Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-270/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17.06.1964-cü ildə Ermənistan SSR Vardenis rayonunda anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X8 atasının vəfatından sonra ağır mənəvi sarsıntı keçirmiş, yaddaş pozğunluğu və nitq qabiliyyətinin itirilməsinə səbəb olan xəstəlikləri yaranmışdır. Bununla bağlı, 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında “serebral ateroskleroz, damar demensiya” diaqnozu ilə qeydiyyata alınmışdır. Dəfələrlə uzunmüddətli müalicələr almasına baxmayaraq, yaddaş pozğunluğu və nitq qabiliyyətini bərpa etmək mümkün olmamışdır. Əlillik dərəcəsi olmasa da həm fiziki, həm əqli cəhətdən ağır vəziyyətdədir. Özünü müstəqil idarə etmək iqtidarında deyil. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmənin 15 oktyabr 2021-ci il tarixli iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsi 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 23.09.2021-ci il tarixli arayışından görünür ki, xəstə X8 22.04.2017-ci il tarixdən 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqun qeydiyyatındadır. Ona Serebral aterosleroz. Damar demensiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan 3 nömrəli şəhər kliniki xəstəxanası publik hüquqi şəxsi MRT müayinənin 09.07.2021-ci il tarixli protokolundan görünür ki, 1964-cü il təvəllüdlü X3 beyin yarımkürələrində həcmli patologiya təyin edilməmişdir. Beyin toxumasının ağ və boz maddələrində ocaqlı dəyişiklik təyin edilməmişdir. Orta anatomik strukturalarda yerdəyişmə təyin edilməmişdir. lll və lateral mədəciklər genişlənməyib. Bazal qanqlionlar, daxili və xarici kapsula, talamuslar normaldır. Selyar, paraselyar, pineal sahələr genişlənməyib. Hər iki orbitanın ölçüləri və strukturası təbiidir, retroorbital sahələr sərbəstdir. Hipofiz vəzi, görmə sinirləri, görmə çarpazı normaldır. Hipokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda patologiya aşkar olunmamışdır. Pons, medulla oblanqata, bazal sisternalar, İV mədəciyin genişliyi və konfiqurasiyası normaldır. Burunətrafı ciblərin pnevmatizasiyası təbiidir. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (kortiko-subkortikal atrofiya). İş materiallarında olan AZE seriyalı 14943476 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17.06.1964-cü il təvəllüdlü X8 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, 30 saylı evdə pasport qeydiyyatındadır. İş materiallarında olan 04.10.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan V-ЖГ № seriyalı 390428 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X4 arasında Bakı Şəhəri Səadət Sarayında 24 iyun 1990-cı il tarixdə nikah bağlanmış və bu barədə 1535 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Nəsibova “Vəliyevə” soyadını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X11 Məhkəmə Psixiatrik Ekspertizasının 20.11.2021-ci il tarixli 2739 saylı ekspert rəyindən görünür ki, X5 damar mənşəli demensiya (ağıl zəifliyi) qeyd olunur. Bunu anamnestik məlumatlar (yaddaşın zəifləməsi, davranışında dəyişikliklərin yaranması, son iki il ərzində daha da kəskinləşməsi, kobud yaddaş pozuntularının qeyd olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və bir qədər gərgin olması, ünsiyyətə çətin daxil olması, ona ünvanlanmış sualları anlamaması, təfəkkürün ləng olması, əhval-ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektinin kobud pozulması, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik deyil. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 17.06.1964-cü il tarixdə Ermənistan SSR Vardenis rayonunda anadan olan X3 psixi vəziyyəti necədir? Cavab: X5 damar mənşəli demensiya (ağıl zəifliyi) aşkar olunur. 2-ci sual: X8 öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: Onun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar mövcuddurmu? Cavab: X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 20.11.2021-ci il tarixli 2739 saylı ekspert rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və ekspert rəyinə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17.06.1964-cü ildə Ermənistan SSR Vardenis rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.06.1964-cü il tarixdə Ermənistan SSR Vardenis rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-270/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-270/2022
24.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver