Məhkəmə qərarları › İş №2(007)-2813/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2813/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2813/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.08.2019-cu il və 04.12.2019-cu il tarixli müqavilələrə əsasən, Apple saat, Samsung Paltaryuyan, İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı soba almış və nəticədə 1915 manat borc yaranmışdır. Cavabdeh 16.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1960 manat (yəni 11 ay x 174 manat + 46 manat ilkin ödəniş), Apple saat, Samsung Paltaryuyan üçün ümumilikdə 547 manat olmaqla ondan 498 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 04.12.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3584 manat (yəni 12 ay x 294 manat + 56 manat ilkin ödəniş), İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı soba üçün ümumilikdə 1368 manat olmaqla ondan 1244 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3802 manat təşkil edir. Qeyd olunanlara əsasən 16.08.2019-cu il tarixli müqavilə üzrə Apple saat, Samsung Paltaryuyan üçün 498 manat ödənilməmiş hissə, 49 manat cərimə, 04.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı soba üçün 1244 manat ödənilməmiş hissə, 124 manat cərimə, ümumilikdə 1915 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli 00851258 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Apple saat, Samsung Paltaryuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 16.08.2019-cu il tarixli 00851258 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 29-dan gec olmayaraq 11 ay müddətinə 174 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 18.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 16.08.2019-cu il tarixli 00851258 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh qızından 498 manat ödənilməmiş hissə, 49 manat cərimə, cəmi 547 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.12.2019-cu il tarixli 01099807 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı soba verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 04.12.2019-cu il tarixli 01099807 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə 249 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 18.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 04.12.2019-cu il tarixli 01099807 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1244 manat ödənilməmiş hissə, 124 manat cərimə, cəmi 1368 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh qızına ünvanlanmış 12.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il və 04.12.2019-cu il tarixli müqavilələrə əsasən, Apple saat, Samsung Paltaryuyan, İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı soba almış, lakin, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 19.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 16.08.2019-cu il tarixli 00851258 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Apple saat, Samsung Paltaryuyan verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 16.08.2019-cu il tarixli 00851258 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 29-dan gec olmayaraq 11 ay müddətinə 174 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 04.12.2019-cu il tarixli 01099807 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı soba verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 04.12.2019-cu il tarixli 01099807 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə 294 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 16.08.2019-cu il tarixli müqavilə üzrə Apple saat, Samsung Paltaryuyan üçün 498 manat ödənilməmiş hissə, 49 manat cərimə, 04.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********10300 olan X1 10 markalı telefon, Samsung markalı soba, Mikrodalğalı üçün 1244 manat ödənilməmiş hissə, 124 manat cərimə, ümumilikdə 1915 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar