Məhkəmə qərarları › İş №2(007)-278/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-278/2022

29.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-278/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Vladı̇ mı̇ rovnanın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə “miras əmlakı üzrə açıq qalmış payın əlavə olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cəlb edilməklə “miras əmlakı üzrə açıq qalmış payın əlavə olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan- X5 qalan ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə adına verilmiş 76/2020 nömrəli vərəsəlik işi üzrə 12.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunaraq, həmin miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququnun tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası- X6 01.06.2020-ci il tarixində vəfat etməsi səbəbindən Bakı Şəhəri 50 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras qoyanın mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil var idi. Miras qoyan anasının 2 övladı o, və bacısı X9muşdur. X15 analarından daha əvvəlki tarixdə vəfat etmişdir. Ona görə o, vərəsəlik işinin açılması ilə əlaqədar cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə etibarnamə üzrə səlahiyyət almış şəxs vasitəsilə müraciət etdikdə mərhum bacısının övladı (qızı) miras qalmış mənzildə daimi pasport qeydiyyatında olan X12 formal olaraq vərəsə kimi qəbul olunmuşdur. Lakin bacısı qızı Diana Samoxina mirasın açılması vaxtdan 15 ay vaxt keçməsinə baxmayaraq mirası nə faktiki qəbul etmiş, nə də ki, müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmiş və nəticə etibarı ilə mirası qəbul etmək niyyətini ümumiyyətlə göstərməmişdir. Ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdə, o, qəti etiraz bildirərək göstərmişdir ki, digər vərəsə Diana Samoxina mənzildə qeydiyyatda olsa belə, o artıq neçə ildir ki, orada yaşamır və ümumiyyətlə Azərbaycan Respublikasında deyil, Rusiya Federasiyasındadır. Uzun illərdir ki, orada yaşayır. Beləliklə, 6 ay müddətin keçməsinə baxmayaraq, mirasın faktiki qəbul etmədən, yalnız qeydiyyatda formal qaldığına görə cavabdeh Bakı şəhəri, 50 saylı Notariat Ofisi mülki qanunvericiliyi pozmaqla, vərəsəlik işinin tamamlamamışdır. Halbuki, o, mirası qəbul etdiyinə görə, cavabdeh tərəfindən digər açıq qalan payı onun xeyirinə əlavə etməlidir. Ancaq cavabdeh digər vərəsənin payını açıq saxlamaqla, mənzilin yarısı ölənin adında olaraq saxlanmışdır. Bu da yolverilməzdir. Çünki, bu onun mülkiyyət hüququnu kobud surətdə pozur və o, tam hüquqlu mülkiyyətçi olduğuna görə özünə aid olan hissədə də istədiyi sərəncamı verə bilməyəcək. Halbuki, qanunvericiliyə görə mülkiyyət hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də açıq qalmış miras payı da onun payına əlavə olunaraq müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. O, həmçinin qeyd etmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, miras qoyanın vəfatından xəbəri olan vərəsə Diana Samoxina mirası qəbul etməmiş və mirasın qəbul olunması haqqında ərizə ilə notariusa müraciət etməmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisi onun susmuş vərəsə kimi tanısa da, miras əmlakı üzrə açıq qalmış payın onun xeyrinə əlavə olunmasından boyun qaçırmışdır. Nəticə etibarı ilə 1 ildən artıq vaxt keçməsinə baxmayaraq miras əmlakı olan mənzilin ½ hissəsi açıq olaraq qalmışdır. Yəni, bu günə qədər miras qoyanın adınadır. Bu yolverilməz və qanunsuzdur, ona görə də həmin imtina əsassız hesab olunmalı və iddianın təmin olunması haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, X12 miras qoyanın nəvəsidir. Miras əmlak ölənin adınadır, çıxarış alınmamışdır. X12 qeydiyyatda olduğu üçün notarius payda onun hissəsini açıq saxlamışdır ki, faktiki qəbul etmiş ola bilər, amma orada faktiki qəbul yoxdur və miras açılan gündən o, burda olmamışdır. Bildiklərinə görə o, Rusiyadadır. Digər qohumları da Rusiyada yaşayır və məluatları var və onunda miras qoyanın ölümündən məlumatı olmalıdır. Orada qanun deyir ki, bilməlidir və bilməli olduğu vaxtdan qəbul etməlidir. Vərəsələr mirası 06 ay müdətində qəbul etməlidirlər. Həmin şəxs özünü vərəsə hesab edirsə miras qoyanın vəfatından xəbəri olmalıdır. Notarius imtina verməmiş, onun payını açıq saxamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 50 saylı Notariat ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 046201 nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 3 sahədən ibarət 46 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Vladı̇ mı̇ rovnanın anası X6 adına 05.08.2000-ci il tarixdə qeydiyyata alınmışdır. 18.07.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamədən də görünür ki, X13 16.07.2019-cu il tarixdə, 19.08.2020-ci il tarixli AZ İİ 100163 saylı “Ölüm haqqında şəhadətnamə”dən isə görünür ki, iddiaçının və X7 anaları X10 isə 01.06.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığından ölmüşdür. 12.03.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə İddiaçı Vladı̇ mı̇ rovnanın X6 vərəsəsi olduğu və miras əmlakdın ½ hissədə pay almalı olduğu qeyd edilmişdir. Daha sonra İddiaçı Vladı̇ mı̇ rovna ünvan 2 ünvanlayaraq ünvan 3 sahədən ibarət 46 saylı mənzili anası X5 irs qalmış mirası qəbul etdiyini və həmin mənzilə ondan başqa bacısı X4 yəni mərhumun nəvəsi X8 da olduğunu bildirmiş, mirasa daxil olan mənzilindən, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ona çatası hissəyə dair qanun üzrə və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 120 saylı MKİS-in 19.11.2021-ci il tarixli, 582 saylı arayışından görünür ki, X10 ünvan 3 sahədən ibarət 46 saylı mənzilində yaşamış və o ölmüş, eyni zamanda 01.06.2020-ci ildə nəvəsi X12 da həmin ünvanda birgə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Nizami rayon Məhkəməsinə ünvanladığı 16.03.2022-ci il tarixli məktubu ilə X8 2004-cü ildə və bundan sonra sonuncu dəfə 2012-ci ilin 18 noyabr tarixində ölkədən çıxmışdır. Belə ki, onun 15.11.2012-ci ildə ölkəyə daxil olması və 18.11.2012-ci il tarixdən isə ölkəni tərk edib həmin vaxtdan sonra ölkəyə qayıtmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi X10 01.06.2020-ci il tarixdə ölmüş və onun mülkiyyətində olan ünvan 3 sahədən ibarət 46 saylı mənzili miras əmlak kimi qalmışdır. X6 İddiaçı Vladı̇ mı̇ rovna və X11 adlı 2 övladı olmuşdur. X6 digər övladı X11 X5 öncə, yəni 16.07.2019-cu il tarixdə ölmüşdür. İddiaçı Vladı̇ mı̇ rovna Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı Vladı̇ mı̇ rovnanın X6 vərəsəsi olduğu və miras əmlakının ½ hissədə pay almalı olduğu qeyd edilmiş, X6 adına olan hissə isə açıq olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müddəalarından da görünür ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İrsi tranmissiyaya əsasən isə vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. X11 miras qoyan X5 daha öncə öldüyündən onun qızı X3 əvvəlki növbənin vərəsəsi iddiaçının vərəsəlik hüququ mövcud olduğu üçün mübahisəli mənzilə vərəsəlik hüququ yaranmamışdır. Belə olan halda, X6 digər övladı İddiaçı Vladı̇ mı̇ rovna onun birici növbəli vərəsəsi hesab olunur və artıq onun vərəsəliyinin mövcud olması ondan sonrakı növbənin vərəsəsi olan X8 vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1323-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən 12.03.2021-ci il tarixli hazırda məhkəmədə mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilərkən miras əmlakın ½ hissəsinin X6 adına açıq saxlanılmasında haqlı olmamışdır. Belə ki, X6 birinci növbəlik üzrə vərəsələrindən yeganə vərəsəsi İddiaçı Vladı̇ mı̇ rovna olduğu və onun bütövlükdə ona əmaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, X6 birinci növbəli vərəsəsi olan vərəsəsindən başqa hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X12 mərhumun vərəsəsi kimi qəbul edilmiş olduğu halda da belə miras əmlak sonuncu tərəfindən nə faktiki, nə də notariat orqanına müraciət edilməklə hüquqi cəhətdən qəbul edilməmiş, miiras əmlakda formal olaraq qeydiyyatda qalması onun varis olmasına dəlalət etmir. Bundan əlavə məhkəmə onun da qeyd etməyi zəruri hesab edir ki, X12 18.11.2012-ci il tarixdən ölkəni tərk edərək həmin vaxtdan hazirki vaxtadək ölkəyə qayıtmamışdır. Qeyd olunan hallar da Samoxina Diana X1 miras əmlakına qanun üzrə vərəsəsi kimi tanınmamasına əsas yaradır. Məhkəmə İddiaçı Vladı̇ mı̇ rovnanın iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, miras əmlak barəsində vərəsəlik şəhadətnaməsinin verilməsi səlahiyyəti bilavasitə notariat orqanına aid məsələ olduğundan iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə qanuni qüvvəsini aldığı halda İddiaçı Vladı̇ mı̇ rovnaya X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi üçün əsas kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Vladı̇ mı̇ rovnanın adına verilmiş ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə 76/2020 nömrəli vərəsəlik işi üzrə 12.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalı, İddiaçı Vladı̇ mı̇ rovnanın ünvan 1 ünvanında yerləşən X5 qalmış miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququ tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 20,0 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Vladı̇ mı̇ rovnanın adına verilmiş ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə 76/2020 nömrəli vərəsəlik işi üzrə 12.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunsun. İddiaçı Vladı̇ mı̇ rovnanı ünvan 1 ünvanında yerləşən X5 qalmış miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20,0 manat ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar