Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2761/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ASC-yə qarşı “hüquqi faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs ASC-yəqarşı “hüquqi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, o, Gülnarə Nazim qızının Amrahbank ASC əməliyat filialında 18.04.2011 (LD**********), və 28.04.2014 (LD**********) müqavilə üzrə depozit qoyan şəxs olması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Amrahbank ASC əməliyat filialı arasında bağlanmış 18.04.2011 il № LD********** saylı on iki min ABŞ dolları (12000) və 28.02.2014-də № LC ********** saylı müqaviləyə əsasən, o, qeyd olunmuş banka altı min ABŞ dolları (6000) depozit qoymuşdur. Mərkəzi bankın məlum 28.04.2020-ci il qərarına əsasən Amrahbank ASC-nin lisenziyası ləğv olunmuşdur. Bu səbəbdən depozitlərin qaytarılması prosesi başlanmışdır. O, da öz növbəsində qoyduğu depozitin geri alınması ilə bağlı banka müraciət edərkən müqaviləmin təqdim olunmasını istəmişlər. O, isə müqaviləni itirdiyindən banka təqdim edə bilməmişdir. Sonra o, bankın arxiv sənədlərində müqavilənin bir nüsxəsinin ona verilməsini istəmiş, lakin bank ona müqavilənin tapılmaması barədə cavab vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Həmçinin o bildirmişdir ki, müqavilələrin əsli onun tərəfindən itirilmişdir. Bankdan müqavilələri istədikdə onlarda belə müqavilələrin olmasını, bankın ləğv prosesində olmasını, həmin müqavilələri hazırda ərzəçiyə təqdim edə bilmədiklərini bildirmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Maraqlı şəxs ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, Ərizəçi Maraqlı şəxs ASC-də həqiqətən də qeyd etdiyi depozit hesabları olmuşdur. Həmin hesabların həqiqətən mövcudluğu hesabdan çıxarışlarla təsdiq olunur. Məlum olduğu kimi bank müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. X3 Maraqlı şəxs ASC-nin ləğvedicisi təyin edilmişdir. Təhvil-təslim zamanı ərizəçinin qeyd etdiyi deposit müqavilələri X2 təhvil verilməmişdir. Göstərdiklərinin nəzərə alınmsaını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ərizəçi Maraqlı şəxs ASC-də olan hesab məlumatları barədə kitabçanın surətindən görünür ki, ərizəçinin hesabına 18.04.2011-ci il tarixdə 12 000 ABŞ dolları, 25 fevral 2013cü il tarixdə 6 000 ABŞ dolları mədaxil edilmişdir. - Ləğv prosesində olan Maraqlı şəxs ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, Ərizəçi 6-7105433-5 hesabı üzrə 28 aprel 2020-ci il tarixə hesabda qalıq məbləği 12 000 ABŞ dolları təşkil edir. - Ləğv prosesində olan Maraqlı şəxs ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, Ərizəçi 6-7105433-7 hesabı üzrə 28 aprel 2020-ci il tarixə hesabda qalıq məbləği 6 000 ABŞ dolları təşkil edir. - Ərizəçi olə Maraqlı şəxs ASC arasında bağlanmış 28 fevral 2014-cü il tarixli “Lider” əmanət müqaviləsinin surətindən görünür ki, bank (Maraqlı şəxs ASC) əmanətçidən (Ərizəçi) 6000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanəçiyə qaytarmağı və onun üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan Maraqlı şəxs ASC tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 18.04.2011-ci il tarixli, LD********** saylı və 28.02.2014-cü il tarixli, LD********** saylı əmanət müqavilələri Maraqlı şəxs ASC tərəfindən təhvil-təsim zamanı X2 təhvil verilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi ilə Amrahbank ASC arasında bağlanmış 18.04.2011 il və 28.02.2014 il tarixli müqavilələrə əsasən, ərizəçi Maraqlı şəxs ASC-yə əmanət qoymuşdur. Hazırda Maraqlı şəxs ASC ləğv prosesindədir və ləğvedicisi X1. Ərizəçi, Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi X2 müraciət edərək əmanətlərin qaytarılmasını xahiş etmiş, lakin Maraqlı şəxs ASC ilə bağladığı müvafiq müqavilələri təqdim edə bilməmişdir. Hazırda ərizəçi müqavilə üzrə depozit qoyan şəxs olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Belə ki iş materiallarından görünür ki əriəzçi sözügedən müqavilələrlə bağlı Maraqlı şəxs ASC-yə müraciət etmişdir. Lakin, Maraqlı şəxs ASC tərəfindən Ərizəçi ünvanlanmış məktubla 18.04.2011-ci il tarixli, LD********** saylı və 28.02.2014-cü il tarixli, LD********** saylı əmanət müqavilələri mövcud olmasını, lakin Maraqlı şəxs ASC tərəfindən təhvil təsim zamanı X2 təhvil verilməməsi bildirilmişdir. Bundan başqa məhkəmə iclasında Maraqlı şəxs ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, Ərizəçi Maraqlı şəxs ASC-də həqiqətən də qeyd etdiyi depozit hesabları olmuşdur. Məlum olduğu kimi bank müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. X3 Maraqlı şəxs ASC-nin ləğvedicisi təyin edilmişdir. Təhvil-təslim zamanı ərizəçinin qeyd etdiyi deposit müqavilələri X2 təhvil verilməmişdir. Həmçinin iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə də, ƏrizəçiMaraqlı şəxs ASC-yə 18.04.2011 (LD**********), və 28.04.2014 (LD**********) müqavilə üzrə əmanət qoyması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Gülnarə Nazim qızının Amrahbank ASC əməliyat filialında 18.04.2011 (LD**********), və 28.04.2014 (LD**********) müqavilə üzrə depozit qoyan şəxs olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ASC-nin əməliyat filialında 18.04.2011 (LD**********) və 28.04.2014 (LD**********) müqavilə üzrə depozit qoyan şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2761/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2761/2020
17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver