Məhkəmə qərarları › İş №2(007)-2843/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2843/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2843/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirtakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-TELECOM" MMC ilə 02.09.2019-cu il, 03.06.2019-cu il, 02.02.2020-ci il, 22.02.2020-ci il, 09.03.2020-ci il və 03.03.2020-ci il tarixli müqavilələrinə əsasən, “GREE” kondisioner, “PHİLİPS” Tozsoran, “HOFFMANN” LED TV, “SAMSUNG” Paltaryuyan, 6.5" Smart Segway holder, 6.5" Smart Segway holder, 6.5" Smart Segway holder, “SELCUKLU” Jurnal masası almış və nəticədə 4813 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1661 manat olan “GREE” kondisioner, “PHİLİPS” Tozsoran üçün ümumilikdə 981 manat olmaqla ondan, 755 manat ödənilməmiş hissə, 226 manat dəbbə pulu, 03.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1620 manat olan “HOFFMANN” LED TV üçün ümumilikdə 1053 manat olmaqla ondan, 810 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1015.2 manat olan “SAMSUNG” Paltaryuyan üçün ümumilikdə 1194 manat olmaqla ondan, 958.2 manat ödənilməmiş hissə, 235.8 manat dəbbə pulu, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 820.8 manat olan 6.5" Smart Segway holder, 6.5" Smart Segway holder üçün ümumilikdə 476 manat olmaqla ondan, 373.8 manat ödənilməmiş hissə, 102.2 manat dəbbə pulu, 22.02.2020-ci il tarixli müqaviləyə əsasən, 6.5" Smart Segwayi 09.03.2020-ei il tarixinə qədər istifadə etdikdən sonra məhsul 410 manat 40 qəpik qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. 09.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 410.4 manat olan 6.5" Smart Segway holder üçün ümumilikdə 488 manat olmaqla ondan. 375.4 manat ödənilməmiş hissə, 112.6 manat dəbbə pulu, 03.03.2020-ci il tarixli müqavilənin alqı-satqı qiyməti 528 manat olan “SELCUKLU” Jurnal masası üçün ümumilikdə 621 manat olmaqla ondan, 528 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2255 manat təşkil edir. Cavabdeh 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, “GREE” kondisioner, “PHİLİPS” Tozsoran üçün 755 manat ödənilməmiş hissə, 226 manat dəbbə pulu, 03.06.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN” LED TV üçün 810 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən, “SAMSUNG” paltaryuyan üçün 958.2 manat ödənilməmiş hissə, 235.8 manat dəbbə pulu, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 6.5" Smart Segway holder, 6.5" Smart Segway holder üçün 373.8 manat ödənilməmiş hissə, 102.2 manat dəbbə pulu, 09.03.2020-ci il müqaviləyə əsasən, 6.5" Smart Segway holder üçün 375.4 manat ödənilməmiş hissə, 112.6 manat dəbbə pulu, 03.03.2020-ci il müqaviləyə əsasən, “SELCUKLU” Jurnal masası üçün 528 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu, ümumilikdə 4813 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq “ABC- TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavadeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir, əvvəllər vaxtı-vaxtında ödənişlər etmiş, lakin pandemiyadan sonra ödəniş edə bilməmişdir. Bütün ödənişlərlə bağlı qəbzləri var. Əsas borcu qəbul edir amma dəbbəni qəbul etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarıını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli 20140047 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “SELCUKLU” Jurnal masası verilmişdir. İşə əlavə olunmuş 03.03.2020-ci il tarixli, 20140047 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 08-dən gec olmayaraq 20 ay müddətinə aylıq 26.4 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.03.2020-ci il tarixli 20163650 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 6.5" Smart Seagway holder BT-SW-30855 verilmişdir. İşə əlavə olunmuş 09.03.2020-ci il tarixli, 20163650 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 22-dən gec olmayaraq 12 ay müddətinə aylıq 34.2 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.02.2020-ci il tarixli 20121597 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 6.5" Smart Seagway holder BT-SW-30855 və 6.5" Smart Seagway holder BT-SW-30844 verilmişdir. İşə əlavə olunmuş 22.02.2020-ci il tarixli, 20121597 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 22-dən gec olmayaraq 12 ay müddətinə aylıq 68.4 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.02.2020-ci il tarixli 20075265 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “SAMSUNG” paltaryuyan verilmişdir. İşə əlavə olunmuş 02.02.2020-ci il tarixli, 20075265 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 18 ay müddətinə aylıq 56.4 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2019-cu il tarixli 00700354 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “HOFFMAN” Led 55R8 verilmişdir. İşə əlavə olunmuş 03.06.2019-cu il tarixli, 00700354 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 15-dən gec olmayaraq 18 ay müddətinə aylıq 90 manat ödəniş etməlidir. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli 00884557 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “GREE” GWH18AACD-K3NN3A/İ və “PHİLİPS” FC9573/01 tozsoran verilmişdir. İşə əlavə olunmuş 02.09.2019-cu il tarixli, 00884557 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 02-dən gec olmayaraq 11 ay müddətinə aylıq 151 manat ödəniş etməlidir. İşə əlavə olunmuş 24.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş İddiaçı MMC-nin 21.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bütün müqavilələr üzrə cəmi, 3800,4 manat ödənilməmiş əsas borc, 1012.6 manat dəbbə pulu olmaqla ümumilikdə 4813 manat borcu vardır. İşə əlavə olunmuş 03.03.2020, 09.03.2020, 22.02.2020, 02.02.2020, 03.06.2019, 02.09.2019-cu il tarixli bildirişlərdən görünür ki, müvafiq olaraq 03.03.2020, 09.03.2020, 22.02.2020, 02.02.2020, 03.06.2019, 02.09.2019-cu il tarixlərdə bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İşə əlavə olunmuş İddiaçı MMC-nin 17.11.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.03.2020, 09.03.2020, 22.02.2020, 02.02.2020, 03.06.2019, 02.09.2019-cu il tarixli müqavilələrə əsasən “GREE “markalı kondisioner, “PHİLİPS” markal tozsoran, “HOFFMAN” markal teıevizor, “SAMSUNG” markalı paltaryuyan, 3 ədəd 6.5" Smart Seagway, “SELCUKLU” jurnal masası almış, lakin, müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçı MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğinin qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 03.03.2020, 09.03.2020, 22.02.2020, 02.02.2020, 03.06.2019, 02.09.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, 03.03.2020, 09.03.2020, 22.02.2020, 02.02.2020, 03.06.2019, 02.09.2019-cu il tarixli müqavilələrə əsasən hər bir müqavilə üçün cərimə pulu tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4.10 manatı iddiaçıya, 25.90 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən “GREE” kondisioner, “PHİLİPS” tozsoran üçün 755 manat ödənilməmiş hissə, 50 manat cərimə, 03.06.2019-cu il tarixli müqaviləsinə əsasən “HOFFMANN” LED TV üçün 810 manat ödənilməmiş hissə, 60 manat cərimə, 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən “SAMSUNG” paltaryuyan üçün 958,2 manat ödənilməmiş hissə, 80 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən 6,5 “Smart Seqway holder, 6,5” “Smart Seqway holder” üçün 373,8 manat ödənilməmiş hissə, 50 manat cərimə, 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən 6,5 “Smart Seqway holder” üçün 375,4 manat ödənilməmiş hissə, 50 manat cərimə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən “SELCUKLU” jurnal masası üçün 528 manat ödənilməmiş hissə, 60 manat cərimə, cəmi 4150,4 manat borc, 25.90 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 4.10 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosesual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən “GREE” kondisioner, “PHİLİPS” tozsoran üçün 755 manat ödənilməmiş hissə, 50 manat cərimə, 03.06.2019-cu il tarixli müqaviləsinə əsasən “HOFFMANN” LED TV üçün 810 manat ödənilməmiş hissə, 60 manat cərimə, 02.02.2020-ci il tarixli müqaviləsinə əsasən “SAMSUNG” paltaryuyan üçün 958,2 manat ödənilməmiş hissə, 80 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən 6,5“ Smart Seqway holder, 6,5” Smart Seqway holder üçün 373,8 manat ödənilməmiş hissə, 50 manat cərimə, 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən 6,5“ Smart Seqway holder üçün 375,4 manat ödənilməmiş hissə, 50 manat cərimə, 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən “SELCUKLU” jurnal masası üçün 528 manat ödənilməmiş hissə, 60 manat cərimə, cəmi 4150,4 manat borc, 25.90 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4.10 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar