Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2771/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Cavabdeh Əlibala oğluna qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh Əlibala oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi onunla əsaslandırdı ki, onunla cavabdeh təmir işlərinin aparılması ilə bağlı müqavilə bağlamışlar və o,həmin müqavilə əsasında cavabdehə 11500 manat pul vermişdir.O, təmiri tez bir zamanda bitirəcəyinə söz versə də, bunu etməmişdir. Bundan sonra cavabdeh onun işlərini görmüdiyi üçün aralarında olan müqavidləyə xitam verilmişdir və cavabdehin ona 4500 manat borcu qalmışdır.Həmin borcu cavabdeh ödəyəcəyinə söz versə də, bu günə kimi ödəməmişdir.Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən Cavabdeh Əlibala oğlundan 4500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Cavabdeh Əlibala oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 04 dekabr 2019-cu il tarixli tikinti podrat müqaviləsindən görünür ki, sifarişçı İddiaçı podratçı Cavabdeh Əlibala oğluna 13000 manat dəyərində təmir-tikinti işlərinin görülməsini sifariş etmişdir. 04 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, X1 həmin podrat müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. 04 dekabr 2019-cu il tarixli təmir-tikinti işlərinin ödəniş cədvəlindən görünür ki, İddiaçı 13000 manat pulun 10000 manatını avans olaraq ödəməli,qalan 3000 manatı isə hər ay 200 manat olmaqla 15 ay ərzində ödəyib başa çatdırmalıdır. 21 dekabr 2019-cu il tarixli,058702 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı təmir-tikinti işlərinə görə Cavabdeh Əlibala oğluna 10000 manat ödəmişdir. Müqaviləyə xitam verilməsinə dair 21.09.2020-ci il tarixli razılaşmadan görünür ki,Podratçı 7000 manatlıq iş görmüşdür.Podratçının sifarişçiyə 4500 manat borcu qalmışdır.Həmin məbləği 3 ay ərzində qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin halları ilə müəyyən olunmuşdur ki tərəflər arasında sadə yazılı formada podrat müqaviləsi bağlanmış,podratçı sifarişçinin ödədiyi 13000 manat müqavilində onun üçün təmir-tikinti işləri aparmaq barədə öhdəlik götürmüşlər.Lakin 7000 manat iş görüldükdən sonra tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmiş və podratçı-cavabdeh Cavabdeh Əlibala oğlu sifarişçi-İddiaçı 3 ay müddətində 4500 manat qaytarmaq barədə öhdəlik götürmüşdür.Lakin həmin müddət ərzində pulu qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia əsaslıdır. Ona görə də iddia təmin olunmalı, cavabdeh Cavabdeh Əlibala oğlundan 4500 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əlibala oğlundan 4500 manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2771/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2771/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver