Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-289/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********33426 olan iPhone 11 markalı telefon üçün 1252 (min iki yüz əlli iki) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə, 23.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********29551 olan iPhone 11 markalı telefon üçün 1636 (min altı yüz otuz altı) manat ödənilməmiş hissə, 524 (beş yüz iyirmi dörd) manat dəbbə, 31.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********93067 olan Samsung Galaxy A80 markalı telefon üçün 624,4 (altı yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 187,6 (yüz səksən yeddi manat altmış qəpik) manat dəbbə, ümumilikdə 4578 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC TELECOM" MMC ilə 15.12.2019-cu il, 23.10.2019-cu il və 31.12.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********33426 olan iPhone 11 markalı telefon, İMEİ kodu **********29551 olan iPhone 11 markalı telefon, İMEİ kodu **********93067 olan Samsung Galaxy A80 markalı telefon almış və nəticədə 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3042 (üç min qırx iki) manat (18 ay x 169 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********33426 olan iPhone 11 markalı telefon üçün ümumilikdə, 1606 (min altı yüz altı) manat olmaqla ondan, 1252 (min iki yüz əlli iki) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2864 (iki min səkkiz yüz altmış dörd) manat (18 ay x 159 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********29551 olan iPhone 11 markalı telefon üçün ümumilikdə, 2160 (iki min yüz altmış) manat olmaqla ondan, 1636 (min altı yüz otuz altı) manat ödənilməmiş hissə, 524 (beş yüz iyirmi dörd) manat dəbbə borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1441,4 (min dörd yüz qırx bir manat qırx qəpik) manat (12 ay x 104,2 manat + 191 manat ilkin ödəniş) olan İMEİ kodu **********93067 olan Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə, 812 (səkkiz yüz on iki) manat olmaqla ondan, 624,4 (altı yiiz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 187,6 (yüz səksən yeddi manat altmış qəpik) manat dəbbə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3835 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh 23.10.2019-cu il, 15.12.2019-cu il və 31.12.2019-cu il tarixli müqavilələr üzrə 3512,4 manat əsas, 1065,6 manat cərimə, cəmi 4578 manat ödənilməmiş borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli 00999786 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 2 manat ilkin ödənişlə 2864 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 18 manat olmaqla 159 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 01127989 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 3042 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 169 manat olmaqla 18 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.12.2019-cu il tarixli ********* nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 191 manat ilkin ödənişlə 1441,4 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 104,2 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 23.10.2019-cu il, 15.12.2019-cu il və 31.12.2019-cu il tarixli bildirişlərdən görünür ki, bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00999786, 01127989 və ********* nömrəli müqavilələrə əsasən əşyaları tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin 30 iyul 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 16 sentyabr 2021-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 23.10.2019-cu il, 15.12.2019-cu il və 31.12.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh iddiaçıdan cəmi 7347,4 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 23.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29551 olan iPhone 11 markalı telefon üçün 524 manat miqdarında cərimə pulu 1636 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33426 olan iPhone 11 markalı telefon üçün 354 manat miqdarında cərimə pulu 1252 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93067 olan Samsung Galaxy A80 markalı telefon üçün 187,6 manat dəbbə pulu 624,4 manat ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq müvafiq olaraq 163,6, 125,2, və 62,44 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 23.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29551 olan iPhone 11 markalı telefon üçün 1636 manat əsas borc, 163,6 manat cərimə, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33426 olan iPhone 11 markalı telefon üçün 1252 manat əsas borc, 125,2 manat cərimə, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93067 olan Samasung Galaxy A80 markalı telefon üçün 624,4 manat əsas borc, 62,44 manat cərimə, ümumilikdə 3863,64 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3893,64 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29551 olan iPhone 11 markalı telefon üçün 1636 manat əsas borc, 163,6 manat cərimə, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33426 olan iPhone 11 markalı telefon üçün 1252 manat əsas borc, 125,2 manat cərimə, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93067 olan Samasung Galaxy A80 markalı telefon üçün 624,4 manat əsas borc, 62,44 manat cərimə, ümumilikdə 3863,64 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3893,64 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-289/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-289/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver