Məhkəmə qərarları › İş №2(007)-2738/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2738/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2738/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilmiş 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olmuş, mənzilə dair mülkiyyət hüququ 10.06.2011-ci ildə dövlət qeydiyyatına alınmışdır. İslam-zadə Elxan Sadıx oğlunun iki övladı var - İddiaçı və cavabdeh İslam-zadə Oktay. Elxan İslam-zadə arvadı vəfat etdikdən sonra qeyd edilən mənzildə tək yaşamış, 2016-cı ildən Şahxanım Əmirova ona baxmış, 2019-cu ilin oktyatr ayından etibarən Elxan İslam-zədənin səhhətindən problemlər əmələ gəlməyə başlanış, sonuncu özünü idarə etməkdə çətinlik çəkdiyi üçün Ş.Əmirova oğlu ilə birlikdə E.İslam-zadənin baxımını həyata keçirmiş, noyabr ayının ikinci ongünlüyündə isə E.İslam-zadənin səhhəti kəskin pisləmiş, 19 noyabr 2019-cu il saat 10:30 radələrində vəfat etmişdir. İslam-zadə Elxan Sadıx oğluna məxsus Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, E.İslam-zadə mənzili oğlu Oktay İslam-zadəyə bağışlamışdır. Notariat hərəkəti həmin tarixdə saat 14:20 radələrindən qeyd edilən mənzildə aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.08.2020-ci il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Oktay Elxan oğluna məxsusdur. Müqavilənin etibarsız hesab edilməsi üçün faktiki əsaslar: Vəkil sorğusuna cavab olaraq Bakı Şəhəri Baş Səhiyyə İdarəsin 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 199 nömrəli, 25.06.2020-ci il tarixli arayışda qeyd edilir ki, İslam-zadə Elxan Sadıx oğlu 2006-cı il tarixdən «ÜİX. Gərginlik stenokadiyası, İnfarktdan sonrakı kardioskleroz, hipertaniya xəstəliyi İİ dərəcə» diaqnozu ilə poliklinikada dispanser qeydiyyata götürülmüş, mütəmadi olaraq ambulator şəraitdə müayinə və müalicə olunmuşdur. Vəkil sorğusuna cavab olaraq Bakı Şəhər Təcili və Tə cirəsalınmaz Tibbi Yardım X10 Şəxs tərəfindən verilmiş 282 nömıəli, 03.07.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 12.11.2019-cu il tarixdə saat 01:13-də "103" xidmətinə Elxan-İslam-zadənin adına çağırış daxil olmuşdur. TTY-nin həkimləri tərəfindən E.İslam-zadəyə ürəyin işemik xəstəliyi, postinfartk kardioskleroz, durğunluq, ürək çatışmamazlığı diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. 18.11.2019-cu il tarixdə saat 13:28-də E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan çağırış icra edilərək xəstə yerində müayinə edilmiş, xəstəyə "digər dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı, hipotenziya" diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir.19.11.2019-cu ildə saat 10:30-da E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan təkrar çağırış zamanı həmin ünvanda E.İslam-zadəyə məxsus meyit aşkar edilmiş və “kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. İslam-zadə Elxan Sadıx oğlunun ölümündən 1 həfə öncə halı kəskin pisləşmiş, özünü idarə etmək qabiliyyətini tamamilə itirmiş, təbii ehtiyaclarını övladları, baxıcısı və baxıcının oğlunun köməkliyi ilə təmin etmiş, əl-üzünü yumaq, qida qəbulu tamamilə həmin şəxslər tərəfindən həyata keçirilmiş, ürəyindəki ağrılar səbəbindən son günlərdə yata bilməmiş, yalnız kresloda oturmuş, sonuncu həftədə ayaqlarında kəskin şişlər əmələ gəlmiş, nəfəs alması çətinləşmiş, özünü rahat ifadə edə bilməkdə çətinlik çəkmiş, belə bir vəziyyətdə TTY briqadası evi tərk etdikdən dərhal sonra notariat kontorunun əməkdaşı cavabdehlə birlikdə mənzilə daxil olmuş, Elxan İslamzadə özünü idarə və ifadə etməkdə çətinlik çəkdiyindən, müqaviləyə imza atmaq iqtidarında olmadığından, notariat ofisinin əməkdaşı bildirmişdir ki, hazırda imza etmək iqtidarında deyil, sonra təkrarən gələrik, lakin cavabdeh razı olmamış, E. İslam-zadənin əlindən tutaraq müaviləyə və digər sənədlərə imza etdirmiş, notariat ofisinin əməkdaşı da buna imkan vermişdir. Müqavilədəki imza ilə mərhumun Ş/V-dəki imza arasında kəskin fərqin olduğu aşkar surətdə müəyyən edilir. Şahidlərin bildiridiyinə görə cavabdeh halı pisləmiş mərhum üçün TTY çağırılmasını baxıcıya həvalə edib özü notariusun əməkdaşının arxasınca getmişdir. Müqavilənin bağlandığı günün növbəti günü E.İslam zadə vəfat etmişdir. TTY çağırışları zamanı mərhum E.İslam-zadəyə qoyulmuş diaqnozlara dair internet resurslarından əldə edilən məlumatlaradan həmin xəstəliklərə bağlı aşağıdakılar müəyyən olunur: Hipotenziya, ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyər çatışmazlığı. Elxan İslam-zadənin uzun illər xəstə olması, xüsusilə də ölümündən əvvəlki bir ay ərzində səhhətində kəskin pisləşmə, özünü idarə etmək qabiliyyətini itirməsi, sərbəst hərəkət edə bilməməsi, ağrıların verdiyi darıxdırıcı vəziyyətdə təngənəfəslik, xüsusilə də müqavilənin rəsmiləşdirildiyi saatlarda halının pis olması səbəbilə TTY çağırılması və əlindən tutularaq müqaviləyə imza etdirilməsi, ona dəlalət edir ki, E.lslamzadə müqaviləni imzalamağa məcbur edilmiş və müqavilə üzrə mənzilin cavabdehə bağışlanması onun iradə ifadəsini əks etdirmir. Son günlərdə mərhumun ağrılarının kəskin artması, halının pisləşməsi də ona dəlalət edir ki, məhıum E.İslam-zadə hansısa müqavilə bağlamaq barədə düşünə bilməzdi. Xüsusilə də nəzərə almaq lazımdır ki, E.İslam-zadə əvvələr bildirmişdir ki, ona oğlanları baxıb (gəlinlər və nəvələr onunla maraqlanmayıblar) ona görə də mənzili oğlanlarına verəcək. Bu ondan irəli gəlirdi ki, cavabdeh mənzili miras əmlak kimi hər iki oğluna saxlamaq niyyətində olub və bunu dəfələrlə bəyan edib. Beləliklə, cavabdeh tərəfindən mərhum E.İslam-zadənin iradəsi əleyhinə, onu məcbur etmək yolu ilə səhhətindəki kəskin pisləşmədən sui-istifadə olunaraq bağlanılmış müqavilə qanunsuz olub, iddiaçını vərəsə kimi mənzilə dair qanuni gözləntidən məhrum etmişdir. Bu əsaslarla müqavilə etibarsız hesab edilməli, mənzil hüquqi mənsubiyyət baxımından əvvəlki vəziyyətə qaytarıİmalı, mərhum E.İslam-zadənin vərəsələri arasında bərabər şəkildə bölünməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilmiş 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019cu ildə aparılmış qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qardaşının payı ona artıqlaması ilə verilmişdir. Atası və anasına o baxmışdır. Qardaşı da baxmışdır, amma o, daha çox baxmışdır. O, işdən çıxıb evə gəlib atasına baxmış bütün ehtiyaclarını ödəmişdir. Dəfndən sonra evin mətbəxdə oturanda, o, cavabdehin qaynanası və yoldaşı, cavabdehə demişdir ki, evi neynədin?, cavabdeh isə evi öz adına keçirtdiyini bildirmişdir. Demişdir ki, atasının halı yox idi, notariusu gətirmiş, əlindən tutmuş və qol çəkdirmişdir. Atasının qoluna baxa bilərsiniz. Şəxsiyyət vəsiqəsində onun qolu çox səliqəli idi. Mərhum atası heç əlini qaldıra bilmirdi, əl üzünü o, yuyurdu. O, iki il atasının yanında qalmış hər bir şeyini o etmiş, səhər yeməyinə kimi o, vermişdir. Atası əvvəllər evi iddiaçının oğlu Fuada verəcəyini deyirdi. Sonradan atası onu çağırmış və demişdir ki, “Siz baxmısız mənə və evi qardaşına və sənə verəcəyəm”. Göstərdiklərinin nəzərə alınması və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, iş üzrə mərhumun imzası xətşünaslıq ekspertizasına göndərilməlidir. Mərhumun imza nümunələrini əldə edib ekspertizaya təqdim edə bilərlər. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X5 iddia tələbini qəbul etmədiklərini bildirdi və iddanın təmin edilməməsini xahiş etdi. Həmçinin o bildirmişdir ki, cavabdehim mərhum atası iddiaçının da izahatında bildirdiyi kimi öz evini onun oğlu Fuada verəcəyini bildirmişdir. İddiaçının hazırda yaşadığı evi də mərhum ataları ona hədiyyə etmişdir. Mərhumun baxılması üçün baxıcının haqqını da cavabdeh qarşılamışdır. İddia tələbində mərhumun müqavilə bağlayarkən özündə olmaması özünü dərk etməməsi lə bağlı bildirir ki, mərhum ürək-damar, ağ ciyər xəstəliyindən əziyyət çəkmişdir. O, müqavilə bağlayarkən tam anlaqlı olmuşdur. İddiaçının hazırki halda məhkəmədə iddia qaldırmağa dair ümumiyyətlə sübyektiv hüququ yoxdur. Mərhum öz iradəsini nortarusun yanında bildirərək əmlakını cavabdehə bağışlamışdır. Cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisi məhkəməyə, iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, Cavabdeh1 18.11.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilin mülkiyyətçisi olan atası İslam-zadə Elxan Sadıx oğlunun qeyd olunan mənzili ona bağışlamaq istədiyini bildirmişdir. X6 xəstə olduğu üçün notariat ofisinin əməkdaşı X8 və notarius 18.11.2019-cu il tarixdə saat 14:00-15:00 arasında qeyd edilən mənzildə onunla görüşmüş, şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanmış və niyyətinin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili oğlu Cavabdeh1 bağışlaması müəyyənləşdirilmişdir. Bununla bağlı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 46-cı maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələblərini rəhbər tutularaq həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün, mənzildə hər hansı bir şəxsin qeydiyyatda olub-olmaması, ailə vəziyyəti, tərəflərin bir daha şəxsiyyəti, fəaliyyəti qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında X3 şahid qismində ifadə verərərk göstərmişdir ki, bu ailəni 2012ci ildən tanıyır. Əvvəl mərhumun yoldaşı Elmira xanıma baxmışdır. 2016-ci ildən rəhmətliyə baxmış və qulluq etmişdir. 2016-cı ildən bu yana əməkhaqqısını rəhmətliyin özü və Natiq vermişdir. Oktay ona pul verməmişdir. Natiq gəlib gedirdi, Oktayda hərdən gəlib gedirdi. Bir gün qabaq təcili yardım çağırmışlar, axır vaxtlar rəhmətliyin ürək çatışmazlığı var idi, tez-tez bir həftə ərzində təcili yardım gəlirdi. Hardasa günorta vaxtı idi dedmişdir ki, Oktaya zəng etsin. O, zəng etmiş və Oktay gəlmişdi. Ona demişdir ki, təcili yardıma zəng etsin. Özü də notariusa getmişdir. Təcili yardım gəlib-getmişdir. Oktay gələnədək o mərhumla evdə tək olmuşdur. Mərhum ölən günü onu eşidə bilmiş, ağılı başında olmuşdur. Amma axır vaxtlar vəziyəti dəyişilmişdi. Təcili yardım getdikdəsn sonra, Oktay iki nəfərlə evə gəlmiş, mərhuma qol çəkməyə ağ kağız vermişdirlər. Baxdılar ki, qol çəkə bilmir, dedilər nahaq gəlmişlər. Gedib, başqa vaxt gələrlər. Sonra bir az baxdılar dedilər birdə yoxlayaq Oktay tutdu əlindən, boş kağıza qol çəkdirdilər gördülər ki, qol çəkə bilir, sonra əlindən tutdular qol çəkdirdilər. Bu vaxt o hiss etmişdir ki, mərhum narazı kimi idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vəkil sorğusuna cavab olaraq Bakı Şəhəri Baş Səhiyyə İdarəsin 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 199 nömrəli, 25.06.2020-ci il tarixli arayışdan görünür ki, X6 2006-cı il tarixdən «ÜİX. Gərginlik stenokadiyası, İnfarktdan sonrakı kardioskleroz, hipertaniya xəstəliyi İİ dərəcə» diaqnozu ilə poliklinikada dispanser qeydiyyata götürülmüş, mütəmadi olaraq ambulator şəraitdə müayinə və müalicə olunmuşdur. 19.11.2019-cu il tarixdə xəstə vəfat etmişdir. - Vəkil sorğusuna cavab olaraq Bakı Şəhəri Təcili və X4 X10 Şəxs tərəfindən verilmiş 282 nömrəli, 03.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, 12.11.2019-cu il tarixdə saat 01:13-də “103” xidmətinə Elxan-İslam-zadənin adına çağırış daxil olmuşdur. TTY-nin həkimləri tərəfindən E.İslam-zadəyə “ürəyin işemik xəstəliyi, postinfartk kardioskleroz, durğunluq, ürək çatışmamazlığı” diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. 18.11.2019-cu il tarixdə saat 13:28-də həmin ünvanda E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan çağırış icra edilərək xəstə müayinə edilmiş, xəstəyə “digər dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı, hipotenziya” diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. 19.11.2019-cu ildə saat 10:30-da E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan təkrar çağırış zamanı həmin ünvanda E.İslamzadəyə məxsus meyit aşkar edilmiş və “kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. - Vəkil sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixlli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79a, 22 saylı mənzil ünvan 2ilmiş, 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, X6 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.12.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. - 18 noayabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İslam-zadə Elxan Sadıx oğlu özünə məxsus olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili Cavabdeh1 bağışlamışdır. - ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İslam-zadə Elxan Sadıx oğlunun adına 10 iyun 2011-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil İslam-zadə Elxan Sadıx oğluna məxsus olmuşdur. İslam-zadə Elxan Sadıx oğlu özünə məxsus olan həmin mənzili 18 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamışdır. X1 əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.- 668.1.5-ci maddələrinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, gələcəkdə bağışlama vəd edildikdə, bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab olunur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hazırkı halda müəyyən edildi ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilin mülkiyyətçisi olan İslam-zadə Elxan Sadıx oğlu xəstə olduğu üçün notariat ofisinin əməkdaşı qeyd edilən mənzildə onunla görüşmüş, şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanmış və niyyətinin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili oğlu Cavabdeh1 bağışlaması müəyyənləşdirilmişdir. Bununla bağlı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 46-cı maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələblərini rəhbər tutularaq həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün, mənzildə hər hansı bir şəxsin qeydiyyatda olub-olmaması, ailə vəziyyəti, tərəflərin bir daha şəxsiyyəti, fəaliyyəti qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz ərizəsində göstərmişdir ki, Elxan İslam-zadənin uzun illər xəstə olması, xüsusilə də ölümündən əvvəlki bir ay ərzində səhhətində kəskin pisləşmə, özünü idarə etmək qabiliyyətini itirməsi, sərbəst hərəkət edə bilməməsi, ağrıların verdiyi darıxdırıcı vəziyyətdə təngənəfəslik, xüsusilə də müqavilənin rəsmiləşdirildiyi saatlarda halının pis olması səbəbilə TTY çağırılması və əlindən tutularaq müqaviləyə imza etdirilməsi, ona dəlalət edir ki, E.lslam-zadə müqaviləni imzalamağa məcbur edilmiş və müqavilə üzrə mənzilin cavabdehə bağışlanması onun iradə ifadəsini əks etdirmir. Son günlərdə mərhumun ağrılarının kəskin artması, halının pisləşməsi də ona dəlalət edir ki, məhıum E.İslam-zadə hansısa müqavilə bağlamaq barədə düşünə bilməzdi. Xüsusilə də nəzərə almaq lazımdır ki, E.İslam-zadə əvvələr bildirmişdir ki, ona oğlanları baxıb ona görə də mənzili oğlanlarına verəcək. Bu ondan irəli gəlirdi ki, cavabdeh mənzili miras əmlak kimi hər iki oğluna saxlamaq niyyətində olub və bunu dəfələrlə bəyan edib. Beləliklə, cavabdeh tərəfindən mərhum E.İslam-zadənin iradəsi əleyhinə, onu məcbur etmək yolu ilə səhhətindəki kəskin pisləşmədən sui-istifadə olunaraq bağlanılmış müqavilə qanunsuz olub, iddiaçını vərəsə kimi mənzilə dair qanuni gözləntidən məhrum etmişdir. Məhkəmə həmin dəlillərə münasibətdə qeyd edir ki, 18 noayabr 2019-cu il tarixli bağışlama müqaviləsi bağlanarkən, tərəflərin bir daha şəxsiyyəti, fəaliyyəti qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Həmçinin iddiaçı öz izahatında da mərhumun evi əvvəllər cavabdehin oğlu Fuada vermək niyyətinin olması bildirilmişdir. Digər tərəfdən mərhumun səhətində olan “Ürəyin işemik xəstəliyi, postinfartk kardioskleroz, durğunluq, ürək çatışmamazlığı”, «ÜİX. Gərginlik stenokadiyası, İnfarktdan sonrakı kardioskleroz, hipertaniya xəstəliyi İİ dərəcə» xəstəliklər oun bağışlama müqaviləsini bağladığı məqamda fəaliyyət qabiliyyətli olmamasına dəlalət etməmişdir. Belə ki, Bakı şəhəri 52 saylı Notariat Ofisi məhkəməyə, iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, Cavabdeh1 18.11.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilin mülkiyyətçisi olan atası İslam-zadə Elxan Sadıx oğlunun qeyd olunan mənzili ona bağışlamaq istədiyini bildirmişdir. X6 xəstə olduğu üçün notariat ofisinin əməkdaşı X8 və notarius 18.11.2019-cu il tarixdə saat 14:00-15:00 arasında qeyd edilən mənzildə onunla görüşmüş, şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanmış və niyyətinin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili oğlu Cavabdeh1 bağışlaması müəyyənləşdirilmişdir. Bununla bağlı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 46-cı maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələblərini rəhbər tutularaq həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün, mənzildə hər hansı bir şəxsin qeydiyyatda olub-olmaması, ailə vəziyyəti, tərəflərin bir daha şəxsiyyəti, fəaliyyəti qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, notarial qaydada 18 noayabr 2019-cu il tarixli bağışlama müqaviləsi bağlanarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 46-cı maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələblərinə riayət edilmişdir. Məhkəmə onu da qeyd edir ki, İslam-zadə Elxan Sadıx oğlunun baxıcısı olmuş və məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, İslam-zadə Elxan Sadıx oğlu ölən günü eşidə bilmiş və onun ağılı başında olmuşdur. Bələ olan halda məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilmiş 18.11.2019-cu il tarixli 4Ə- 1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, nə qədər ki, mənzilin bağışlama müqavilələri qüvvədədir, onun etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, belə olan halda həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, o cümlədən bundan irəli gələrək mənvi ziyana görə 10 000 manat pul məbləğinin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilmiş 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019cu ildə aparılmış qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilmiş 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslamzadə Oktay Elxan oğlu arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019cu ildə aparılmış qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20,0 manat dövlət iddiaçıa aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar