Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2827/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “ödənilməmiş kirayə haqqının və dövlət rüsumunun əvəzinin tutulması, kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “ödənilməmiş kirayə haqqının və dövlət rüsumunun əvəzinin tutulması, kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2016-cı il tarixli 46 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasını inşa etdiyi ərazidə yerləşən onun istifadəsində olan M.Abbasov küçəsi 8 saylı evin 27 saylı mənzilinin boşaldılaraq, "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə əvəzində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 45.0 kv. metr olan 1 otaqlı mənzili tam təmirli vəziyyətdə onun mülkiyyətinə verməyi, eyni zamanda onun mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay 300 (üç yüz) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2016-cı il tarixli 46 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, M. Abbasov küçəsi 2538-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasını inşa etdiyi ərazidə yerləşən onun istifadəsində olan M.Abbasov küçəsi 8 saylı evin 28 saylı mənzilinin boşaldılaraq, "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə əvəzində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının 3cü blokunda, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 78.0 kv.metr olan 2 otaqlı mənzili tam təmirli vəziyyətdə onun mülkiyyətinə verməyi, eyni zamanda onun mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay 350 (üç yüz əlli) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının 26 aprel 2016-cı il tarixli 46 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasını inşa etdiyi ərazidə yerləşən onun istifadəsində olan M.Abbasov küçəsi 8 saylı evin 16 saylı mənzilinin boşaldılaraq, "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə əvəzində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 45.0 kv.metr olan 1 otaqlı mənzili tam təmirli vəziyyətdə onun mülkiyyətinə verməyi, eyni zamanda onun mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay 300 (üç yüz) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixdə bağlanmış müqavilələrin hər birinə dəyişiklik edilərək, müqavilələrin 2.1-ci bəndində dəyişiklik edilməklə ona "xxxx" MMC tərəfindən sökülən mənzillərin əvəzinə İddiaçı verilməli mənzillərin ümumi sahəsi dəyişdirilərək, 3-cü blok 9-cu mərtəbədə 101.84 kv.metr, 3-cü blok 9-cu mərtəbədə 55.72 kv.metr və 1-ci blok 13-cü mərtəbədə 60 kv.metr müəyyən edilməsi barədə razılığa gəlmişlər. Həmin razılığa əsasən o, müqaviləyə edilmiş dəyişikliyə əsasən mənzillərin ümumi sahəsinə edilmiş dəyişikliklərə görə "xxxx" MMC-nə 33600 (otuz üç min altı yüz) manat məbləğində pul vəsaiti ödəməyi öhdəmə götürmüşdür. Həmin məbləğin 20800 (iyirmi min səkkiz yüz) manat hissəsini müqavilə bağlanan anda ödəmişdir, qalan 12800 manatı isə 25 avqust 2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirərək, 12800 manat məbləğində pulu 2019-cu ilin may ayınadək ödəmişdir və bunu təsdiq edən ödəniş qəbzləri mövcuddur. Onun cavabdehə ödəməli olduğu məbləğlər ödənilməsinə baxmayaraq, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538-ci məhəllədə tikilmiş çoxmərtəbəli yaşayış binasının tikintisi başa çataraq, mənzil ona təhvil verilməmiş, eləcə də cavabdeh tərəfindən 09 iyun 2017-ci il tarixdə bağlanmış müqavilələrə əsasən onun mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat ödənilməli olmasına baxmayaraq, 2019-cu ilin may ayından hal-hazırkı vaxatdək kirayə haqqları ödənilməmiş, mənzillərin təhvil verilməsi təmin edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixdə bağlanmış müqavilələrə 25 iyun 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən 09 iyun 2017-ci il tarixdə bağlanmış müqavilənin 2.1-ci bəndinə yalnız mənzillərin ümumi sahəsinin dəyişdirilməsi hissəsində dəyişiklik edilmiş, kirayə haqqının ödənilibödənilməməsi barədə aralarında hər hansı razılıq olmamış, müqaviləyə bununla bağlı hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmamışdır. Onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixdə bağlanmış müqavilələrə əsasən onun mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat hesablanmaqla, 25 ay müddətində 23750 (iyirmi üç min yeddi yüz əlli) manat ödənilməmiş borcu yaranmışdır. Buna görə də, onunla "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixli müqavilələrə əsasən ona məxsus M.Abbasov küçəsi 8 saylı evin 27 saylı mənzilini, M.Abbasov küçəsi 8 saylı evin 28 saylı mənzilini və M.Abbasov küçəsi 8 saylı evin 16 saylı mənzilini tərk etdiyi halda, yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat hesablanmaqla, 25 ay müddətində 23750 (iyirmi üç min yeddi yüz əlli) manat ödənilməmiş kirayə haqqı borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi, mənzillər təhvil verilməsi anınadək hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndəsi iştirak etmədiyi halda qiyabi icraat qaydasında məhkəmə iclasının keçirilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə nümayəndənin istifadəsində olan nömrəsinə sms çatdırılmasına) baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının yazılı razılığı əsasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 may 2017-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 8 saylı evin 16 saylı mənzilini 17 may 2017-ci il tarixədək boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 45,0 kv.m olan 1 otaqlı mənzilini tam təmirli vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda İddiaçı özünə məxsus mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 iyun 2017-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 8 saylı evin 28 saylı mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 78,0 kv.m olan 2 otaqlı mənzilini tam təmirli vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda İddiaçı özünə məxsus mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 350 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 iyun 2017-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 8 saylı evin 27 saylı mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbəsindəki, ümumi sahəsi 45,0 kv.m olan 1 otaqlı mənzilini tam təmirli vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda İddiaçı özünə məxsus mənzili tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür; - Müqaviləyə dəyişiklik edilməsi barədə 25 iyun 2018-ci il tarixli sazişin surətindən görünür ki, həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, hazırki sazişlə tərəflər Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-412 reyestr nömrəsi ilə qeydə alınmış 09.06.2017ci il tarixli, 3M-411 reyestr nömrəsi ilə qeydə alınmış 09.06.2017-ci il tarixli və 3M-335 reyestr nömrəsi ilə qeydə alınmış 15.05.2017-ci il tarixli “Müqavilələrin 2.1-ci bəndinə dəyişiklik edilməklə, "xxxx" MMC tərəfindən sökülən mənzillərin əvəzinə İddiaçı verilən mənzillərin ümumi sahəsi dəyişdirilərək 3-cü blok, 9-cu mərtəbədə 101,84 kv.m; 3-cü blok 9-cu mərtəbədə 55,72 kv.m; 1-ci blok 13-cü mərtəbədə 60, 0 kv.m müəyyən edilməsi barədə razılığa gəlmişlər. İddiaçı bu müqavilə üzrə edilmiş dəyişiklik nəticəsində əlavə verilən sahəyə görə "xxxx" MMC-nə 33600 (otuz üç min altı yüz) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüş, İddiaçı 20 800 (iyirmi min səkkiz yüz) manat nağd ödəmişdir, qalan 12.800 (on iki min səkkiz yüz) manat pulu 25 avqust 2017-ci ilə qədər ödəyəcəyini öhdəsinə götürmüşdür; - "xxxx" MMC-nin direktoru R.S.Əhmədov tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq olaraq 16 iyul 2018-ci il tarixdə 950 manat, 15 avqust 2018-ci il tarixdə 950 manat, 01 sentyabr 2018-ci il tarixdə 3.000 manat, 15 sentyabr 2018-ci il tarixdə 950 manat, 16 oktyabr 2018-ci il tarixdə 950 manat, 15 noyabr 2018-ci il tarixdə 950 manat, 15 dekabr 2018-ci il tarixdə 950 manat, 15 yanvar 2019-cu il tarixdə 950 manat, 15 fevral 2019-cu il tarixdə 950 manat, 15 mart 2019-cu il tarixdə 950 manat, 15 aprel 2019-cu il tarixdə 950 manat və 15 may 2019-cu il tarixdə 300 manat olmaqla, ümumilikdə 12.800 (on iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 may 2017-ci il müqaviləyə, o cümlədən 09 iyun 2017-ci il tarixli iki müqaviləyə əsasən, iddiaçı faktiki olaraq istifadəsində olan, müvafiq olaraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 8 saylı evin 16, 28 və 27 saylı mənzillərini boşaldaraq cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda 9-cu mərtəbəsindəki ümumi sahəsi 45,0 kv.m olan 1 otaqlı mənzilini, 3-cü blokunda 9-cu mərtəbəsindəki ümumi sahəsi 78,0 kv.m olan 2 otaqlı mənzilini və 3-cü blokunda 9-cu mərtəbəsindəki ümumi sahəsi 45,0 kv.m olan 1 otaqlı mənzilini tam təmirli vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı özünə məxsus həmin mənzilləri tərk etdiyi andan və yeni yaşayış sahəsi ilə təmin edilənədək kirayə haqqı qismində hər ay hər mənzilə görə müvafiq olaraq 300 manat, 350 manat və 300 manat məbləğində kompensasiya ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrlə dəyişiklik edilməsi barədə tərəflər arasında 25 iyun 2018-ci il tarixdə saziş bağlanmış və həmin sazişə əsasən, müqavilələrin 2.1-ci bəndlərinə dəyişiklik edilməklə, iddiaçı tərəfindən sökülən mənzillərin əvəzinə cavabdehə verilən mənzillərin ümumi sahəsi dəyişdirilərək 3-cü blok, 9-cu mərtəbədə 101,84 kv.m; 3-cü blok 9-cu mərtəbədə 55,72 kv.m; 1-ci blok 13-cü mərtəbədə 60,0 kv.m müəyyən edilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı edilmiş dəyişiklik nəticəsində əlavə verilən sahəyə görə cavabdehə 33.600 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüş, həmin puldan cavabdeh 20.800 manat nağd ödəmişdir, qalan 12.800 manat pulu 25 avqust 2017-ci ilə qədər ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışlarından müəyyən edilmişdir ki, saziş üzrə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş 12.800 manat məbləğində pul cavabdehə tam şəkildə ödənilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilələr və saziş üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 15 may 2017-ci il və 09 iyun 2017-ci il tarixli müqavilələr bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 15 may 2017ci il və 09 iyun 2017-ci il tarixli müqavilələr üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzillərin dəyərini tam olaraq ödəsə də, həmin mənzillər ona təhvil verilməmiş, o cümlədən 2019-cu ilin may ayından etibarən həmin mənzillərə görə hər ay müvafiq olaraq 300 manat, 350 manat və 300 manat olmaqla, ümumiklə ödənilməli olan 950 manat kirayə haqqı da cavabdeh tərəfindən ödənilməmiş, cavabdeh bununla bağlı öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda, dəymiş zərərin ödənilməsini tələb etmək hüququ iddiaçıya imkan yaradır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqavilələr və əlavə sazişə əsasən ümumilikdə 33.600 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixli müqavilələrə əsasən, İddiaçı məxsus M.Abbasov küçəsi 8 saylı evin 27 saylı mənzilini, M.Abbasov küçəsi 8 saylı evin 28 saylı mənzilini və M.Abbasov küçəsi 8 saylı evin 16 saylı mənzilini tərk etdiyi halda, yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat hesablanmaqla, 25 ay müddətində 23750 (iyirmi üç min yeddi yüz əlli) manat ödənilməmiş kirayə haqqı borcu "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, iddiaçıya mənzillərin təhvil verilməsi anınadək hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat kirayə haqqının ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi ondan iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında 09 iyun 2017-ci il tarixli müqavilələrə əsasən, İddiaçı məxsus M.Abbasov küçəsi 8 saylı evin 27 saylı mənzilini, M.Abbasov küçəsi 8 saylı evin 28 saylı mənzilini və M.Abbasov küçəsi 8 saylı evin 16 saylı mənzilini tərk etdiyi halda, yeni yaşayış sahəsi ilə təmin edilənədək, kirayə haqqı qismində hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat hesablanmaqla, 25 ay müddətində 23750 (iyirmi üç min yeddi yüz əlli) manat ödənilməmiş kirayə haqqı borcu, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçıya mənzillərin təhvil verilməsi anınadək hər ay hər mənzilə görə 300 manat, 350 manat və 300 manat olmaqla cəmi 950 manat kirayə haqqının ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2827/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2827/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver