Məhkəmə qərarları › İş №2(007)-279/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-279/2023

01.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-279/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi Cümay qızının iştirakı ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, qızı X3 08 dekabr 2001ci ildə vəfat edib.X2 qızı X6 1-ci qrup əlildir, ona anadan olandan özü qulluq etmişdir. Anası rəhmətə gedəndən sonra uşağın atası ona yaxın durmadığı üçün o, Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, X1nın üzərində qəyyum təyin olunsun. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 20 may 2002-ci il tarixli, 236 saylı sərəncamı ilə X6 üzərində qəyyum təyin edilmişdir. Nəvəsi yetkinlik yaşına çatdığı üçün Bakı şəhəri Nizami rayon icra Hakimiyyətinin əməkdaşları ona bildiriblər ki, onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunmalıdır.X1 anadan olandan «Ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq. Kəskin imbesillik. Kobud nitq və davranış pozuntuları» diaqnozu xəstəliyindən əziyyət çəkir. X1 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Nəvəsi özü-özünü müstəqil idarə etmək iqtidarıda malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir.Qeyd olunanlara əsasən xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamədən görünür ki,X3 08 dekabr 2001-ci ildə Bakı şəhərində vəfat edib Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 20 may 2002-ci il tarixli, 236 saylı sərəncamı ilə Ərizəçi Cümay qızı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş azyaşlı X1na qəyyum təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019cü il tarixli arayışından görünür ki, Ərizəçi Cümay qızı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş azyaşlı X1na1-ci qrup əlillilk diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 3370 nömrəli ekspert rəyindən görünür ki, X6 hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar