Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2697/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 may 2024-cü ildə Bakı RQSD-nın QB və SS-nin Nizami rayon XS üzrə qrup rəhbəri Seyidov Vüsal, mühəndis İsparov İxtiyar, nəzarətçi X4 Nigar Xanlar qızma məxsus Nizami rayon P.Fərzəliyev 4 ünvanında quraşdırılmış G-4 markalı **********0 nömrəli Zenner tipli qaz sayğacının (AOT № 0381108) xx.xx.2024-cü il tarixdə xətdən çıxarılıb növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Meterologiya Departamentinin Sayğacların müqayisəsi laboratoriyasında sayğac yoxlanılmış, əhali qaz sayğacının yoxlanılması haqqında ADT № 0252 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akta əsasən İddiaçı qızına məxsus Nizami rayonu, P.Fərzəliyev 4 ünvanında (kod: **********0034) təbii X2nın pozulması haqqında ******* nömrəli akt tərtib olunaraq 6480 m3 dəymiş ziyan hesablanmışdır. Aktı Azəriqaz İB-nin BRQSD-nın rəis müavini Orucəli Məmmədov təsdiq etmişdir. Tələbnamədə dəymiş ziyan həcmi hesablanıb göstərib. Abonentin saldosuna əsasən sözügedən akt üzrə 993 manat borc hesablanıb. İddiaçı dəfələrlə cavabdehin nümayəndələrindən əsassız hesablanmış borcun silinməsini tələb etsə də cavabdeh borcu silməkdən imtina edib, hesablanmış borcu ödəməyi tələb elmişdir. Aşağıdakılara əsasən xx.xx.2024-cü il ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 993 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla akt tərtib olunarkən iddiaçının bundan xəbəri olmayıb və onun tərtib olunarkən iddiaçının bundan xəbəri olmayıb və onun iştirakı təmin edilməyib. xx.xx.2024-cü il tarixli ******* saylı akt Azəriqazın 3 əməkdaşı tərəfindən imzalanıb və həmin sahənin rəisi tərəfindən təsdiq edilib. Aktda iddiaçının iştirakını təmin edilməməsi heç cür izah edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmişdir. Qərardan istifadə qaydalarının 6.5.4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bi Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zədənin bu qaydaların 6.5.2-ci və 6.5.3-cü bəndinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşma çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmamışdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə akta müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparmaqla) qeydə alınır. İstehlakçı izahat və aktın məzmunu barəsində öz mülahizələrinin təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edə bilməz. Əlavə olaraq dəymiş ziyanın hesablanması aydın deyil. xx.xx.2024-cü il tarixi dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın “X2”nın 6.5-ci bəndinin tələblərinə əsasən hesablandığı qeyd edilir. Bakı şəhəri Nizami rayon P.Fərzəliyev 4 ünvanda abonent kodu: **********00034 saylı abonentin kodu üzrə xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 993 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X3 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı (bundan sonra İddiaçı) iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev 4 ünvanında abonent kodu: **********00034 saylı abonentin kodu üzrə xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 993 manat məbləğində pulun cavabdeh tərəfindən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00034 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********00 sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar”ına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0252 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan üst sağ zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olundu, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat dəymiş ziyan 2024-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Belə ki, ******* saylı, xx.xx.2024-cü il tarixli aktın etibarsız hesab edilməsi əsas yoxdur, çünki həmin akt sayğacın əvəz edilməsini özündə əks etdirir. Həmçinin, cavabdehin ödənilməmiş 2023-cü ilin oktyabrdekabr ayları üzrə 185,80 manat sərfiyyat borcu və limitdən əlavə 8 manat sərfiyyat borcu, 2024-cü ilin fevral-iyul ayları üzrə 229,16 manat sərfiyyat borcu və limitdən əlavə 17,04 manat sərfiyyat borcu, cəmi 440 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin oktyabr ayından 2024-cü ilin iyun ayına qədər cavabdeh cəmi 224,60 manat məbləğində ödəniş etmişdir (440-224,60=215,40). Belə ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 215,40 manat borcu (debitor borc) da qalmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3- cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00034 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim etdiyi fotoşəkillərdən və videolardan görünür ki, sayğac evdən kənarda, küçədə yerləşir. Onların tərəfindən heç bir müdaxilə olunmayıb. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 elektron kabinet vasitəsilə ərizə verərək, mülki iş üzrə sübutlarını təqdim etdiklərini, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərindən işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il Aktdan görünür ki, X1 məxsus ünvan 3 ünvanında quraşdırılmış G- 4 markalı **********0 nömrəli Zenner tipli qaz sayğacı (AKT 0381108) xx.xx.2024-cü il tarixdə xəttən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laborotoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanılması haqqında 0252 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akta əsasən İddiaçı məxsus ünvan 4 ünvanına təbii X2nın pozulması haqqında ******* nömrəli 6480 m3 dəymiş ziyan hesablanmışdır. Lakin, İddiaçı tərtib olunmuş aktla tanış olmaqdan imtina etmişdir. - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağı üzərinə vurulan üst sağ zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. İddiaçı qeyd olunan aktı imzalanmaqdan imtina etmişdir. - Abonentin saldosundan görünür ki, ünvan 3 saylı evdə İddiaçı adlı abonentə xx.xx.2024-cü il tarixdə ZENNER G2.5T MEXANİKA markalı, **********30 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00034-dır. Abonentə 993 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı məxsus ünvan 3 ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağı üzərinə vurulan üst sağ zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuş, akt tərtib edilmişdir. İddiaçıya itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 993 manat hesablanmışdır. İddiaçı həmin aktın ləğv edilməsi və borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın: 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, aktın əsaslı olmasını təsdiq edən sübutlarını dövlət orqanı olan cavabdeh təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 993 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 993 manat məbləğində cərimə borcu silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2697/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2697/2024
23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver