Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2850/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun, Ərizəçi adına verilmiş 123942 nömrəli, xx.xx.1973-cü il tarixli order (ata adı "Madad"), Azərneftyanacaq İB tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qərar (ata adı "Marat"), Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cu il tarixli, 46 saylı protokol (ata adı "Murad") olan hüquqmüəyyənedici sənədlərin sənədlərdə (631 № nikah haqqında şəhadətnamədə, ərizəyə əlavə edilmiş) RT № 251430, A3 № 002749, A3 № 1289282, AZ-V № 130362 saylı doğum haqqında şəhadətnamələrdə, atasının adına olan xx.xx.1953-cü il tarixli çıxarışda "Mədət”’ kimi qeyd olunan) adı şəkilən şəxsə, yəni ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilib. Lakin aşağıda qeyd edilən sənədlərdəki qeyri-müəyyənlik əsas gətirilərək kifayət qədər əsasın olmaması səbəbindən ərizə təmin edilməyib. Belə ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair onun, yəni Ərizəçi adına verilmiş 123942 nömrəli, xx.xx.1973-ci il tarixli orderdə ata adı "Madad" kimi qeyd olunub. Lakin Azərneftyanacaq İB tərəfincən verilmiş xx.xx.1995-ci il tarixli qərarda ata adı "Marat" kimi göstərilib. Həmçinin, maraqlı şəxsin qeyd olunan uyğunsuzluğa münasibət bildirilməsi və 123942 nömrəli, xx.xx.1973-cü il tarixli orderin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətininin təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cu il tarixli, 46 saylı protokolda onun ata adı Mədət deyil, Murad kimi qeyd edilib. Bildirir ki, sadalanan hüquqmüəyyənedici sənədlərdə ata qrafasında ata adları müxtəlif yazılsa da, əslində onun atasının adı “Mədət"dir (nikah haqqında şəhadətnamədə, onun, qızlarının və oğullarının doğum haqqında şəhadətnamələrində, atasının adına olan xx.xx.1953-cü il tarixli çıxarışda "Mədət" kimi qeyd olunub) və sözügedən ata qrafasında ata adı ilə bağlı səhvi aradan qaldırmaq və düzəltmək (ata adının "Mədət" olması) yuxarıda da qeyd olunduğu kimi ona ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatına alınması üçün lazımdır. Bundan əlavə olaraq, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Odur ki, sadalanan hüquqmüyyənedici sənədlərin ona məxsus olması faktı müəyyən edilməlidir.
İş materialları:
3. AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1942-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyata alınmışdır.
4. AA № 227649 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1942-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Muradov Mədət, anası X1r.
5. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 16-5/8-69-M-777/2025 saylı arayışının surətindən görünür ki, Ərizəçi və X2 nikahı haqqında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.1961-ci il tarixdə 631 nömrəli akt qeydi tərtib olunmuşdir. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir.
6. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Ərizəçi Marat oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə 520 saylı reyestr kitabının 77757 nömrəli vərəqində 30/77757 №-si ilə xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır;
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçinin nümayədəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair Ərizəçi adına verilmiş 123942 nömrəli, xx.xx.1973-cü il tarixli orderdə ata adı “Mədəd" kimi qeyd olunmuşdur. Lakin, Azərneftyanacaq İB tərəfindən verilmiş qərarda ata adı “Marat" kimi göstərilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, qeyd olunan uyğunsuzluğa münasibət bildirilməsi orderin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olmuş xx.xx.2025-ci il tarixli, 3- 48-2F/2-1252/2025 nömrəli məktubla bildirilmişdir ki, Ərizəçi Murad oğlu barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cü il tarixli, 46 saylı protokolda vətəndaşın ata adı Mədət deyil. Murad kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2025-ci il tarixli 3-48- 2F/2-2592/2025 saylı məktubundan görünür ki, Ərizəçi Murad oğlu barəsində keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cü il tarixli, 46 saylı protokolunda vətəndaşın atasının adı Mədət deyil, Murad kimi qeyd edilmişdir.
9. Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cü il tarixli, 46 saylı protokolu məhkəməyə təqdim edilmişdir.
10. Azərbaycan SSR X5 İcraiyyə Komitəsinin (Şaumyan rayon) xx.xx.1973-cü il tarixli 123942 saylı orderinin surətindən görünür ki, Ərizəçi Mədəd oğlunun və onunla birlikdə qeydiyyatda olan 6 nəfər ailə üzvü ilə ünvan 6 ünvanında yerləşən mənzili almaq hüququna malikdir. Orderə əsasən mənzilə köçürülən şəxslərin siyahısı qeyd edilmişdir.
11. “Azərneftyanacaq” İB-nin xx.xx.1995-ci il tarixli qərarından görünür ki, xx.xx.1993cü il tarixli Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında”ki Qanunun və vətəndaş Ərizəçi Marat oğlunun ərizəsini əsas tututaraq, Darvin (indiki Bəhruz Nuriyev) küçəsi, ev 65, mənzil 3 ünvanında yerləşən mənzilin Ərizəçi Marat oğlunun şəxsi mülkiyyətində verilməsi qərara alınmışdır. Tərəflərin izahatları:
12. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı:
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki Ərizəçi xx.xx.1942-ci il tarixdə Bakı şəhərində anadan olub. xx.xx.1942-ci il tаriхdə vеrilmiş doğum haqqında şəhadətnamədən də görünür ki, onun atası Mədət Muradov, anası X3 olmuşdur. Ərizəçi hazırda ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla, yaşayır. Həmin mənzil ona verilmişdir, lakin Azərbaycan SSR X5 İcraiyyə Komitəsinin (Şaumyan rayon) xx.xx.1973-cü il tarixli 123942 saylı orderində onun ata adı “Mədəd”, “Azərneftyanacaq” İB-nin xx.xx.1995-ci il tarixli qərarında ata adı “Marat”, keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cü il tarixli, 46 saylı protokolunda atasının adı “Murad” kimi qeyd edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində sənədlərini icraata (çıxarış almaq üçün) qəbul etməkdən imtina etmişlər. Bununla əlaqədar ərizəçi əmlakın sənədləşdirməsini apara bilməyib. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olub.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, həqiqətən də, Azərbaycan SSR X5 İcraiyyə Komitəsinin (Şaumyan rayon) xx.xx.1973-cü il tarixli 123942 saylı orderinə əsasən ərizəçiyə ünvan 2 ünvanında yerləşən mənzil verilmişdir, lakin həmin orderdə və adıçəkilən digər hüquqmüəyyənedici sənədlərdə ərizəçinin atasının adı səhv göstərilmişdir. Hazırda ərizəçi həmin ünvanda qeydiyyatda olmaqla, yaşayır. Lakin adıçəkilən orderdə ərizəçinin atasının adı “Mədəd”, qərarda “Marat” və protokolda “Murad” kimi qeyd edilməklə səhvə yol verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə əsaslıdır.
19. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir.
Nəticə:
20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilin verilməsi barədə Azərbaycan SSR X5 İcraiyyə Komitəsinin (Şaumyan rayon) xx.xx.1973-cü il tarixli 123942 saylı orderinin, “Azərneftyanacaq” İB-nin xx.xx.1995-ci il tarixli qərarının və Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cü il tarixli, 46 saylı protokolunun xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
21. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin verilməsi barədə Azərbaycan SSR X5 İcraiyyə Komitəsinin (Şaumyan rayon) xx.xx.1973-cü il tarixli 123942 saylı orderinin, “Azərneftyanacaq” İB-nin xx.xx.1995-ci il tarixli qərarının və Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1973-cü il tarixli, 46 saylı protokolunun xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva