Məhkəmə qərarları › İş №2(007)-2811/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2811/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2811/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC ilə bağlanmış 19.05.2019-cu il və 23.11.2018-ci il tarixli müqavilələrinə əsasən, cavabdeh “Hoffman LED TV”, İMEİ kodu **********55760 olan «Micromax X 803» markalı telefon, İMEİ kodu **********82723 və **********43365 olan 2 ədəd “Samsung J2” markalı telefon almış və nəticədə onun 188 manat borcu yaranmışdır. Cavabdeh 19.05.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1062 manat (18 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan “Hoffman LED TV”, İMEİ kod **********55760 olan «Micromax X 803» markalı telefon üçün ümumilikdə 83 manat olmaqla ondan 76 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********55760 olan «Micromax X 803» markalı telefonu və X1 20.05.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 90 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 23.11.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 720 manat (24 ay x 30 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********82723 və **********43365 olan 2 ədəd “Samsung J2” markalı telefon üçün ümumilikdə 105 manat olmaqla ondan 96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1610 manat təşkil edir. Qeyd olunanlara əsasən, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, “Hoffman LED TV”, İMEİ kod **********55760 «Micromax X 803» markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə, 23.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********82723 və **********43365 olan 2 ədəd “Samsung J2” markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, ümumilikdə 188 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.05.2018-ci il tarixli K00146698 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə “Hoffman LED TV” və İMEİ kod **********55760 olan «Micromax X 803» markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 19.05.2018-ci il tarixli K00146698 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 17-dən gec olmayaraq 18 ay müddətinə 59 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.11.2018-ci il tarixli 00385892 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnun sahibliyinə və istifadəsinə İMEİ kodu **********82723 və **********43365 olan 2 ədəd “Samsung J2” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 23.11.2018-ci il tarixli 00385892 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, müştəri hər ayın 21-dən gec olmayaraq 24 ay müddətinə 30 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 10.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 19.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 19.05.2019-cu il tarixli K00146698 nömrəli kredit müqavilə üzrə 76 manat ödənilməmiş hissə, 7 manat cərimə, cəmi 83 manat borc, 23.11.2018-ci il tarixli 00385892 nömrəli kredit müqavilə üzrə 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 105 manat borc, ümumilikdə 188 manat borcu vardır. İşə əlavə olunmuş 20.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 19.05.2019-cu il tarixli K00146698 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Hoffman LED TV” və İMEİ kod **********55760 olan «Micromax X 803» markalı telefon, 23.11.2018-ci il tarixli 00385892 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə İMEİ kodu **********82723 və **********43365 olan 2 ədəd “Samsung J2” markalı telefon verilmiş, Cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 19.05.2019-cu il tarixli K00146698 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında cavabdeh hər ayın 17-dən gec olmayaraq 18 ay müddətinə 59 manat, 23.11.2018-ci il tarixli 00385892 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 21-dən gec olmayaraq 24 ay müddətinə 30 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 19.05.20198-ci il tarixli müqaviləyə əsasən, “Hoffman LED TV”, İMEİ kodu **********55760 olan «Micromax X 803» markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 7 manat cərimə, 23.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********82723 və **********43365 olan 2 ədəd “Samsung J2” markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 9 manat cərimə, ümumilikdə 188 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 208 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar