Məhkəmə qərarları › İş №2(007)-2872/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2872/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2872/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 29.04.2020-ci il,25.02.2020-ci il,01.02.2020-ci il,17.01.2020-ci il və 19.02.2020-ci il tarixli alqı satqı müqavilələrinə əsasən cavabdeh“Samsung” kabel, 2 əd.DİCK Playstation-4, “Samsung” TV,İmei kodu **********03402 olan iPone 11 markalı telefon,İMEİ kodu **********36198 olan iPone 11 markalı telefon almış və nəticədə 7432 manat borcu qalmışdır. Belə ki, cavabdehin 29.04.2020-ci il tarixli əsasən alqı-satqı qiyməti 127.4 manat olan “Samsung” kabel üçün ümumilikdə 93 manat olmaqla,ondan 84 manat ödənilməmiş hissə 9 manat dəbbə; 25.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 312 manat olan 2 əd.DİCK Playstation-4 üçün ümumilikdə 285 manat olmaqla,ondan 246 manat ödənilməmiş hissə 39 manat dəbbə; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1996.2 manat olan “Samsung”TV üçün ümumilikdə 2234 manat olmaqla,ondan 1772 manat ödənilməmiş hissə 462 manat dəbbə; 17.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2205.6 manat olan iPone 11 markalı telefon üçün ümumilikdə 2382 manat olmaqla,ondan 1833 manat ödənilməmiş hissə 549 manat dəbbə; 19.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2048.4 manat olan iPone 11 markalı telefon üçün ümumilikdə 2438 manat olmaqla,ondan 1877 manat ödənilməmiş hissə 561 manat dəbbə borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh "xxxx" MMC-nin xeyrinə 7432 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan cavabdehlə "xxxx" MMC arasında bağlanmış 29.04.2020-ci il,25.02.2020-ci il,01.02.2020-ci il,17.01.2020-ci il və 19.02.2020-ci il tarixli alqı satqı müqavilələrdən görünür ki, cavabdeh nisyə olaraq “Samsung” kabel, 2 əd.DİCK Playstation-4, “Samsung” TV,İmei kodu **********03402 olan iPone 11 markalı telefon,İMEİ kodu **********36198 olan iPone 11 markalı telefon almışdır. Həmin müqavilələr bağlanarkən Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki,qeyd olunan müqavilələr üzrə cavabdehin ümumilikdə 7432 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.04.2020-ci il,25.02.2020-ci il, 01.02.2020-ci il, 17.01.2020-ci il və 19.02.2020-ci il tarixli alqı satqı müqavilələrinə əsasən cavabdeh“Samsung” kabel, 2 ədəd DİCK Playstation-4, “Samsung” TV, İmei kodu **********03402 olan iPone 11 markalı telefon,İMEİ kodu **********36198 olan iPone 11 markalı telefon almış və nəticədə 7432 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi hər bütün 5 müqavilə üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə 25.02.2020-ci il,01.02.2020-ci il,17.01.2020-ci il və 19.02.2020-ci il tarixli alqı-satqı müqavilələri üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır. Belə ki, 25.02.2020-ci il tarixli müqavilə üzrə 39 manat dəbbə pulu azaldılaraq 5 manat, 01.02.2020-ci il tarixli müqavilə üzrə 462 mant dəbbə pulu azaldılaraq 40 manat, 17.01.2020-ci il tarixli müqavilə üzrə 549 manat dəbbə pulu azaldılaraq 50 manat,19.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 561 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMCnin xeyrinə 29.04.2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas borc, 9 manat cərimə, 25.02.2020-ci il tarixli müqavilə üzrə 246 manat əsas borc, 05 manat cərimə, 01.02.2020ci il, tarixli müqavilə üzrə 1772 manat əsas borc, 40 manat dəbbə pulu, 17.01.2020-ci il tarixli müqavilə üzrə 2833 manat əsas borc, 50 manat dəbbə pulu və 30 manat dövlət rüsumu cəmi 5996 manat tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 29.04.2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas borc, 9 manat dəbbə pulu,25.02.2020-ci il tarixli müqavilə üzrə 246 manat əsas borc, 05 manat dəbbə pulu,01.02.2020-ci il tarixli müqavilə üzrə 1772 manat əsas borc,40 manat dəbbə pulu, 17.01.2020-ci il tarixli müqavilə üzrə 2833 manat əsas borc, 50 manat dəbbə pulu və 30 manat dövlət rüsumu cəmi 5996 manat tutulmalıdır. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar