Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2836/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aktın ləğvi və borcun silinməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı oğu cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 24/10, 13 saylı saylı mənzilinə dair “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş xx.xx.2024-cü il tarixdə ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 531,01 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 24/10, 13 saylı evdə yaşayır. Həmin evə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanıb, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılıb və həmin sayğacın üzərinə plomb qoyulub. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəyib. Onun xəbəri olmadan cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu. M.Əliyev küçəsi, 24/10, 13-də yerləşən mənzilə dair “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib edilib. Nəticədə isə ona 531,01 manat borcu yaranıb. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmayıb, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməyib. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalıb, şifahi qaydada ona bildiriblər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir.
Cavabdehin etirazı:
3. Cavabdeh İstehsalat Bı̇ rlı̇ yi xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraicət edərək qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00130 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-4 markalı **********7 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilib. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0332 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu” müdaxilə barədə rəy verilib. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilib, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilib. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 m3 təşkil etmişdir. Hesablanmış 518,40 manat məbləğində dəymiş ziyan 2024-cü ilin mayl ayından abonentin koduna yerləşdirilib. Bildirirlər ki, cavabdehin ödənilməmiş 11,63 manat (debitor) sərfiyyat borcu qalıb. Hazırda abonentin saldosu üzrə ümumi 530,03 manat təşkil etməkdədir. Məhkəmənin nəzərinə çatdırırlar ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləyib. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirirlər ki, **********00130 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapıb. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanıb. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır.
İş materialları:
4. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 0332 saylı akta əsasən **********7 nömrəli sayğaca baxış keçirilib. Sayğacın hesablama mexanizminin qorucu qapağı üzərinə vurulan alt zavod plasmas qapağın üzərində və ətrafında əzik, cızıq izləri var. Dəymiş ziyan hesablansın və ödənilsin;
5. Cavabdeh xx.xx.2024-cü il tarixli 0332 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən **********7 zavod nömrəli qaz sayğacında müəyyən edilmişdir: sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qorucu şüşəsi üzərinə vurulan alt zavod plasmas blombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzikcızıq izləri aşkar olundu. Sayğac istismara yararsızdır;
6. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adlı abonentə xx.xx.2024-cü il tarixdə GCZ-G-4 Diafraqma markalı, GCZ0043448 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00130-dir. Abonentə 2024-cü ilin may ayında 518,40 manat, iyun ayına 531,01 manat borc hesablanmışdır;
7. Bakı RQSD-nin QB və SŞ-nin Nizami XS-i üzrə qrup rəhbəri Seyidov Vüsal mühəndis İsmayılov Elşən, nəzarətçi Şükürov İlkin tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış G-4 markalı **********7 №-li Zenner tipli qaz sayğacı (AKT № ********) xx.xx.2024-cü il tarixində xətdən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilin işdir. xx.xx.2024-cü il tarixində "Azərbaycan Metrologiya İnstitutu" PHŞ "Kommunal Laboratoriyalar" tərəfindən laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında akt № 0332 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akta əsasən İddiaçı məxsus Nizami rayonu M.Əliyev 24/10 mənzil, 13 (kod: **********00130) Təbii X1nın pozulması haqqında ******* №-li akt tərtib olunaraq 6480 m3 dəymiş ziyan hesablanmışdır. Lakin İddiaçı tərtib olunan aktla tanış olmaqdan və imzalamaqan imtina etdi.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh təşkilatın əməkdaşları gecə saat 02:00-da sayğacı dəyişərək aparıblar və cərimə yazıblar. O, sayğaca müdaxilə etməyib. Sayğacı qoyanda plombundan cızıq var idi. Sayğac fərdi yaşayış evindən kənərda quraşdırılıb.
9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1.4.5-ci maddəsinə əsasən qanuna aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilmişdir: “8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.”
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
İşin faktiki halı:
16. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri xx.xx.2024-cü ildə İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacını xx.xx.2024-cü ildə dəyişdirmişlər. Bundan başqa, xx.xx.2024-cü il tarixli 0332 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlaması zamanı Nizami rayonunda yerləşən G-4 markalı qaz sayğacına baxış keçirilib, sayğacın hesablama mexanizminin qorucu şüşəsi üzərinə vurulan alt zavod plasmas blombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar aşkar olunmadığı, sayğacın istismara yararsız olduğunu müəyyən edilib. İddiaçıya qaz sərfiyyatına görə borc kimi 518,40 manat hesablanmışdır. Hazırda iddiaçı hesablanmış 531,01 manat borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sayğacı fərdi yaşayış evindən kənərda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir.
19. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.
20. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.
21. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt ləğv edilməli və həmin akt üzrə borcu silinməlidir.
22. Qeyd edilməlidir ki, iddiaçı 531,01 manat borcun silinməsini xahiş etsə də, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə ona 518,40 manat borc hesablanmış, qalan borc isə debitor borcudur.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (Abonent kodu: **********00130) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 518,40 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (Abonent kodu: **********00130) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 518,40 manat borc silinsin. Məhkəmə xərcləri üzrə 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva