Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2732/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi X1, İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14, 4 saylı Bakı Maraqlı şəxs notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edı̇ lməklə “10.08.2020-ci il tarixli mirasın qəbulu faktının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və X9 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Maraqlı şəxs notariat ofisində rəsmiləşdirilən 10.08.2020-ci il tarixli mirasın qəbulu faktının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və X9 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı Cavabdehlə aralarında şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən, qardaşı mənzilin mülkiyyət hüququnu əldə etdikdən sonra mənzil satılaraq əldə olunmuş pul aralarında bölünməli idi. Qardaşı vədinə əmək etməyərək, onu aldadaraq mənzili özgəninkiləşdirmişdir. Qeyd olunan səbəblərdən də miras əmlakın qəbulu ilə bağlı notariat ofisində rəsmiləşdirilmiş əqd etibarsız hesab olunmalı, alqı-satqı müqaviləsi və çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasındai İddiaçı vəkli və nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, İddiaçı qardaşına olan etimadı əsasında özünə məxsus miras payından imtina edərkən heç bir yazılı qeyd şərt irəli sürməmişdir. Cavabdeh bacısı İddiaçı etibarından suiistifadə edərək evi 73000 manata gizli şəkildə özgəninkiləşdirmişdir. İddiaçının anası rəhmətə gedən günədək evin onlar arasında bölünməsinə dair iradəsini bildirmiş. Bunu şahidlər də məhkəmə iclasında verdikləri ifadələri ilə təsdiq etdilər. Göstərilənlərə əsasən, iddianının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X5, iddia ərizəsinə etiraz edərək bildirdi ki, Cavabdeh qanuni şəkildə evi özgəninkiləşdirmişdir. Belə ki, təmsil etdiyi şəxsin bacısı heç bir yazılı qeyd şərt irəli sürmədən ona anası X2mış miras paydan cavabdehin xeyrinə imtina etmişdir. İmtina geri götürülə bilməz. Onlar arasında evin satılaraq bölünməsi barədə razılıq olmamışdır. O bildirdi ki, şahidlər ifadələrində tərəflərin mərhum analarının vəfatından sonra evi onlar arasında bərabər böləcəyini bildirdilər. Lakin onların ifadələrindən iddiaçının öz payından cavabdehin xeyrinə imtina etməsi səbəbləri məlum olmamışdır. O, həmiçinin bildirdi ki, evi alan şəxs vicdanlı alıcıdır. Buna görə onun müqaviləsi və çıxarışı ləğv oluna bilməz. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs qismində cəlb edilmiş X14 bildirmişdir ki, tərəflərin heç biri ilə tanışlığı olmamış, mövcud mübahisədən xəbəri olmamış, olsaydı evi almazdı. Evi qanuni şəkildə 73.000 manata özgəninkiləşdirmişdir. Evi alan vaxt orda heç kim yaşamamışdır. Belə ki, o, 20000 verib evi yenidən təmir elətdirmiş, təmir etdiyi dövrdə isə ayı 350 manat olmaqla 3 ay kirayədə qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs 4 saylı Bakı Maraqlı şəxs notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində Cavabdeh keçmiş həyat yoldaşı olduğunu, 2013-cü ildə boşandıqlarını, münasibətlərinin normal olmasını, nikah dövründə qaynanası X3 məxsus evi həmişə oğlu Cavabdeh və qızı İddiaçı arasında bərabər paylarla böləcəyini bildirdiyini göstərdi. O qeyd etdi ki, evin satılmasından yalnız baldızı vasitəsilə xəbər tutmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində X7 qonşusu olduğunu, gediş-gəlişlərinin olmasını, sonuncunun ona məxsus evi həmişə oğlu Cavabdeh və qızı İddiaçı arasında bərabər paylarla böləcəyini bildirdiyini göstərdi. Evin satılmasından xəbəri olmamışdır. Məhkəmə iddiaçı və cavabdehin vəkilləri və nümayəndələrinin, işdə iştirak edən 3-cü şəxsin, şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı texniki və inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 11 oktyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45,81 kv/m olan iki otaqlı mənzil Babayeva Xalidə Abzalovnaya məxsusdur. - AZ-İİ 071655 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 9 fevral 2020-ci il tarixdə ölmüşdür. - 4 saylı Bakı Maraqlı şəxs xüsusi notariusunun ofisinə ünvanlanmış 3 may 2020-ci il tarixli miras qəbul ərizəsinə əsasən, Cavabdeh 09.02.2020-ciil tarixdə vəfat etmiş anası X2mış miras əmlakı qəbul etməsini bildirmişdir. - 4 saylı Bakı Maraqlı şəxs xüsusi notariat ofisinə ünvanlanmış 3 may 2020-ci il tarixli miras qəbul ərizəsinə əsasən, İddiaçı 09.02.2020-ci il tarixdə vəfat etmiş anası X2mış miras əmlakdan qardaşı Cavabdeh xeyrinə imtina etməsi, vərəsəlik payından imtina ərizəsini ləğv etməyin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilərək, gələcəkdə həmin əmlaka heç bir iddia və tələbi olmayacağını, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını öz imzası ilə təsdiq etmişdir. - 12 avqust 2020-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi Cavabdehdur və o, anasına məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45,81 kv/m olan iki otaqlı mənzildən ibarət miras əmlakdan irs almalıdır. - Cavabdeh və X14 arasında bağlanmış 3 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil sonuncunun adına 73.000 manata özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə X12 məxsusdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Babayeva Xalidə Abzalovnanın adına 11 oktyabr 1994-cü ildə qeydə alınmışdır. X13 9 fevral 2020-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra qızı İddiaçı 03 may 2020-ci ildə notarial qaydada ərizə yazaraq 9 fevral 2020-ci il tarixdə vəfat etmiş anası Babayeva Xalidə Abzalovnadan miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, vərəsəlik payından imtina ərizəsini ləğv etməyin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini, gələcəkdə həmin əmlaka heç bir iddia və tələbi olmayacağını, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını imzası ilə təsdiq etmişdir. 12 avqust 2020-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Babayeva Xalidə Abzalovnanın vərəsəsi Cavabdehdur və o, anasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45,81 kv/m olan iki otaqlı mənzildən ibarət miras əmlakdan irs almalıdır. İddiaçı “04 iyun 2021-ci il tarixdə mirasın qəbulu faktının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və X9 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ünvanlanmış 3 may 2020-ci il tarixdə 4 saylı Bakı Maraqlı şəxs xüsusi notariusunun ofisində yazılaraq təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, 9 fevral 2020-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, vərəsəlik payından imtina ərizəsini ləğv etməyin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini, gələcəkdə həmin əmlaka heç bir iddia və tələbi olmayacağını, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmiş və öz imzası ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin imtinanın etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Belə ki, ərizə yazılan zaman ərizəçinin (onun nümayəndəsinin) şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, sözügedən miras qalmış bütün əmlakdan imtina barədə ərizəni İddiaçı imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi mirasın qəbulu faktının etibarsız hesab edilməsi hissəsində təmin olunmadığından, əsas tələbdən törəmə tələblər olan “alqı-satqı müqaviləsinin və X9 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbləri də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14, 4 saylı Bakı Maraqlı şəxs notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edı̇ lməklə “10.08.2020-ci il tarixli mirasın qəbulu faktının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və X9 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ““4 saylı Bakı Maraqlı şəxs notariat ofisində rəsmiləşdirilmiş 10.08.2020-ci il tarixli mirasın qəbulu faktının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və X9 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2732/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2732/2021
22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver