Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2765/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC ilə bağlanmış 29.12.2019-cu il, 28.12.2018-ci il və 02.01.2020-ci il tarixli müqavilələrinə əsasən, cavabdeh İMEİ kod **********5615 olan «Samsung Galaxy A30s» markalı telefon və 2 ədəd aksesuar, “İndesit” markalı paltaryuyan, “DECT Panasonic” markalı ev telefonu almış və nəticədə onun 473 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 590,4 manat (12 ay*49,2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********5615 «Samsung Galaxy A30s» markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə 362 manat olmaqla ondan 329,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,6 manat cərimə pulu borcu yaranmışdır. 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 manat (18 ay*28 manat+0 manat ilkin ödəniş) olan “İndesit” markalı pataryuyan üçün ümumilikdə 60 manat olmaqla ondan 55 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə borcu yaranmışdır. 02.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 70,2 manat (6 ay*11,7 manat+0 manat ilkin ödəniş) olan “DECT Panasonic” markalı ev telefonu üçün ümumilikdə 51 manat olmaqla ondan 46,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,8 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 734 manat təşkil edir. Qeyd olunanlara əsasən, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********5615 «Samsung Galaxy A30s» markalı telefon və 2 ədəd aksesuar üçün 329,4 manat ödənilməmiş hissə, 32,6 manat cərimə, 28.12.2018-ci il tarixli müqavilə üzrə“İndesit” markalı pataryuyan üçün 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, 02.01.2020-ci il tarixli müqavilə üzrə“DECT Panasonic” markalı ev telefonu üçün 46,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, ümumilikdə 473 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli 01171165 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********5615 olan «Samsung Galaxy A30s» markalı telefon, “Samsung A30s Araree A Clear Cover” və “X1 Samsung A30s” aksesuarlar verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 29.12.2019-cu il tarixli 01171165 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 29-dan gec olmayaraq 12 ay müddətinə 49,2 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.12.2018-ci il tarixli 00442014 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “İndesit” markalı paltaryuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 28.12.2018-ci il tarixli 00442014 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 26-dan gec olmayaraq 18 ay müddətinə 28 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.01.2020-ci il tarixli 20004965 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Dect Panasonic” markalı ev telefonu verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 02.01.2020-ci il tarixli 20004965 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 05-dən gec olmayaraq 6 ay müddətinə 11,7 manat ödəniş etməlidir İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 12.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.12.2019-cu il tarixli 01171165 nömrəli kredit müqavilə üzrə 329,4 manat ödənilməmiş hissə, 32,6 manat cərimə, cəmi 362 manat borc, 28.12.2018-ci il tarixli 00442014 nömrəli kredit müqavilə üzrə 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 60 manat borc, 02.01.2020-ci il tarixli 20004965 nömrəli kredit müqavilə üzrə 46,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, cəmi 51 manat borc, ümumilikdə 473 manat borcu vardır. İşə əlavə olunmuş 04.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 29.12.2019-cu il tarixli 01171165 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********5615 olan «Samsung Galaxy A30s» markalı telefon və 2 aksesuar, 28.12.2018-ci il tarixli 00442014 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə “İndesit” markalı paltaryuyan, 02.01.2020-ci il tarixli 20004965 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə“Dect Panasonic” markalı ev telefonu verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 29.12.2019-cu il tarixli 01171165 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 29-dan gec olmayaraq 12 ay müddətinə 49,2 manat, 28.12.2018-ci il tarixli 00442014 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 26dan gec olmayaraq 18 ay müddətinə 28 manat, 02.01.2020-ci il tarixli 20004965 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 05-dən gec olmayaraq 6 ay müddətinə 11,7 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********5615 olan «Samsung Galaxy A30s» markalı telefon və 2 aksesuar üçün 329,4 manat ödənilməmiş hissə, 32,6 manat cərimə, 28.12.2018-ci il tarixli müqavilə üzrə“İndesit” markalı pataryuyan üçün 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, 02.01.2020-ci il tarixli müqavilə üzrə“DECT Panasonic” markalı ev telefonu üçün 46,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, ümumilikdə 473 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 493 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2765/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2765/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver