Məhkəmə qərarları › İş №2(102)-2776/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2776/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2776/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyası, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-34/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə "xxxx" MTK-nın (bundan sonra – MTK) arasında bağlanmış 1 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı1 ünvan 1 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, sahəsi 109.06 kv.m. olan 81 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) almışdır. Mənzilin qiyməti hər bir kv.m. üçün 230 ABŞ dolları olmaqla, cəmi 25.084 ABŞ dolları məbləğinə razılaşdırılmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzilin 1/3 hissəsinə İddiaçı1, 2/3 hissəsinə İddiaçı2 payları tanınmışdır. 3. 17 may 2014-cü il tarixdə mənzilin 72,706 kv.m. sahəsinin İddiaçı2, 36,354 kv.m. sahəsinin İddiaçı1 adına rəsmiləşdirilməsinə dair MTK ilə müqavilələr bağlanmışdır.

4. Həm 1 noyabr 2004-cü il, həm də 17 may 2014-cü il tarixli müqavilələrdə mənzilin ümumi sahəsi göstərilərkən “Brutto” ifadəsi (yəni çöldən çölə, ümumi sahə) qeyd edilmişdir.

5. Mübahisəli mənzil (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 356, M7, m1) xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1/3 payla İddiaçı1, 2/3 payla İddiaçı2 adına qeydə alınmışdır. Bu barədə verilən çıxarışda mənzilin ümumi sahəsi 88 kv.m. göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər MTK-ya və "xxxx" MMC-yə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat, dövlət rüsumu olaraq ödənilən 31 manat, cəmi 21.091 manat pulun alınaraq 7030 manat İddiaçı1, 14.061 manat İddiaçı2, yetirilmiş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq 10.000 manat İddiaçı1, 10.000 manat pulun İddiaçı2 ödənilməsi, cavabdeh MMC-dən 1 yanvar 2006 - 1 aprel 2019-cu illər ərzində əlavə ödənilən kommunal ödənişlərə görə, 1010 manat pulun alınaraq 337 manat İddiaçı1, 673 manat pulun cavabdeh İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istin ad etməklə tələbini belə əsaslandırmışdır ki, 19 iyul 2019-cu ildə mübahisəli mənzilə dair ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar və onlara o zaman məlum olmuşdur ki, mənzilin sahəsi heç də müqavilədə göstərildiyi kimi 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil etmişdir. MTK-nın direktoru Nümayəndə yaxınlaşıb bu rəqəmlər arasında təşkil edən 21.06 kv.m. fərqi izah etməyi tələb etsələr də, ağlabatan cavab ala bilməmişlər. Hal-hazırda yaşadıqları ərazidə yaşayış sahəsinin hər kv.m. satışı 1000 manat təşkil edir. Bundan başqa 1 aprel 2019-cu il tarixədək MTK-ya, o cümlədən son illər eyni ünvanda yerləşən, eyni zamanda direktoru da Nümayəndə olan digər cavabdeh MMC-yə 109.06 kv.m sahəyə görə hər ay 32.71 manat olmaqla kommun al ödənişlər etmişlər. 1 yanvar 2006-cı ildən 1 noyabr 2019-cu il tarixədək hər ay hər kv.m 30 qəpikdən hesablamaqla 21.06 kv.m. sahəyə görə artıq pul ödəmişlər, bu da 160 ay müddətində hər ay üçün 6,31 manat hesablandıqda cəmi 1010 manat təşkil etmişdir. Bundan başqa 19 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra mənzil sahibi olaraq iddiaçılar böyük stress və əsəb sarsıntısı keçirmişlər. Mənzilin real sahəsinin cəmi 88 kv.m olduğunu bildikdə planları alt-üst olmuş, eyni zamanda ali təhsilli şəxslər olaraq 15 il davamlı olaraq da cavabdeh tərəfindən bu şəkildə aldadılmaları onlara çox təsir etmişdir.

8. Cavabdehlər birinci instansiya məhkəməsində iddiaya etiraz edərək tələblərin təmin olunmamasını xahiş etmişlər.

9. Məhkəmənin xx.xx.2021-ci il tar ixli qərardadına əsasən iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 3319 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin ümumi və yaşayış sahəsi 88 kv.m müəyyən edilmişdir.

10. Rəydə brutta sahənin müəyyən olunması barədə sualla bağlı ekspert göstərmişdir ki, Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud tikinti normalarında, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsində (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarında tikililərin “brutto sahəsi” anla yışı nəzərdə tutulmadığı üçün, tədqiq olunan mənzilin brutto sahəsinin hesablanmasına dair tədqiqat aparılmadı. Lakin müxtəlif mənbələrdə olan məlumatlara əsasən, Türkiyədə və bir çox digər ölkələrdə daşınmaz əmlakın texniki, sənədlərində (texniki pasport və s.), bir qayda olaraq, yalnız brutto sahəsi göstərilir. Bu göstərici balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütün otaqların ümumi sahəsini nəzərdə tutur və ölçü divarların çöl tərəfindən aparılır. Əgər alıcının netto sahəsini öyrənmək istəyi yaranarsa, onda mənzillərin plan sənədləri tələb edilir. Memar tərəfindən tərtib edilmiş planda hər bir otağın (tikilinin) netto sahəsi göstərilir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənova) 24 sentyabr 2020-ci il tarixli, 2(011)-730/2020 nömrəl i qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan 4.830 ABŞ dolları pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq, həmin pulun 3.220 ABŞ dolları İddiaçı2 ödənilməsi, qalan 1.610 ABŞ dolları pulun isə digər İddiaçı1 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 01 yanvar 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 100.80 manat pul alınaraq 67.20 manat pulun İddiaçı2 ödənilməsi, qalan 33.60 manat pulun isə İddiaçı1 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK tərəfindən iddiaçılara təhvil verilmiş mübahi səli mənzil 109.06 kv.m. deyil, 88 kv.m. sahəyə malik olmuşdur. Belə olan halda cavabdeh "xxxx" MTK tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar.

13. İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında olan öhdəliklər müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 230 ABŞ dolları müəyyən edilmişdir. Odur ki, 21.06 kv.metr sahə üzrə hər kv.metr üçün 230 ABŞ dolları hesablamaqla (21.06 x 230) cəmi 4.830 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıların xeyrinə cavabdeh "xxxx" MTK-dan tutulmalıdır. 4.830 ABŞ dolları tərəflərin mənzil üzərində Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylara mütanasib tərəflər arasında bölünməlidir. Odur ki, "xxxx" MTK-dan 3.22 0 ABŞ dolları İddiaçı2, qalan 1.610 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməlidir.

14. Məhkəmə iclasında iddiaçılar cavabdehlər tərəfindən onlara mənəvi ziyan vurulması barədə sübut təqdim edə bilməmiş, eyni zamanda iddia ərizəsində mənəvi zərər ilə bağlı göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməyib.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliy in məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə tələblərini pozaraq öhdəliklərini yerinə yetirməməsi barədə məhkəmənin gəldiyi qənaətlə razı olsalar da, hər kv.m üçün iddiaçılara ödənilməli olan pulun 230 ABŞ dolları müəyyən edilməsi ilə razı olmamışlar. Belə ki, 2004-cü il üçün bu real məbləğ olsa da, bu günki bazar qiymətlərinə görə həddən artıq aşağı olmuşdur. Odur ki, ödəniləcək məbləğ hazırkı bazar qiymətlərinə uyğun olaraq hesablanmalı idi. Kommunal xidmətlərə görə artıq ödənilən məbləğə gəlincə 2018-ci ilin yanvar ayından olan bildirişləri kommunal ödənişlərin qiymətini göstərmək məqsədi ilə ərizəyə əlavə etmiş və 1 aprel 2019-cu il tarixədək MTKya kommunal borclarının olmadığı barədə arayış təqdim etmişlər. Lakin bu o demək deyildi ki, onlar yalnız xx.xx.2018-ci ildən pul ödəmişlər. Yaşadıqları dövrdən bütün başqa xidmətlər kimi, o cümlədən kommunal ödənişlərə görə də MTK-ya pullar ödənilmişdir. Onlar isə orada 2006-cı ildən yaşayaraq kommunal xidmətlərə görə ödənişlər etmişlər. Odur ki, nəinki 2018-ci ilin yanvar ayından, yaşadıqları dövrdən artıq ödənilən bütün məbləğ MMC-dən alınıb iddiaçılara ödənilməli idi. İddiaçılara dəymiş mənəvi ziyana gəl incə, istehlakçı kimi onlara mənəvi ziyan dəymiş, illərlə MTK tərəfindən və MMC tərəfindən aldadılmışlar. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişlər. Çünki uzun illər kimsə tərəfindən aldadılmağı özlərinə qarşı təhqir hesab etmişlər.

18. MTK apellyasiya şikayəti verərək, qətnamənin MTK-ya aid təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin məlumatlandırılması barədə sübutun olmamasına baxmayaraq, işə birtərəfli qaydada baxaraq qətnamə qəbul etmiş, təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və yanlış qənaətə gəlmişdir. xx.xx.2004-cü il tarixli müqavilənin 2-ci bəndinə əsasən tikintisini razılaşdığı mənzil ümumi sahəsi (Brutto) 109.06 kv.m olmaqla, 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla hər bir kv.m üçün 230 ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilmişdir. Quliyeva (Fərzəliyevə) Nardanə Sədi qızının və 1/3 hissədə İddiaçı1 paylarının müəyyən olunmasına dair Xətai Rayon Məhkəməsinin 2(011)-1612/12 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında xx.xx.2014-cü il tarixdə tərəflərlə bağlanmış müqavilələrdə yenə də mənzilin ümumi (brutto) sahəsi 36.354 kv.m və 72.706 kv.m olmaqla cəmi 109.09 kv.m müəyyən edilmişdir. Sözügedən əqdlər hazırda qüvvədədir və mübahisələndirilmir. Tərəflərin iradəsi əsasında bağlanmış qeyd olunan müqavilələrin 2-ci bəndlərindən də göründüyü kimi tərəflər müqavilənin sahəsinin beynəlxalq ter min olan brutto ölçü ilə (yəni çöldən çölə, ümumi sahə) ilə hesablanacağını müəyyən etmişlər. İddiaçılar onlara məxsus mənzillərin sahəsinin az göstərilməsini iddia etdikləri halda, bununla bağlı tələblərini hazırkı cavabdehlərə yox, həmin quruma qarşı irəli sürə bilərdilər. Bundan əlavə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən ekspert brutto sahə anlayışını vermişdir. Beynəlxalq termin (ölçü vahidi) olan brutto anlayışının qüvvədə olan milli qanunvericiliyimizdə təsbit edilməməsi onun mövcud olmaması və ya qanunsuz olması anlamına gəlmir. Məhkəmə brutto ölçüsü anlayışından tikinti sahəsində geniş istifadə olunmasını və xüsusən də bu anlayışın qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunla qadağan olunmamasını nəzərə almalı idi. Məhkəmə işin oby ektiv, hərtərəfli və tam araşdırılmasında, həmçinin mübahisəyə düzgün hüquqi qiymət verilməsində maraqlı olsay idi, əlavə ekspertiza təyin edə, mütəxəssis dəvət etməklə tərəflərin iştirakı ilə yerli baxış keçirərək asanlıqla mübahisənin ədalətli həllinə nail ola bilərdi.

20. MMC apellyasiya şikayəti verərək, qətnamənin MMC-yə aid təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri MTK-nın apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3023/2021 nömrəli, 3 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) apellyasiya şikayətləri təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla, mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir.

24. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla təmin edilə bilməz. Belə ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olduğu qeyd edilsə də, ekspert rəyini təkzib edəcək və ya şübhə yaradacaq əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçılar tə rəfindən verilmiş apellyasiya şikayəti isə yuxarıda göstərilənlərlə təkzib olunduğundan, həmçinin apellyasiya şikayətində qeyd olunanlara dair hər hansı sübut təqdim olunmadığından əsaslı sayıla və təmin edilə bilməz.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarlarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçılar birgə k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

28. MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

30. MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4298/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) iddiaçılar tərəfindən birgə, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz. Ona görə ki, mübahisə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi iddiası ilə bağlı olmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından görünür ki, xx.xx.2004-cü il tarixli müqavilədə MTK, İddiaçı1 ümumi sahəsi 109,06 kv.m. olan mənzil verməyi öhdəsinə götürmüşdür. İddiaçılar razılaşdırılmış sahədə mənzilin onlara verilmədiyini iddia etmiş, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək ona istinad etmişdir ki, mənzilin ümumi sahəsi “Brutto”, yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablanmış və bu şərt müqavilədə nəzərdə tutulmuşdur. Brutto sahəsinə bütün tikinti ərazisinin daxil olması bu iş üzrə keçirilmiş ekspertiza rəyində də qeyd olunmuşdur. MTKnın iddiaçılarla bağladığı 1 noyabr 2004-cü il və 17 may 2014-cü il tarixli müqavilələrdə mənzilin sahəsi göstərilərkən “Brutto” ifadəsi qeyd edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu baxımdan mənzilin sahəsinə dair əqddə mövc ud olan belə bir şərtin müqavilə azadlığı çərçivəsində keçərli, yaxud etibarsız olmasının müəyyən edilməsi hazırkı işin düzgün hüquqi həlli üçün (cavabdeh MTK-nın müqavilə öhdəliyini icra edib-etməməsini müəyyənləşdirmək baxımından) mühüm əhəmiyyət kəsb etmişdir. Tərəflərin bağladıqları əqddə nəzərdə tutulmuş “Brutto sahə” şərtinin müqavilə azadlığı çərçivəsində hüquqi nəticə yaratdığına, yoxsa müqavilənin standart şərti kimi etibarsız olduğuna mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qiymət verilməmişdir.

34. Kollegiya onu da bildirmişdir ki, mübahisəli mənzilin ümumi sahəsinə dair xüsusi biliyə malik olan ekspertin rəyi məcburi qüvvəyə malik olmamış, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməli idi. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin üm umi sahəsi 88 kv.m. göstərilsə də, apellyasiya məhkəməsi bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişdir. Belə ki, rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Apellyasiya məhkəməsi isə tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, yəni iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışdır.

35. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarl arın çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması alıcının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da satıcının mənafeyinə uyğun olmamışdır.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə qeyd edilən “Brutto sahə” şərti etibarsız sayılsa belə, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilməlidir. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh MTK-nın iddiaçılar qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməməyi aydınlaşdırılmalı və hər iki cavabdehə qarşı iddia tələblərinə yekun hüquqi qiymət verilməlidir.

37. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390, 418, 419, 420, 422, 578, 1092-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. İkinci apellyasiya baxışı zamanı məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/244 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin daxili sərhədləri nəzərə alınmaqla, ümumi sahəsi 107.5 kv.m təşkil etmişdir.

39. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5834 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin fakti ki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 90.3 kv.m təşkil etmişdir. Mübahisəli mənzilin sərhədləri ölçünün divarların bayır (çöl) tərəfindən hesablanaraq, ümumi sahəsi 109.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-34/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçılar tərəfindən birgə, cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MTK-da n 4.439 ABŞ dolları pulun (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) alınaraq həmin pulun 2959.33 ABŞ dolları İddiaçı2 ödənilməsi, qalan 1479.67 ABŞ dolları pulun isə digər İddiaçı1 ödənilməsi, cavabdeh MMC-dən 1 yanvar 2018-ci ildən 1 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 92.64 manat pulun alınaraq, 61.76 manat pulun İddiaçı2 ödənilməsi, qalan 30.88 manat pulun isə İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Yəni bu o deməkdir ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtl ərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edili r.

42. Qanunvericiliyin normalarından da göründüyü kimi əgər bir müqavilədə qarşı tərəf üçün onun müstəqil şəkildə başa düşməsi çətin olan, qeyri-müəyyən ifadələr mövcuddursa və həmin tərəfin sözügedən ifadələrin gerçək mənası daha aydın təsvir olunsa idi, müqaviləni başqa şərtlərlə bağlamaq və ya ümumiyyətlə, bağlamamaq ehtimalları varsa, bu cür şərtlər və ifadələrin müqavilənin ayrılmaz parçasına və bunun nəticəsi olaraq standart şərtinə çevrilməsi yolverilməzdir.

43. Hazırkı iş üzrə tərəflər arasında bağlanan müqaviləyə, iş üzrə tərtib olunmuş ekspert rəyinə və işin digər hallarına baxdıqda müəyyən edilir ki, “brutto sahə” anlayışı Azərbaycan Respublikasının ərazisində mövcud olan tikinti normalarında və ya digər qanunvericilik aktlarında rast gəlinməyən bir məfhumdur və ümumişlək olma yan ifadədir. Bu cür ifadənin nəinki adi vətəndaşlar arasında, hətta hüquqi biliyə malik şəxslər üçün belə aydın olmaması ehtimalı kifayət qədər yüksək olmaqla bərabər tərəflər arasındakı münasibətlərə olduqca təsir edəcək bir halı – müqavilə əsasında alıcıya təhvil veriləcək mənzilin ölçüsünü ehtiva edən anlayış olaraq təsvir edilmiş, həmin ifadənin yanında isə sadəcə “ümumi sahə” birləşməsi qeyd edilərək ümumi sahəyə nəyin daxil olması öz əksini tapmamışdır. Bu da onu deməyə əsas vermişdir ki, qanunvericiliklə təsbit olunan müqavilənin standart şərtlərinə dair müəyyənlik prinsipi qeyd edilən anlayışla əhatə olunmadığından və qeyri-müəyyənlik yaratdığından, həmin şərti müqaviləyə daxil edən tərəfin, yəni hazırkı iş üzrə cavabdeh MTK-nın ziyanına təfsir olunmalı, standart şərt kimi etiba rsız hesab edilməlidir.

44. Bununla da kollegiya belə nəticəyə gəlmişdir ki, cavabdeh MTK-nın müqavilədə təhvil veriləcək mənzilin ölçüsünü təsvir edərkən istifadə etdiyi ifadə müqavilənin standart şərti kimi etibarsız hesab edildiyindən, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi kimi qiymətləndirilməli və məhz həmin şərt üzrə qeyd edilən mənzilin ölçüsü ilə təhvil verilən mənzilin ölçüsü arasındakı fərq hesablanaraq iddiaçılara ödənilməlidir. Bu da cavabdehlərin qeyd edilənlərlə bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız hesab olunduğunu deməyə əsas vermişdir.

45. Lakin birinci instansiya məhkəməsi qeyd edilən fərqin hesablanması zamanı yanlışlığa yol verərək yalnız ekspert rəyinin nəticə hissəsini əsas götürmüş, rəyin təsv iri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmış, cavabdehin real olaraq iddiaçıya hansı ölçüdə mənzil təhvil verməsi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilməmiş və kassasiya instansiyası məhkəməsi də bundan öncəki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd edilən halların araşdırılmasını işə hazırda baxacaq məhkəməyə tapşırmışdır.

46. Qeyd edilənləri nəzərə alaraq hazırkı iş üzrə kollegiya tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5834 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizanın aparılması zamanı mübahisəli mənzilə baxış keçirilərək müvafiq ölçü işləri aparılmış, müəyyən edilmişdir ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 90.3 kv.metr, mənzilin sərhədləri ölçünün divarların bayır (çöl) tərəfindən hesablanaraq ümumi sahəsi isə 109.6 kv.metr təşkil etmişdir.

47. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi, cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan brutto sahə, yəni çöl divarlarından hesablanan sahəsi arasında birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 21.06 kv.metr deyil, 19.3 kv.metr fərq ol muşdur. Bu da onu deməyə əsas vermişdir ki, cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla, dəymiş zərərin hesablanması zamanı 21.06 kv.metr deyil, 19.3 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçılara dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır.

48. Kollegiya cavabdeh MMC-nin ondan 100.80 manat tutulmasının əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hissədə də şikayət qismən təmin edilməli və tutulacaq məbləğin miqdarı yuxarıda qeyd edilən qaydada müvafiq olaraq azaldılmalı, iddiaçının bununla bağlı tələbin tam təmin edilməsi hissəsində apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iddiaçılar 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək ödənilən kommunal ödənişləri tələb etsəl ər də, onlar həmin dövrə aid olan qəbzləri, kommunal ödənişləri təsdiq edən hər hansı digər sənədi məhkəməyə təqdim etməmişlər. İş materiallarına 2018-ci ilin yanvar ayından 2019-cu ilin aprel ayına qədər edilmiş kommunal ödənişlər barədə qəbzlər əlavə olunmuşdur. Hərçənd ki, iddiaçılar öz apellyasiya şikayətlərində qeyd edilən qəbzlərin nümunə olaraq təqdim edildiyini və əvvəlki illərin ödənişlərinin də həmin qaydada hesablanmalı olduğunu bildirsələr də, qanunvericiliyin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxaraq yekun məhkəmə aktı qəbul edir.

49. Məhkəmə cavabdeh MMC-dən iddiaçıların xeyrinə tutulmalı olan pulun miqdarının hesablanması qaydasını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçılar hər ay hər kv.metr üçün 0.30 qəpikdən hesablamaqla 19.3 kv.metr sahəyə görə pul ödəmişlər. Odur ki, 1 yanvar 2018-ci il tarixdən 1 aprel 2019-cu il tarixinədək 19.3 kv.metr sahəyə görə hər kv.metri 0.30 qəpikdən hesablamaqla (19.3 x 0.30 x 16 ay) cəmi 92.64 manat pul alınıb iddiaçılara ödənilməlidir.

50. Kollegiya iddiaçıların mənəvi zərərin ödənilməsi tələbinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərər vurulması, sarsıntılara məruz qalmalarının hər hansı sübutla təsdiq edilməməsi səbəbindən tələbin bu hissədə təmin edilməməsi barədə düzgün nəticəyə gəlmiş və apellyasiya şikayəti qeyd edilən hissədə əsassız olmuşdur.

51. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390, 41 8, 419, 420, 422, 578, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. MTK (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

53. Şikayət iddia tələbinə qarşı etirazın dəlilləri, əvvəlki apelyasiya və kassasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyini, Mülki Məcəllənin 390-cı maddəsinin tələblərini nəzərə almamışdır.

54. MTK şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı, Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

57. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız v arlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

58. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

59. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

60. Maddə

419. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

61. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

62. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

63. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

64. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə yalnız cavabdeh MTK tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı MTK-ya münasibətdə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

75. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni məzmundadır. Bu dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları təhlil olunmaqla qiymətləndirilmişdir. Buna görə də apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifay ətlənmək mümkündür.

76. Bununla belə, məhkəmə kollegiyası təhvil verilməli olan mənzilin sahəsinin “brutto sahə” kimi müəyyən edilməsi barədə müqavilə şərtinin etibarsız sayılması barədə məhəmənin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

77. MTK iddiaçılarla bağlahnış müqaviləyə təhvil verilməli olan mənzilin sahəsinin ölçüsünü “brutto” sahə kimi müəyyən olunması barədə müqavilə şərtini daxil etmişdir.

78. Şəhərsalma və tikinti münasibtələrini tənzilmləyəm qanunvericilikdə, mənzil sahəsinin ölçüsü ilə bağlı “brutto” anlayışı müəyyən olunmamışdır.

79. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları müəyyən edilərək göstərilir ki: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 80. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2-ci bəndinə görə, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin qaydaların 3.8-ci bəndində mənzillərin ümumi sahəsi kimi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarət sahə müəyyən olunmuşdur. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesabla

81. Bu baxımdan MTK-nın təhvil verməli olan mənzilin ümumi sahəsi barədə öhdəlik şərtinin ümumi olaraq qəbul olunan meyarlardan fərqli məzmunda başa düşülməsi üçün, kifayət qədər aydın olmalı idi.

82. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, öhdəlik hüququnda müqavilənin stand art şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun.

83. Məhkəmə həmçinin düzgün olaraq hesab etmişdir ki, “brutto sahə” anlayışı Azərbaycan Respublikasının ərazisində mövcud olan tikinti normalarında və ya digər qanunvericilik aktlarında rast gəli nməyən bir məfhumdur və ümumişlək olmayan ifadədir. Bu cür ifadənin nəinki adi vətəndaşlar arasında, hətta hüquqi biliyə malik şəxslər üçün belə aydın olmaması ehtimalı kifayət qədər yüksək olmaqla bərabər tərəflər arasındakı münasibətlərə olduqca təsir edəcək bir halı – müqavilə əsasında alıcıya təhvil veriləcək mənzilin ölçüsünü ehtiva edən anlayış olaraq təsvir edilmiş, həmin ifadənin yanında isə sadəcə “ümumi sahə” birləşməsi qeyd edilərək ümumi sahəyə nəyin daxil olması öz əksini tapmamışdır.

84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdı r.

85. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

86. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-34/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar