Məhkəmə qərarları › İş №2(007)-2821/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2821/2021

01.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2821/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.09.1979-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 10 sentyabr 1979-cu il təvvəllüdlü qardaşı X6 anadan gəlmə uşaq serebral iflicindən əziyyət çəkir. Bu fakt Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında verilmiş Qısa Epikrizlə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-0 AR № 305488 saylı müayinə aktı ilə də təsdiq olunur. Belə ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında verilmiş Qısa Epikrizdən görünür ki, qardaşı X6 1989-cu ildən nevropatoloqda qeydiyyatda olmaqla uşaq serebral iflicinin davamlı qalıq əlamətlərindən, intellektin aşağı olmasından əziyyət çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın 11 oktyabr 2001-ci il tarixli, TSE-0 AR № 305488 nömrəli müayinə aktından da görünür ki, qardaşı X6 1-ci qrup əlillik dərəcəsi olmaqla, əmək qabiliyyətsizdir, kənar şəxslərin daimi xidmət və qulluğuna ehtiyacı var. X6 istər əqli, istərsə də, fiziki cəhətdən fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Qeyd olunanlara əsasən anadan gəlmə uşaq serebral iflicindən əziyyət çəkən 10.09.1979-cu il təvəllüdlü X2 qardaşı X4 qəyyumluğuna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uygun izahar verdi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək bildirdi ki, ərizədə texniki səhv olaraq adı Rail yazılmışdır bu səbəbdən adının Rahil kimi oxunmasını və qardaşı X2 10.09.1979cu il tarixdə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmənin 24 iyun 2021-ci il tarixli iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 09.12.2020-ci il tarixli qısa epikrizindən görünür ki, xəstə X6 1989-cu ildən nevropatoloqda tibbi qeydiyyatdadır. D.2 uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, tetraparez əzələlərin və ətrafları hiperkinezi. İntellektin aşağı olması. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonun Cəfərli kəndində anadan olan Ərizəçi Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 157 saylı evdə pasport qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nın TSE- seriyalı, 305488 nömrəli arayışından görünür ki, 1979-cu il təvəllüdlü X6 uşaqlıqdan birinci qrup əlildir. İş materiallarında olan AZE seriyalı 15962287 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10.09.1979-cu il tarixdə Gədəbəy rayonun Cəfərli kəndində anadan olan X6 Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, 127 saylı evdə pasport qeydiyyatındadır. İş materiallarında olan 09.06.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X8 Məhkəmə Psixiatrik Ekspertizasının 16.09.2021-ci il tarixli 2176 saylı ekspert rəyindən görünür ki, X3 AĞİR ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ İLƏ ƏLAQƏDAR (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixofiziki inkişafdan geri qalması, nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsində nervpatoloqun qeydiyyatında olması, xəstəliyi ilə əlaqədar uşaqlıqdan İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 10.09.1979-cu il tarixdə Gədəbəy rayonunda anadan olan X2 psixi vəziyyəti necədir? Cavab: X3 ağır əqli gerilik uşaq serebral iflici ilə əlaqədar aşkar olunur. 2-ci sual: X6 öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: Onun fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün əsaslar mövcuddurmu? Cavab: X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 16.09.2021-ci il tarixli 2176 saylı ekspert rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və ekspert rəyinə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10.09.1979-cu il tarixdə Gədəbəy rayonunun, Cəfərli kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.09.1979-cu il tarixdə Gədəbəy rayonunun, Cəfərli kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar