Məhkəmə qərarları › İş №2(007)-2818/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2818/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2818/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 13 may 2020-ci il, 26 avqust 2020-ci il, 30 may 2020-ci il, 09 iyul 2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********16592 olan “Samsung Galaxy A10s” markalı telefon, “Janome” markalı tikiş maşını, “Samsung” markalı paltaryuyan, “Hoffmann” markalı kondisioner almış və nəticədə 2890 (iki min səkkiz yüz doxsan) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13 may 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 443 (dörd yüz qırx üç) manat (12 ay x 34.5 manat + 29 manat ilkin ödəniş) olan İMEİ kodu **********16592 olan “Samsung galaxy A10s” markalı telefon üçün ümumilikdə 347 (üç yüz qırx yeddi) manat olmaqla ondan 276 (iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat dəbbə; 26 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 367,2 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat (12 ay x 30.6 manat + 0 manat ilkin ödəniş) olan “Janome” markalı Tikiş maşını üçün ümumilikdə 440 (dörd yüz qırx) manat olmaqla ondan 367,2 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 72,8 (yetmiş iki manat səksən qəpik) manat dəbbə; 30 may 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1258,2 (min iki yüz əlli səkkiz manat iyirmi qəpik) manat (18 ay x 69,9 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan üçün ümumilikdə 1214 (min iki yüz on dörd) manat olmaqla ondan, 1048,2 (min qırx səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 165,8 (yüz altmış beş manat səksən qəpik) manat dəbbə; 09 iyul 2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat (18 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı kondisioner üçün ümumilikdə, 889 (səkkiz yüz səksən doqquz) manat olmaqla ondan, 787 (yeddi yüz səksən yeddi) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 472 manat təşkil edir. Ümumilikdə, 2890 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında göstərdi ki, o, qeyd olunan əşyaları aldığını etiraf edir, lakin pandemiya səbəbindən işsiz qaldığı üçün borcunu ödəyə bilməmiş, bir müddət sonra həyat yoldaşı vəfat etmişdir. Onun yaşı yuxarı olduğu üçün işə qəbul oluna bilmir. Himayəsində azyaşlı uşağı vardır, hər ay 50-70 manat məbləğində ödəniş etməyə maddi imkanı çatır. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13 may 2020-ci il, 26 avqust 2020-ci il, 30 may 2020-ci il və 09 iyul 2020-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 13 may 2020-ci il, 26 avqust 2020-ci il, 30 may 2020-ci il və 09 iyul 2020-ci il tarixli təhviltəslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır; - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 01 mart 2021-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 16 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 13 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 may 2020-ci il, 26 avqust 2020-ci il, 30 may 2020-ci il və 09 iyul 2020-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 276 manat əsas borcu, 71 manat dəbbə borcu, 367,2 manat əsas borcu, 72,8 manat dəbbə borcu, 1048,2 manat əsas borcu, 165,8 manat dəbbə borcu və 787 manat əsas borcu, 102 manat dəbbə borcu olmaqla, cəmi 2890 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 may 2020-ci il, 26 avqust 2020-ci il, 30 may 2020-ci il və 09 iyul 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 13 may 2020-ci il, 26 avqust 2020-ci il, 30 may 2020-ci il və 09 iyul 2020-ci il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 276 (iki yüz yetmiş altı) manat əsas borc, 27 (iyirmi yeddi) manat dəbbə pulu (cərimə), 26 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 367,2 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat əsas borc, 36,7 (otuz altı manat yetmiş qəpik) manat dəbbə pulu (cərimə), 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1048,2 (min qırx səkkiz manat iyirmi qəpik) manat əsas borc, 104,8 (yüz dörd manat səksən qəpik) manat dəbbə pulu (cərimə) və 09 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 787 (yeddi yüz səksən yeddi) manat əsas borc, 78 (yetmiş səkkiz) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 2724,9 (iki min yeddi yüz iyirmi dörd manat doxsan qəpik) manat borc Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 276 (iki yüz yetmiş altı) manat əsas borc, 27 (iyirmi yeddi) manat dəbbə pulu (cərimə), 26 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 367,2 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat əsas borc, 36,7 (otuz altı manat yetmiş qəpik) manat dəbbə pulu (cərimə), 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1048,2 (min qırx səkkiz manat iyirmi qəpik) manat əsas borc, 104,8 (yüz dörd manat səksən qəpik) manat dəbbə pulu (cərimə) və 09 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 787 (yeddi yüz səksən yeddi) manat əsas borc, 78 (yetmiş səkkiz) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 2724,9 (iki min yeddi yüz iyirmi dörd manat doxsan qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar