Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-294/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi, məcburi payın müəyyən olunması, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi, məcburi payın müəyyən olunması, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən anası X3 ünvan 1-də faktiki qəbul etdiyi üçün mirasın faktiki qəbul edilməsi, anası X3 xüsusi mülkiyyətində olan ünvan 1-də ona qardaşı Cavabdeh1 və bacıları Həqiqət İbrahimova, Sevda İbrahimova, Gövhər İbrahimova çatası məcburi payın müəyyən edilməsi, o, anası X4 doğma övladı olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi, AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun X7dur. X7 19.06.2001-ci ildə vəfat etmişdir. X1r. X23 07.10.2019-cu il tarixdə vəfat etmişdir. Onun X23dan xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəs , bina 68, mənzil 58-də 3 otaqdan ibarət mənzil miras qalmışdır. Onlar ata-anadan 2 qardaş və 3 bacıdırlar. Qardaşı və bacıları sağ-salamatdır və Bakı şəhərində qeydiyyatda olmaqla yaşayırlar. Onun doğma qardaşı xəbəri olmadan mübahisəli mənzildən Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, bina 68, mənzil 58-dəki anasına məxsus olan həmin mənzili onların məcburi payları olduğu halda ona xəbər vermədən öz adına xəlvəti keçirmək istəyir. X17 məxsus evin çıxarışı və texniki pasportu qardaşı Cavabdeh1da olduğu üçün onu məhkəməyə təqdim edə bilmir. Maddi imkanı zəif olduğu üçün həmin sənədlər işə əlavə edilməsi üçün köməklik göstərilməsini xahiş edir. Bildirmişdir ki, mərhum X23nın dəfni onun tərəfimdən həyata keçirilmiş, anasının dəfninin 1,3,7,40,52-si onun tərəfindən verilmişdir və xərclər tam şəkildə onun tərəfindən ödənilmişdir. Qardaşı Cavabdeh1 o, şifahi surətdə dəfələrlə müraciət etmişlər ki, anaları Simuzər İbrahimovadan miras qalmış 3 otaqlı mənzilin hər hansı bir mübahisə olmadan sülh yolu ilə 5 nəfər bacı-qardaş arasında məcburi payları notariusa ərizə verməklə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaqla məcburi payları əldə etsinlər. Lakin cavabdeh qardaşı Cavabdeh1 ümumi razılıq verməklə mənzildən payların notariusa müraciət etməklə məcburi payın müəyyən edilməsinə şifah surətdə razılıq versədə indi onun xəbəri olmadan mənzili notariusda onun adını gizlətməklə öz adına keçirmək istəyir. X9, X11 və X12 məhkəmə tərəfindən mülki iş üzrə 3-cü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, ünvan 1 ünvanında yaşamış, gəlib anasının yanında qalmışdır. Ev satılandan sonra o, 33 min ABŞ dolları pul almışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, Rusiyada olmuş, anası ona zən edərək, evin satılmasına razılıq verməsini xahiş etnişdir. Ona demişdir ki, ev satıldıqdan sonra Qəzənfər payını götürüb gedəcəkdir. O, da əvvəlki evlərinin satılmasına razılıq ərizəsini göndərmişdir. Ev 120 000 dollara satılmış, Qəzənfərin payına 40 000 dollar verilmişdir. Qəzənfər isə payını götürmüşdür. Bütün bunlar 2008-ci ildə baş vermişdir. Hazırda qardaşının bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsini əsassız hesab edir. Bacıları mirasdan onun xeyrinə imtina etmişlər. Anası ilə faktiki o yaşamışdır. iddiaçı qonaq kimi onlara gəlibgetmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınamsını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs X6 iddia tələbini əsassız olmasını bildirdi və izahatında göstərdi ki, atalarından qalan 4 otaqlı evi vaxtilə satılıb və Qəzənfərin payı verilib, digər payla Zəfərə ev alınıb. Zəfər Rusiyada olduğu üçün ev adına keçirilməyib, analarının adına alınıb. Anası rəhmətə getmişdir. Hal-hazırda Zəfər evi adına keçirdə bilmir. Zəfərin payı olan, analarının adına olan həmin evdə Qəzənfər yaşamamışdır. Qəzənfər mübahisəli evə hərdən gəlib-getmişdir, analarının yas mərasimində də iştirak etmiş, amma sonradan getmişdir. Analarının ili olan zaman Qəzənfər gəlməmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhəkəmə iclasında 3-cü şəxs X11 iddia tələbini əsassız olmasını bildirdi və əlavə olaraq qeyd etdi ki, o, öz payını xəstə qardaşı Zəfərə verir. Ata evləri satılanda Qəzənfərin payı verilmişdir. İndi hansı əsasla iddia qaldırıb pay istəyir onlara məlum deyildir. İş üzrə 3-cü şəxs X12 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, qardaşı İddiaçı həmin mənzildə heç vaxt yaşamamış, və qeydiyyatda olmamışdır. Ata evləri satılanda Qəzənfər payını alıb. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinin notariusu Hicran Hacıyevanın vəkili və nümayəndəsi X24 iddianı qəbul etmədiklərini notariat hərəkətlərinin tam qanuni həyata keçirilməsini, iddiaçının mirası qəbu etmək üçün qanunla müəyyən olunmuş müddəti ötürməsini, bununla bağlı ona imtina verilməsini qeyd etdi. O məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 078260 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 07 oktyabr 2019-cu il tarixdə ölmüşdür. - AZ-İİ 067159 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 19 iyun 2001-ci il tarixdə ölmüşdür. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına 28 aprel 2020-ci il tarixdə qeydiyyata alınmışdır. - 28 aprel 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 07 oktyabr 2019cu il tarixdə ölmüş X3 vərəsəsi oğlu Cavabdeh1dur və o, miras əmlakdan irs almalıdır. Miras əmlak ünvan 1 ünanında yerləşən mənzildən ibarətdir. - Cavabdeh1 tərəfindən 28 dekabr 2019-cu il tarixdə notarial qaydada miras qəbulu ərizəsinin surətindən görünür ki, o, ünvan 1 ünvanında yaşamış 07.10.2019-cu ildə vəfat etmiş, anası X2 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. Miras əmlak ünvan 1 ünvanda yerləşən mənzildən ibarətdir. - X12 və X11 tərəfindən müvafiq olaraq 26 dekabr 2019-cu il tarixdə və 21 dekabr 2019-cu il tarixdə yazılmış ərizələrin surətindəb görünür ki, onlar 07 oktyabr 2019-cu il tarixdə vəfat etmiş anaları X2 qalmış miras əmlakdan özlərinə düşən paydan imtina etmişlər. - İş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinin İddiaçı Əliheydər oğluna ünvanlanan 01.06.2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, o, mirasın qəbulu üçün müəyyən olunmuş altı ay müddət ötürüldükdən sonra miras əmlakla bağlı ofisə müraciət etmişdir. Məhkəmə iddia tələbinin “İddiaçı tərəfindən anası X3 ünvan 1-də faktiki qəbul etdiyi üçün mirasın faktiki qəbul edilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Mehkəmə qeyd edir ki, İddiaçı anası X2 qalmış miras əmlakı faktiki qəbul etdiyini bildirsə də, miras əmlaka faktiki sahibliyinin və ya həmin əmlak faktiki idarə etməsinin konkret olaraq nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Əksinə olaraq iş materiallarında olan Cavabdeh1 tərəfindən 28 dekabr 2019-cu il tarixdə notarial qaydada miras qəbulu ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yaşamış 07.10.2019-cu ildə vəfat etmiş, anası X2 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. Vərəsəlik işi açıldıqdan qaunvericiliklə müəyyən olunmuş müddət ərzində iddiaçı mirası qəbul etməsi ilə bağlı müraciət etməmişdir. 28 aprel 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 07 oktyabr 2019cu il tarixdə ölmüş X3 vərəsəsi oğlu Cavabdeh1dur və o, miras əmlakdan irs almalıdır. Miras əmlak ünvan 1 ünanında yerləşən mənzildən ibarətdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 3-cü şəxs X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisləli mənzildə İddiaçı yaşamamışdır. Analarının yas mərasimində də iştirak etmiş, amma sonradan getmişdir. Bundan başqa, 3-cü şəxs X12 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, qardaşı İddiaçı həmin mənzildə heç vaxt yaşamayıb və qeydiyyatda olmayıb. Qeyd olunanlara əsasən, iddia tələbinin “İddiaçı tərəfindən anası X3 ünvan 1-də faktiki qəbul etdiyi üçün mirasın faktiki qəbul edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “anası X3 xüsusi mülkiyyətində olan ünvan 1-də ona qardaşı Cavabdeh1 və bacıları Həqiqət İbrahimova, Sevda İbrahimova, Gövhər İbrahimova çatası məcburi payın müəyyən edilməsi, o, anası X4 doğma övladı olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil qanun üzrə vərəsəlik əsası ilə Cavabdeh1 keçdiyindən hazırki halda iddia tələbi məcburi payla bağlı hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı hazırki halda Həqiqət İbrahimova, Sevda İbrahimova, Gövhər İbrahimova çatası məcburi payın müəyyən edilməsini təlb etməkdə də haqlı olmamışdır. Belə ki, onlar belə bir iddia qaldırmaq niyyətində olmamışlar, buna dair iddiaçıya səlahiyyət verməmişlər, əksinə miras əmlakdan cavabdehin xeyrinə imtina etdiklərinə dair iradələrini bildirmişlər. Məhkəmə iddia tələbinin “AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə törəmə tələb olduğundan, əsas tələb isə təmin olunmadığından, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinə qarşı “onun tərəfindən anası X3 ünvan 1-də faktiki qəbul etdiyi üçün mirasın faktiki qəbul edilməsi, anası X3 xüsusi mülkiyyətində olan ünvan 1-də ona qardaşı Cavabdeh1 və bacıları Həqiqət İbrahimova, Sevda İbrahimova, Gövhər İbrahimova çatası məcburi payın müəyyən edilməsi, o, anası X4 doğma övladı olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi, AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinə qarşı “onun tərəfindən anası X3 ünvan 1-də faktiki qəbul etdiyi üçün mirasın faktiki qəbul edilməsi, anası X3 xüsusi mülkiyyətində olan ünvan 1-də ona qardaşı Cavabdeh1 və bacıları Həqiqət İbrahimova, Sevda İbrahimova, Gövhər İbrahimova çatası məcburi payın müəyyən edilməsi, o, anası X4 doğma övladı olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi, AR ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən qardaşı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-294/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-294/2021
15.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver