Məhkəmə qərarları › İş №2(007)-2947/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2947/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2947/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2019-cu iltarixli müqaviləsinə əsasən ona satdığı İMEİ kod **********32126 “Samsung Galaxy A 6 Plus” markalı telefona görə 297manat ödənilməmiş hissə, 29 manat cərimə pulu borcun., eləcə də, 16 avqust 2019-cü il tarixli müqaviləsinə əsasən ona satdığı “Toşhiba markalıkondisioner, mətbəx stolu və 2 ədəd mətbəx stulu üçün 676 manat ödənilməmiş hissə, 67 manat cərimə pulu yaranmış borcun, ümumilikdə1069manat dəyərində borcun və 30 manat ödənilmiş dövlət rüsumun, cəmi 1099 manatməbləğindən vəsaitin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10 sentyabr 2019-cu iltarixli müqaviləsinə əsasən, İMEİ kod **********32126 “Samsung Galaxy A 6 Plus” markalı telefon almış, bu müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1269 manat (24 ay x 51 manat+ 45 manat ilkin ödəniş) olan İMEİ kod **********32126 “Samsung Galaxy A 6 Plus” markalı telefon üçünümumilikdə 326manat olmaqla, ondan, 297manat ödənilməmiş hissə, 92 manat (0,51 manat x 180 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 29manat cərimə pulu borcu yaranmışdır. Bundan əlavə, 16 avqust 2019-cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1782 manat (18 ay x 98 manat+ 18 manat ilkin ödəniş) olan “Toşhiba markalı kondisioner, mətbəx stolu və 2 ədəd mətbəx stulu almış və ümumilikdə 743manat olmaqla, ondan, 676manat ödənilməmiş hissə, 205 manat (0,98 manat x 210 gün)cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 67manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2078 manattəşkil edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, K00288502 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1269 manat olan “İMEİ kod **********32126 “Samsung Galaxy A 6 Plus” markalı telefon satılmışdır. X1 müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, K00253854 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1782 manat olan “Toşhiba markalı kondisioner, mətbəx stolu və 2 ədəd mətbəx stulu satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 04 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 sentyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 297 manat, cərimə borcu üzrə 29 manat olmaqla, ümumilikdə 326 manat borcu qalmışdır. 16 avqust 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 676 manat, cərimə borcu üzrə 67 manat olmaqla, ümumilikdə 743 manat borcu qalmışdır, Hər iki müqavilə üzrə isə Cavabdeh ümumillikdə 1069 manat dəyərində borcu qalmışdır. İşə əlavə olunmuş 07 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 10 sentyabr 2019-cu il və 16 avqust 2019-cu iltarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 10 sentyabr 2019-cu iltarixli müqavilə üzrə əsas borc 297 manat, cərimə borcu üzrə 29 manat, 16 avqust 2019-cu il tarixli müqavilə üzrə əsas borc 676 manat, cərimə borcu üzrə 67 manat olmaqla, ümumillikdə hər iki müqavilələr üzrə 1069 (bir min altmış doqquz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar