Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2679/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səmədov Əlibala (düzgün ad: Əliabbas) Aslan oğlunun adına olan abunə kodu № **********A0072 üzrə hesblanmış 1757,06 manat borcun silinməsi, abonentin ad hissəsinin düzgün qeyd edilərək ''ƏLİABBAS” kimi qeyd edilməsini və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 75 (yetmiş beş) manat pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəycv küçəsi, ev 58 a, 72 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Mənzilin işıq təchizatı ilə bağlı şəbəkəyə abonent kodu **********A0072 qoşulmuşdur. Elektrik enerjisinin ödənişlərini istifadə etdiyi həcmə uyğun ödəmişdir. Son 5 ayın ödənişləri ilə bağlı nəzarətçi tərəfindən verilmiş bildirişin abonentin ad soyad hissəsində adının “Əlibala“ kimi qeyd edildiyindən o, adının düzgün qeyd edilməsi ilə əlaqədar ASAN komunala yaxınlaşmış, lakin burada adına olan abonent kodu **********A0072 üzrə adına xx.xx.2002-ci tarixinədək 1427,06 manat və xx.xx.2002- xx.xx.2006-cı il tarixinə qədər isə 330 manat, cəmi 1757,06 manat borcun olmasını öyrənmişdir. Qeyd edilmiş borcun yaranma mənbəyinin açıqlanmasını və abonentin ad hissəsinin düzgün qeyd edilərək Əliabbas kimi düzəliş edilməsi ilə bağlı cavabdehə “elektron xidmətlər" pəncərəsi vasitəsi ilə müraciət etsə də cavabdeh elektron poçtuna rəsmi qaydada xx.xx.2022-ci il tarixli № 0199/11-509/6141 məktubla guya onun xx.xx.2002-ci tarixinədək 1427.06 manat və xx.xx.2002- xx.xx.2006-cı il tarixinə qədər isə 330 manat, cəmi 1757,06 manat borcun olmasını bildirmişdir. Qeyd edilən borcun yaranması isə tərəfindən guya ödənişi aparılmamış elektrik enerjisinin dəyəri üzrə hesablanmış borcdur. Cavabdeh tərəfindən hesablanmış borc tərəfindən “şübhə” doğurduğundan o, cavabdehdən daha dəqiq məlumatın əldə olunması ilə bağlı ödəniş qrafikinin verilməsini xahiş etmiş, nəticədə ödəniş qrafikinə baxdıqdan sonra şübhələri öz təsdiqini tapmişdir. Belə ki, ödəniş qrafikinin “Sayğac qrafiki” hissəsinin birinci bəndində göstərici xx.xx.2000-ci ildə göstərici 4 054 olub, daha sonra fantastik bir sıçrayışla bu göstərici bir gün sonra xx.xx.2000-ci ildə 18 dəfə artaraq 73100 olması, daha sonra xx.xx.2002-ci ildə isə göstərici 560 olub, daha sonra yenidən fantastik bir sıçrayışla bu göstərici 35 gün sonra xx.xx.2002-ci ildə 3.6 dəfə artaraq 3705 olması, bir mənalı formada cavabdehin tətbiq etdiyi əsassız və absurd bir borcun yaranmasının mənbəyi kimi qiymətləndirir. Xüsusi ilə cavabdeh tərəfindən adına 22 il əvvəl tərtib edilmiş əsassız borc ilə bağlı 22 il ərzində məlumatı belə olmamışdır. Elektrik enerjisinə ödənişləri tərəfindən artıq 22 ildən çox müddətdir ki, ödənilir və belə bir borcun olması ilə bağlı hər ay nəzarətçinin borc bildirişində belə məlumat verilmir. Cavabdeh bu günə kimi ona 22 il əvvəl yazılmış borcun konkret mənbəyi ilə bağlı heç bir məlumat vermir, daha dəqiq məlumat verə bilmir. Abonentin borcu varsa, onda belə bir sual yaranır “Bu müddət ərzində (22 il) cavabdeh niyə elektrik enerjisinin yaşayış evinə verilişini dayandırmamamışdır? Çünki, belə bir borc mövcud deyil! Cavabdehə borcun araşdırılması ilə aldığı məktubda cavabdehə qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. O qeyd edilənlərlə razı deyil. Belə ki, qeyd edilən mənzil onun xüsusi mülkiyyətindədir və abonentin ad hissəsinin düzgün qeyd edilərək Əliabbas kimi düzəliş edilməsinin cavabdeh tərəfindən imtina edilməsi belə xəyallar əsasında yaranmış borcun olması ilə heç bir bağlılığı olmamalıdır. Nəticədə pozulmuş hüquqların bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçının özü "xxxx" ASC-yə müraciət etmişdir. 2002-ci ilə qədər olan borc 1427 manat, 2002-ci ildən 2006-cı ilədək 330 manatdır. Bu borc sərfiyyat borcudur və köhnə borcdur. Cari borc gələndə bildirişin axrında yazılmır. Qətnamə çıxarsa adda düzəliş edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, həmin evi 30 il bundan öncə almış və 1989-cu il tarixdən orada yaşamışdır. Əvvəlki işıq şəbəkəsinin dövründən guya onların 1500 manat borcları olmuş, amma indiyə qədər onların nə işıqları kəsilməmiş, nə də bu barədə onlara məlumat verilmişdir. O, elektrik enerjisinin ödənişlərini istifadə etdiyi həcmə uyğun ödəmiş, son 5 ay ödənişlərlə bağlı verilmiş bildirişdə abonentin ad və soyad hissəsində adının “Əlibala” kimi düzgün qeyd edilmədiyindən bununla bağlı ASAN kommunala yaxınlaşanda borc barədə məlumatı olmuşdur və ona məlum deyil ki bir gün ərzində bu qədər borc necə yaranmışdır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mənzilin işıq təchizatı ilə bağlı şəbəkəyə abonent kodu **********A0072 olan sayğac qoşulmuşdur. Həmin evin işıq ödənişləri İddiaçı adından həyata keçirilsə də, abunəçinin adı yanlış yazılaraq X5 qeyd edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci tarixədək 1427.06 manat və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər isə 330 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödənişi aparılmamışdır. Hazırda iddiaçı işıqdan istifadəyə görə 20002-2006-cı illərdə yaranmış borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın: 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəm araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.2002-ci tarixədək 1427.06 manat və xx.xx.2002-ci il xx.xx.2006-cı il tarixə qədər isə 330 manat olmaqla, ümumilikdə 1757,06 manat borcun silinməsini xahiş etmişdir. Həmçinin müəyyən edildi ki, qeyd edilən borca görə evin işıqla təmin edilməsi dayandırılmamış, cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. İddiaçı adına olan Abunə haqqında məlumatın borc bölməsində 1427,06 və 3330 manat borc olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği 2002-ci il və 2006-cı il tarixinə kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 5 ildir. Məhkəmə eyni zamanda bildirir ki, abonentin adı da yanlış yazılaraq İddiaçı yerinə Əlibala Səmədov kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi “Səmədov Əlibala (düzgün ad: Əliabbas) Aslan oğlunun adına olan abunə kodu № **********A0072 üzrə hesblanmış 1757,06 manat borcun silinməsi, abonentin ad hissəsinin düzgün qeyd edilərək ''ƏLİABBAS” kimi qeyd edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, hüquqi yardım göstərilməsi iddiaçının seçimi olduğu üçün iddia tələbi “hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 75 (yetmiş beş) manat pul vəsaiti” hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qiş̇ ırəzA" ASC tərəfindən Səmədov Əlibala (Əliabbas) Aslan oğlunun adına olan **********A0072 saylı abunə kodu üzrə hesablanmış 1757,06 manat borc məbləği silinməli və cavabdeh tərəfindən abonentin adı "Əlibala" əvəzinə “Əliabbas” kimi qeyd edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad olduğu 37,57 manat dövlət rüsumu qiş̇ ırəzA" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. qiş̇ ırəzA" ASC tərəfindən Səmədov Əlibala (Əliabbas) Aslan oğlunun adına olan **********A0072 saylı abunə kodu üzrə hesablanmış 1757,06 manat borc məbləği silinsin və cavabdeh tərəfindən abonentin adı "Əlibala" əvəzinə “Əliabbas” kimi qeyd edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. qiş̇ ırəzA" ASC-dən 37,57 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2679/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2679/2022
18.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver