Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2432/2021 30.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Eyyub oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Eyyub oğluna qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 300 manat məbləğində maddi ziyanın, 180 manat mənəvi ziyanın və 30,40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Salamabad kənd sakini Cavabdeh Eyyub oğlu ilə 2021-ci ilin may ayında görüşərək, ona evi üçün mətbəx mebeli quraşdırmağı xahiş etmişdir. Bundan sonra cavabdeh evinə gəlmiş, ölçü işlərini aparmış, ilkin olaraq ondan 300 manat pul almışdır. 4 aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh nə mebeli düzətmiş, nə də ondan aldığı 300 manat pulu ona qaytarmışdır. Dəfələrlə cavabdehə müraciətlər etmişdir ki, ya pulunu qaytarsın, ya da mebeli hazırlasın təhvil versin, lakin cavabdeh heç bir hərəkət etməmişdir. O, məcbur qalaraq Yevlax rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdehin təhqiqat orqanına vermiş olduğu ifadəsində həqiqətən 300 manat pulu ondan bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. Cavabdeh onlara məxsus yaşayış evinə mətbəx mebeli quraşdırması üçün əri Sədidən 300 manat pul almış, lakin mebeli quraşdırmamış və pulu qaytarmaqdan da imtina etmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X3 oğlu ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus yaşayış evini təmir etmişdir. Həmin evdə işləyən zaman Elnur adlı mebel ustası ora gəlmiş və mətbəxin ölçülərini götürmüş, İddiaçı onun yanında Elnura mebeli hazırlamağı üçün ilkin olaraq 300 manat pul vermişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlə razılığa gələrək evinə mətbəx mebelinin yığılması üçün sonuncuya 300 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Podratçı olan Cavabdeh, sifarişçi olan iddiaçının evinə mətbəx mebelinin yığılması üçün öhdəlik götürmüş və bunun müqabilindən sifarişçidən muzd alsa da, öhdəliyi icra etməkdən yayınmışdır. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tələbi ilə bağlı hər hansı mötəbər sübutu, yəni ona mənəvi ziyan vurulması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Eyyub oğlundan İddiaçı xeyrinə 300 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh Eyyub oğlundan 300 (üç yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-2432/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2432/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver