Məhkəmə qərarları › İş №2(007)-2933/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2933/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2933/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, KATV-1” nişanı ilə fəaliyyət göstərən İddiaçı Məhdud Məsliyyətli Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli televiziya və Radio yayımları Şurasından 22 avqust 2005-ci il tarixli TR№-li 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı xüsusi razılıq (lisenziya) alıb. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağlamadan, qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə İddiaçı MMC və "xxxx" hüquq firması arasında 15 may 2008-ci, 15 mart 2011-ci, 01 oktyabr 2014-cü, 29 mart 2015-ci və 04 yanvar 2018-ci il tarixlərdə 5 illik hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanıb. 120 saylı MTK arayışına əsasən ünvan 1l cavabdehə məxsusdur. Həmin ünvanda cavabdeh əvəllər iddiaçının abunəçisi olub və onunla şirkət arasında 13.12.2012-ci il tarixdə müqavilə bağlanıb. Belə ki, son abunə haqqı ödənilməsi 01.09.2013-cü il tarixdə baş verib və onunla şirkət arasında bağlanan müqavilə münasibətlərinə 30.10.2013-cü ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılıb. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə 12.04.2014-cü il tarixdə son baxış keçirilib. Sonra isə 19.02.2015-ci il tarixdə "xxxx" hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması faktı aşkar olunub. Bu barədə 2721 nömrəli akt tərtib olunub. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəyib. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 12.04.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 19.02.2015-ci il tarixə qədər olan müddət 313 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 93 manat 90 qəpik təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilib.Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qeyd olunanları nəzərə alıb, Cavabdeh Ədalət qızından AG Telekom” MMC-nin xeyrinə 93 manat 90 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 263 manat 90 qəpik məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Ədalət qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 oğlu işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 19.02.2015-ci il tarixli, 2721 saylı aktın surətindən görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları tərəfindən əsasən ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman həmin ünvanda yaşayan cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilmişdir. Azərbaycan Respublikasının Telekommunikasiya haqqında qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatora,pravayderə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəymiş ziyanın ödənilməsi, dövlət rüsumunun tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə nümayəndəyə ödənilmiş 150 manat pulun cavabdehdən tələb olunması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzi ilə müəyyən edilir ki,Cavabdeh məhkəmə iddiası ilə əlaqədar nümayəndəyə 150 manat ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Ədalət qızından İddiaçı MMC-nin xeyrinə 93 manat 90 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 263 manat 90 qəpik tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Ədalət qızından İddiaçı MMC-nin xeyrinə 93 manat 90 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu,ümumilikdə 263 manat 90 qəpik tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar