Məhkəmə qərarları › İş №2(007)-2907/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2907/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2907/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2020-ci il tarixli müqaviləyə əsasən, «Samsung» markalı paltaryuyan üçün 623 manat əsas borcun, 62 manat cərimənin, 23 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, «Xiaomi» markalı saat üçün 108 manat əsas borcun, 10 manat cərimənin, 13 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən qulaqlıq və «Xiaomi» markalı saat üçün 226 manat əsas borcun, 22 manat cərimənin, ümumilikdə isə 1051 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 01 may 2020-ci il, 23 avqust 2020-ci il və 13 avqust 2020-ci il tarixli müqaviləsinə əsasən, «Samsung» markalı paltaryuyan, «Xiaomi» markalı saat, qulaqlıq və «Xiaomi» markalı saat almış və nəticədə 1051 (min əlli bir) manat borc yaranmışdır. Cavabdeh 01 may 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1138 manat (yəni 12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan, «Samsung» markalı paltaryuyan üçün ümumilikdə 685 (altı yüz səksən beş) manat olmaqla ondan 623 (altı yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 (altmış iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 23 avqust 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 108 manat (yəni 6 ay x 18 manat + 0 manat ilkin ödəniş), «Xiaomi» markalı saat üçün ümumilikdə 118 (yüz on səkkiz) manat olmaqla ondan 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 13 avqust 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 246 manat (yəni 12 ay x 20,5 manat + 0 manat ilkin ödəniş), qulaqlıq və «Xiaomi» markalı saat üçün ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat olmaqla ondan 226 (iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 535 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gıinünə hesablanmış 1%-i həcmində “Müştəri’' mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1138 manat olan, «Samsung» markalı paltaryuyan satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 108 manat olan «Xiaomi» markalı saat satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2020-ci il tarixli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 246 manat olan qulaqlıq və «Xiaomi» markalı saat satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 01 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 may 2020-ci il tarixli müqavilə üzrə 623 (altı yüz iyirmi üç) manat əsas borc, 62 (altmış iki) manat cərimə borcu olmaqla, ümumilikdə 685 (altı yüz səksən beş) manat manat borcu vardır. Cavabdeh 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 108 (yüz səkkiz) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 118 (yüz on səkkiz) manat borcu vardır. Cavabdeh 13 avqust 2020-ci il tarixli müqavilə üzrə 226 (iki yüz iyirmi altı) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 1051 (min əlli bir) manat borcu vardır. İşə əlavə olunmuş 02 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01 may 2020-ci il, 23 avqust 2020-ci il və 13 avqust 2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 01 may 2020-ci il tarixli müqavilə üzrə 623 (altı yüz iyirmi üç) manat əsas borc, 62 (altmış iki) manat cərimə borcu, 23 avqust 2020-ci il tarixli müqavilə üzrə 108 (yüz səkkiz) manat əsas borc, 10 (on) manat cərimə borcu və 13 avqust 2020-ci il tarixli müqavilə üzrə 226 (iki yüz iyirmi altı) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1051 (min əlli bir) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar