Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2834/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi” haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən keçirilmiş mediasiya sesiyasında Maraqlı şəxs ilə aralarında bağlanmış 11 yanvar 2025-ci il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 03 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 22 iyun 2016-cı il təvəllüdlü X5 və 28 dekabr 2017-ci il təvəllüdlü X6 adlı 2 övladları vardır. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(007)-1792/2025 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ailə mübahisəsinin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş və onun əsasında Təşkilatın mediatoru X2 vasitəsi ilə Maraqlı şəxs ilə aralarında 11 yanvar 2025-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1) İİ Tərəf 22 iyun 2016-cı il təvəllüdlü X5 və 28 dekabr 2017-ci il təvəllüdlü X6 ilə (bundan sonra uşaqlar) İ Tərəflərin etik davranış qaydalarına riayət etməklə atanın və babanın hər həftənin hər günü saat 21:00-22:00 arası video görüntü və zənglə ünsiyyətdə olmağı, hər həftənin bazar günü səhər saat 10:00-dan axşam saat 18:00-a kimi atanın görüşlə bağlı ünsiyyətinə şərait yaratmağı öhdəsinə götürür. 2) İ Tərəf- Maraqlı şəxs 2025-ci ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-a kimi X3 100 (yüz) manat məbləğində məktəb hazırlığının, 100 (yüz) manat məbləğində ingilis dilli hazırlığının, 135 (yüz otuz beş) manat məbləğində gimnastika dərslərinin ödənişini, 100 (yüz) manat rus dili hazırlığının, X4 100 (yüz) manat məbləğində məktəb hazırlığının, 100 (yüz) manat məbləğində ingilis dili hazırlığı ödənişi, 100 (yüz) manat rus dili hazırlığının, 60 (altmış) manat cudo dərslərinin ödənişini və uşaqların saxlanması üçün hər ay 470 (dörd yüz yetmiş) manat alimenti, ümumilikdə 1260 (min iki yüz altmış) manat məbləğində ödənişi İİ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. 3) İlkin mediasiya xərci 60 (altmış) manat və tam mediyasiya xərci 200 manat İ tərəfə ödəyir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişdə 2 hissədə göstərilən öhdəliklərini bu günədək icra etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 22 iyun 2016-cı il təvəllüdlü X5 və 28 dekabr 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-01350 nömrəli, 11 yanvar 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən mediasiya tərəfləri qarşılıqlı razılığa gəlmişlər: 1) İİ Tərəf 22 iyun 2016-cı il təvəllüdlü X5 və 28 dekabr 2017-ci il təvəllüdlü X6 ilə (bundan sonra uşaqlar) İ Tərəflərin etik davranış qaydalarına riayət etməklə atanın və babanın hər həftənin hər günü saat 21:00-22:00 arası video görüntü və zənglə ünsiyyətdə olmağı, hər həftənin bazar günü səhər saat 10:00-dan axşam saat 18:00-a kimi atanın görüşlə bağlı ünsiyyətinə şərait yaratmağı öhdəsinə götürür. 2) İ Tərəf- Maraqlı şəxs 2025-ci ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-a kimi X3 100 (yüz) manat məbləğində məktəb hazırlığının, 100 (yüz) manat məbləğində ingilis dilli hazırlığının, 135 (yüz otuz beş) manat məbləğində gimnastika dərslərinin ödənişini, 100 (yüz) manat rus dili hazırlığının, X4 100 (yüz) manat məbləğində məktəb hazırlığının, 100 (yüz) manat məbləğində ingilis dili hazırlığı ödənişi, 100 (yüz) manat rus dili hazırlığının, 60 (altmış) manat cudo dərslərinin ödənişini və uşaqların saxlanması üçün hər ay 470 (dörd yüz yetmiş) manat alimenti, ümumilikdə 1260 (min iki yüz altmış) manat məbləğində ödənişi İİ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. 3) İlkin mediasiya xərcini (60 manat) və tam mediyasiya xərcini (200 manat) İ tərəf ödəyir. İşin mübahisəli halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 11 yanvar 2025-ci il tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişinin 6-cı və 7-ci bəndlərinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunan barışıq sazişinin aliment hissəsi ilə bağlı şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Ona görə də Ərizəçi tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü, 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355-23.1-ci, 355-26-cı maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 11 yanvar 2025-ci il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-01350 nömrəli, 11 yanvar 2025-ci il tarixli barışıq sazişi aliment və xərclər hissəsində təsdiq edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, Ərizəçi alimentin tutulması hissəsində xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. AR MPM-nin 119.1-ci maddəsinə müvafiq qaydada ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2024-01350 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - İ Tərəf- Maraqlı şəxs 2025-ci ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-a kimi X3 100 (yüz) manat məbləğində məktəb hazırlığının, 100 (yüz) manat məbləğində ingilis dilli hazırlığının, 135 (yüz otuz beş) manat məbləğində gimnastika dərslərinin ödənişini, 100 (yüz) manat rus dili hazırlığının, X4 100 (yüz) manat məbləğində məktəb hazırlığının, 100 (yüz) manat məbləğində ingilis dili hazırlığı ödənişi, 100 (yüz) manat rus dili hazırlığının, 60 (altmış) manat cudo dərslərinin ödənişini və uşaqların saxlanması üçün hər ay 470 (dörd yüz yetmiş) manat alimenti, ümumilikdə 1260 (min iki yüz altmış) manat məbləğində ödənişi İİ Tərəf Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. Qətnamə uşaqların saxlanması üçün hər ay 470 (dörd yüz yetmiş) manat alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Məhkəməyə müraciət üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2834/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2834/2025
23.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver