Məhkəmə qərarları › İş №2(007)-2795/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2795/2022

30.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2795/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Qardaşı doğulduğu vaxtdan «Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici.immobillik (hərəkətsizlik), əqli və fiziki fəaliyyətin gerilliyi» diaqnozu xəstəliyindən əziyyət çəkir və ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. X2 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Qardaşı özözünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ona görə, X2 İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və ekspert rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 ərizəyə etiraz etmədiyini və ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 201696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X6r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müyinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8 İ dərəcəli əlildir və “Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici. İmmobillik (hərəkətsizlik). Əqli və fiziki fəaliyyətin geriliyi. Yardım və qulluq göstərən şəxsdən asılı olma. Spastik tetraparez. Görmə sinirinin atrofiyası. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Asteno nevrotik sindrom” xəstəliyindən əziyyət çəkir. - 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 121 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 324 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 və Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2909 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 uşaq serebral iflici ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil və X1 onun məhkəmə iclasına çağırılmasına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan qardaşının Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar