Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2905/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi Bayrəməli oğlunun maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və himayəçilik komissiyası cəlb edilməklə “şəxsi məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Bayrəməli oğlu maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və himayəçilik komissiyası cəlb edilməklə “şəxsi məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi” haqqında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ərizəsinin təmin edilməsini, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş X1 məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, ərizəçi müvafiq pozuntularla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 317.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilməlidir ki, hazırkı ərizə məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi xahiş edilən şəxsin atası kimi göstərilmiş Ərizəçi Bayrəməli oğlu tərəfindən imzalansa da, onun X1 ailə üzvü olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin məzmunundan da göründüyü kimi hazırkı ərizəsi ailə üzvləri və ya müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. MPM-in: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, yuxarıda müəyyən edilmiş əsaslarla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Bayrəməli oğlunun maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və himayəçilik komissiyası cəlb edilməklə “şəxsi məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi” haqqında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2905/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2905/2022
02.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver