeti olan mənzili istifadəsinə, mülkiyyətinə qəbul edərək orada yaşayır. Belə olan halda, iddiaçının tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “ünvan 1 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəsində yerləşən, 96 kv.metrdən ibarət olan, 122 saylı mənzilin iddiaçıya təhvil verilməsi və 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “ünvan 1 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəsində yerləşən, 96 kv.metrdən ibarət olan, 122 saylı mənzilin iddiaçıya təhvil verilməsi və 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2679/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2679/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver