Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-288/2020 18.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərin yerinə yetirilməməsi görə pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərin yerinə yetirilməməsinə görə pul tələbinə dair” ərizəsi ilə məhkəməyə mürəciət edərək, cavabdeh "xxxx" MMC-dən rəsmi alqı-satqı müqavilələrə əsasən əldə etdikləri mənzillərin müqavilələrdə göstərilən faktiki ümumi sahələri uyğun gəlmədiyinə (az olduğuna) görə, çatışmayan kvadratmetr sahələrinin hesablanmış 33000 manat məbləğində dəyərini, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Rahatlığın Məkanı” MMC cavabdeh X3 qarşı məhkəmədə qarşılıqlı iddia qaldıraraq, cavabdehlə "xxxx" MMC arasında ünvan 1 ünvanında tikilmiş 2 saylı yaşayış binasında 9-cü mərtəbə, 56 saylı mənzilə dair 27 dekabr 2016-ci il tarixdə bağlanmış müqavilə və həmin müqaviləyə əsasən cavabdehə verilən maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" MMC ilə razılığa əsasən İddiaçı Salınan oğlu ünvan 2 ünvan iddia ərizəsində və məhkəmə aktlarında səhv olaraq "ev 40" əvəzinə "ev 34" yazılıb) yerləşən 56 saylı mənzildən imtina edib və həmin mənzil üçün ödənilən vəsait mövcud bazar qiymətləri nəzərə alınaraq artıqlaması ilə ''Rahatlığın Məkanı" MMC tərəfindən ona qaytarılıb. Bununla əlaqədar, "xxxx" MMC-yə qarşı bütün iddia tələblərindən imtina edirlər. Qarşı tərəfin də öz iddialarından bütünlüklə imtina etməsini nəzərə alaraq bu iş üzrə icraata xitam verilməsinə və ünvan 3 ünvanda yerləşən 56 nömrəli və ünvan 4ı mənzilin üzərinə həbs qoyulmasına dair qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsinə və ünvan 3 ünvanda yerləşən 56 nömrəli və ünvan 4ı mənzilin üzərinə həbs qoyulmasına dair qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" MMC ilə razılığa əsasən İddiaçı Salınan oğlu ünvan 2 ünvan iddia ərizəsində və məhkəmə aktlarında səhv olaraq "ev 40" əvəzinə "ev 34" yazılıb) yerləşən 56 saylı mənzildən imtina edib və həmin mənzil üçün ödənilən vəsait mövcud bazar qiymətləri nəzərə alınaraq artıqlaması ilə (165 070 manat) ''Rahatlığın Məkanı" MMC tərəfindən İddiaçı qaytarılıb. Bununla əlaqədar, İddiaçı qarşı bütün iddia tələblərindən imtina edirlər. Qarşı tərəfin də öz iddialarından bütünlüklə imtina etməsini nəzərə alaraq bu iş üzrə icraata xitam verilməsinə və ünvan 3 ünvanda yerləşən 56 nömrəli və ünvan 4ı mənzilin üzərinə həbs qoyulmasına dair qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməlidir.Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsinə və ünvan 3 ünvanda yerləşən 56 nömrəli və ünvan 4ı mənzilin üzərinə həbs qoyulmasına dair Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3458/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə X4 və "xxxx" MMC-nin müvafiq olaraq ilkin iddiadan və qarşılıqlı iddadan imtina etmələri barədə ərizələrini, mülki işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin mənafelərinə toxunmadığından, qəbul edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İlkin iddia üzrə iddiaçı X2 cavabdeh "xxxx" MMCyə qarşı “müqavilə öhdəliklərin yerinə yetirilməməsi görə pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktaybr 2019-cu il tarixli, 2(007)-3458/2019 nömrəli qərardadı ilə ünvan 3 ünvanında yerləşən 56 nömrəli (2 saylı binanın, 9-cu mərtəbədə yerləşən) mənzilin və Bakı şəhəri, Əlif Hacıyev küçəsi ev 40 ünvanında yerləşən 92 nömrəli (1-ci giriş, 13-cü mərtəbədə yerləşən) mənzilin üzərinə həbs qoyulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddiaçıların iddiadan imtinası əsasında iş üzrə icraata xitam verilməli olduğundan, iddianı təmin etmək üçün görülmüş tədbirlər də ləğv edilməlidir. Hazırkı qərardad iş üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı X2 və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin iddiadan imtinaları qəbul edilsin. İlkin iddia üzrə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərin yerinə yetirilməməsi görə pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi ilkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya izah edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktaybr 2019-cu il tarixli, 2(007)- 3458/2019 nömrəli qərardadı ilə ünvan 3 ünvanında yerləşən 56 nömrəli (2 saylı binanın, 9-cu mərtəbədə yerləşən) mənzilin və Bakı şəhəri, Əlif Hacıyev küçəsi ev 40 ünvanında yerləşən 92 nömrəli (1-ci giriş, 13-cü mərtəbədə yerləşən) mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icra olunması Bakı şəhəri Nizami rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. X1 tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumunun və "xxxx" MMC tərəfindən ödənilmiş 20,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-288/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-288/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver