Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2846/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 20.07.2019-cu il və 02.01.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon, İMEİ kodu **********85377 olan “Samsung Galaxy Note+ markalı telefon almış və nəticədə 3859 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 768 manat (12 ay x 64 manat), İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 414 mant olmaqla ondan 318 ödənilməmiş hissə, 96 manat dəbbə, 02.01.2020-ci il tarixli müqavilələrə əsasən alqı-satqı qiyməti 3399 manat,İMEİ kodu **********85377 olan “Samsung Galaxy Note+ markalı telefon üçün ümumilikdə 3445 manat olmaqla,ondan 2280 manat ödənilməmiş hissə, 565 58 manat dəbbə borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 969 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh "xxxx" MMC-nin xeyrinə 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 manat (12 ay x 64 manat), İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 414 mant olmaqla ondan318 ödənilməmiş hissə, 96 manat dəbbə, 02.01.2020-ci il tarixli müqavilələrə əsasən alqı-satqı qiyməti 3399 manat,İMEİ kodu **********85377 olan “Samsung Galaxy Note+ markalı telefon üçün ümumilikdə 3445 manat olmaqla,ondan 2280 manat ödənilməmiş hissə, 565 58 manat dəbbə, hər iki müqavilə üzrə cəmi 3859 manat 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.07.2019cu il və 02.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon, 02.01.06.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85377 olan “Samsung Galaxy Note+ markalı telefon nisyə olaraq satılmışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.07.2019-cu il müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə hər ay 64 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 02.01.2020-ci il tarixli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 15-dən gec olmayaraq 12 ay müddətinə hər ay 265 manat olmaqla kredit məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdehin alqı-satqı qiyməti 768 manat (12 ay x 64 manat), İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 414 mant olmaqla ondan318 ödənilməmiş hissə, 96 manat dəbbə, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3399 manat,İMEİ kodu **********85377 olan “X1+ markalı telefon üçün ümumilikdə 3445 manat olmaqla,ondan 2280 manat ödənilməmiş hissə, 565 58 manat dəbbə borcu qalmışdır.Hər iki müqavilə üzrə cəmi borc 3859 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.07.2019-cu il və 02.01.06.09.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon, İMEİ kodu **********85377 olan “Samsung Galaxy Note+ markalı telefon almış və nəticədə 3859 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 manat (12 ay x 64 manat), İMEİ kodu **********53138 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 414 mant olmaqla ondan 318 ödənilməmiş hissə, 96 manat dəbbə, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3399 manat,İMEİ kodu **********85377 olan “Samsung Galaxy Note+ markalı telefon üçün ümumilikdə 3445 manat olmaqla, ondan 2280 manat ödənilməmiş hissə, 565,58 manat dəbbə borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi hər 2 müqavilə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilələr üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, Cavabdeh 20.07.2019-cu il müqavilə üzrə 96 manat dəbbə borcu azaldılaraq 10 manat, 02.01.06.09.2020-ci il tarixli müqavilə üzrə 565,58 manat manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMCnin xeyrinə 20.07.2019-cu il tarixli müqaviləyə əsasən 318 manat əsas borc,10 manat dəbbə, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən 2880 manat əsas borc, 50 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 3288 manat tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 20.07.2019-cu il tarixli müqaviləyə əsasən 318 manat əsas borc, 10 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən 2880 manat əsas borc,50 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 3288 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2846/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2846/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver