Məhkəmə qərarları › İş №2(007)-2816/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2816/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2816/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2019-cu il tarixli müqaviləyə əsasən «Samsung» markalı mikrodalğalı soba üçün 30 (otuz) manat əsas borcun, 3 (üç) manat cərimənin, 02 mart 2019-cu il tarixli müqavilə üzrə «Sony» markalı musiqi mərkəzi üçün 218 (iki yüz on səkkiz) manat əsas borcun, 21 (iyirmi bir) manat cərimənin, 22 aprel 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********94676 olan «X1 A 7.0» markalı tablet üçün 192 (yüz doxsan iki) manat əsas borcun, 19 (on doqquz) manat cərimənin, 15 aprel 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********39772 olan «İphone 6» markalı telefon üçün 318 (üç yüz on səkkiz) manat əsas borcun, 31 (otuz bir) manat cərimənin, 01 avqust 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********99607 olan «Samsung Galaxy A20» markalı telefon və qulaqlıq üçün 585 (beş yüz səksən beş) manat əsas borcun, 58 (əlli səkkiz) manat cərimənin, ümumilikdə isə 1475 (min dörd yüz yetmiş beş) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 30 avqust 2019-cu il, 02 mart 2019-cu il, 22 aprel 2019-cu il, 15 aprel 2019-cu il və 01 avqust 2019cu il tarixli müqaviləsinə əsasən, «Samsung» markalı mikrodalğalı soba, «Sony» markalı musiqi mərkəzi, «İphone 6» markalı telefon, İMEİ kodu **********94676 olan «X1 A 7.0» markalı tablet, İMEİ kodu **********39772 olan «İphone 6» markalı telefon və İMEİ kodu **********99607 olan «Samsung Galaxy A20» markalı telefon və qulaqlıq almış və nəticədə 1475 (min dörd yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 242 manat (11 ay x 22 manat + 0 manat ilkin ödəniş) «Samsung» markalı mikrodalğalı soba üçün ümumilikdə, 33 (otuz üç) manat olmaqla ondan, 30 (otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır. 02 mart 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1592 manat (15 ay x 102 manat + 62 manat ilkin ödəniş) «Sony» markalı musiqi mərkəzi üçün ümumilikdə, 239 (iki yüz otuz doqquz) manat olmaqla ondan, 218 (iki yüz on səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə hesablanmışdır. 22 aprel 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 manat (12 ay x 32 manat + 48 manat ilkin ödəniş), İMEİ kodu **********94676 olan «X1 A 7.0» markalı tablet üçün ümumilikdə, 211 (iki yüz on bir) manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə; 15 aprel 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 manat (12 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********39772 olan «İphone 6» markalı telefon üçün ümumilikdə, 349 (üç yüz qırx doqquz) manat olmaqla ondan, 318 (üç yüz on səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə, 01 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 manat (15 ay x 45 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********99607 olan «Samsung Galaxy A20» markalı telefon və qulaqlıq üçün ümumilikdə, 643 (altı yüz qırx üç) manat olmaqla ondan, 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2234 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 242 manat olan, «Samsung» markalı mikrodalğalı soba satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1592 manat olan «Sony» markalı musiqi mərkəzi satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 432 manat olan İMEİ kodu **********94676 olan «X1 A 7.0» markalı tablet satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 636 manat olan İMEİ kodu **********39772 olan «İphone 6» markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2019-cu il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 675 manat olan İMEİ kodu **********99607 olan «Samsung Galaxy A20» markalı telefon və qulaqlıq satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 12 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 30 avqust 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 30 (otuz) manat, cərimə borcu üzrə 3 (üç) manat olmaqla, ümumilikdə 33 (otuz üç) manat borcu vardır. 02 mart 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 218 (iki yüz on səkkiz) manat, cərimə borcu üzrə 21 (iyirmi bir) manat olmaqla, ümumilikdə 239 (iki yüz otuz doqquz) manat borcu vardır. 22 aprel 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 192 (yüz doxsan iki) manat, cərimə borcu üzrə 19 (on doqquz) manat olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat borcu vardır. 15 aprel 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 318 (üç yüz on səkkiz) manat, cərimə borcu üzrə 31 (otuz bir) manat olmaqla, ümumilikdə 349 (üç yüz qırx doqquz) manat borcu vardır. 01 avqust 2019-cu il tarixli müqaviləsi üzrə əsas borc üzrə 585 (beş yüz səksən beş) manat, cərimə borcu üzrə 58 (əlli səkkiz) manat olmaqla, ümumilikdə 643 (altı yüz qırx üç) manat borcu vardır. Hər beş müqavilə üzrə ümumilikdə 1475 (min dörd yüz yetmiş beş) manat borcu vardır. İşə əlavə olunmuş 13 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 30 avqust 2019-cu il, 02 mart 2019cu il, 22 aprel 2019-cu il, 15 aprel 2019-cu il və 01 avqust 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 30 avqust 2019-cu il tarixli müqavilə üzrə 30 (otuz) manat əsas borc, 3 (üç) manat cərimə borcu, 02 mart 2019-cu il tarixli müqavilə üzrə 218 (iki yüz on səkkiz) manat əsas borc, 21 (iyirmi bir) manat cərimə borcu, 22 aprel 2019-cu il tarixli müqavilə üzrə 192 (yüz doxsan iki) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu, 15 aprel 2019-cu il tarixli müqavilə üzrə 318 (üç yüz on səkkiz) manat əsas borc, 31 (otuz bir) manat cərimə borcu və 01 avqust 2019-cu il tarixli müqavilə üzrə 585 (beş yüz səksən beş) manat əsas borc, 58 (əlli səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 1475 (min dörd yüz yetmiş beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar